Xalq artisti VALYUTA QAÇAQMALÇISI ÇIXDI .....                     Tehranın Moskva ilə birləşmək planı .....                     ABŞ-ın rüsumlarını azaltmaq üçün Aİ Rusiya qazını Amerika LNG-si ilə əvəzləyəcək .....                     Azər Məmmədovun başında dayandığı İDXAL İMPERİYASI .....                     MƏMMƏDLİNİN "PAZ"I, TEYMUROVUN AMBİSİYASI, AXUNDOVUN YENİ LAYİHƏSİ... .....                     Səfirliklərin Bakı “döyüşü” .....                     “Onu lüt soyundurdular, ac qoydular və...” .....                     Gəncədə klinika meyiti "girov" götürüb: Mərhumun yaxınlarından etiraz .....                     “Rusiya parçalanacaq, Qusman haqsızlığın qurbanıdır” .....                     Bakı bu silahları təqdim etdi - Rusiya kanalı "narahat" oldu .....                     SEPAH-dan Azərbaycana qarşı növbəti namərd hücum: bizi elə şeylərdə ittiham edirlər ki… .....                     Ermənistanda vəziyyət GƏRGİNLƏŞİR: .....                     “Anamın ağrılardan canı qurtardı” .....                     İran yola gəlməsə... .....                     Azərbaycanda 31 il əvvəl başlayan proses .....                     FHN əməkdaşı olan Mahirin ölümünün təfərrüatı .....                     NATO-nun gizli təyyarəsi havadan Rusiyanı izləyir .....                     "Putinin hərbi iqtisadiyyatı çat verir: Rusiya mülki sektoru çökür" .....                     Qarabağ qazisi və polis oğlunun məzarı Laçına köçürüldü .....                     SEPAH Zəngəzurdan əl çəkmir: NATO, sionist və pantürkistlər... .....                     "Televiziyalar onları yığışdırmalıdır” .....                     “Dərbəndin sahibi kimdir?” .....                     "Nazir o vaxt yeni gələndə demişdi ki..." .....                     Binəqədinin Hacıbalası olmasa da... .....                     "Neçə gündür ki, bu sevincin nəşəsini yaşayıram..." .....                     "Yaxşı ki, Vasif Talıbovu götürdülər" .....                     "Parlamentdə deputatlar da var ki, hamısı mənə dəstək verir" .....                     Dövlət katibi ABŞ prezidentliyinə namizədin adını açıqladı .....                     Ərdoğan Bakıya görə Putinlə danışacaq? .....                     İsrail ordusu Qəzzaya humanitar yardım göndərdiyini açıqlayıb .....                     Doğrudanmı, yasda ehsan vermək yasaqlanmalıdır? .....                     Yoldaş Mikayılovun QUDA SEVGİSİ .....                     Bakıdakı RUS AGENTURASI .....                     Bir sədr, 9 müşavir, 20 şöbə: “AzerGold”da diqqətçəkən vəzifə bölgüsü .....                     Meliorasiya İdarəsi ilə Sudan İstifadə Birliyi “sudan çıxmır” .....                     Mobil telefon təhsilə əngəlmi, fürsətmi? .....                     "1 uşaq gəlir, 4 yazın. 3 uşaq gəlir, 5 yazın..." .....                     Kreml rusiyalıları YouTube-dan uzaqlaşdıra biləcəkmi?.. .....                     Putin Rusiya-Azərbaycan gərginliyi haqda niyə susur?.. .....                     Ermənistanda faşizm əleyhinə abidəni sökürlər .....                 

Elmar Vəliyevin “sağ əli” ilə bağlı ilginc dosye - SƏNƏD
Tarix: 6-11-2017, 09:34 | Çap et
Elmar Vəliyevin “sağ əli” ilə bağlı ilginc dosye
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin “sağ əli” hesab olunan Məharət Mustafayevdən yenə də şikayət var. Bu şəxsin adı Gəncədə qanunsuz torpaq satışında, digər əməllərdə dəfələrlə hallanıb. İndi isə 58 yaşlı M.Mustafayevin adı 27 yaşlı xanım işçisi, 2 uşaq anası Gülnar Günəşlini özünü öldürmə həddinə çatdırmaqda əsas fiqur kimi keçir.

"Yeni MÜsavat"a təşrif buyuran G.Günəşli deyir ki, M.Mustafayevin təqib və təzyiqləri bu gün də davam edir: “Bu il avqustun 11-də Məharət Mustafayevin dözülməz təhdidlərindən can qurtarmaq üçün Bakıya gəldim. Buna qədər şikayət etmədiyim dövlət qurumu qalmamışdı. Özümü yandırmaq da istərdim, benzini üstümə tökdüm, amma polis əməkdaşları özümü öldürməyə imkan vermədilər. Tutub Səbayel Rayon Prokurorluğuna gətirdilər. Orada başıma gələnləri danışıb niyə intihar etmək istədiyimi, məni bu həddə Məharət Mustafayevin çatdırdığını ətraflı danışdım. Ümidli idim ki, şikayətimi araşdırıb nəhayət ki, Məharət Mustafayevi cəzalandırarlar. Amma tam əksi oldu. Məharət Mustafayev mənə özümü öldürməkdən başqa yol qoymayıb”.

27 yaşlı G.Günəşli Gəncə Şəhər İcra Hakimiyyətində memar vəzifəsinə 2013-cü ildə işə götürülüb. 2014-cü ildə ailə həyatı qurub. 2016-cı ildə Məharət Mustafayev Gəncə İH-nin Memarlıq və Şəhərsalma İdarəsinə rəis təyin olunana qədər G.Günəşli sakit həyatını yaşayıb, 2 övladını böyüdüb.

Yeni rəisin ilk günlər G.Günəşliyə münasibəti normal olub. Həmin dövrdə G.Günəşli həyat yoldaşından ayrılıb. Bundan sonra isə xanım işçinin pis günləri başlayıb.

Burada G.Günəşlinin intihara cəhd faktı üzrə materialı araşdıran Səbayel rayon prokurorunun köməkçisi İsmayıl Rövşənovun qərarına diqqət. Sitat:

“Hamilə olduğu müddətdə Məharət Mustafayevin ona qarşı münasibətinin çox yaxşı olduğunu, hətta ona qızım deyə müraciət etdiyini, M.Mustafayevdən rəhbər kimi heç bir narazılığının olmadığını bildirmişdir. Lakin övladı dünyaya gələndən sonra Məharət Mustafayevin ona qarşı münasibətinin tamam dəyişdiyini və ona qarşı hisslərinin olduğunu, onu sevdiyini dediyini, telefon vasitəsilə çoxsaylı sevgi mesajları, sevgi musiqiləri göndərdiyini, onunla evlənmək istədiyini dediyini bildirmişdir. O, Məharət Mustafayevə dəfələrlə 2 azyaşlı övladının olduğunu, bir daha evlilik düşünmədiyini, atası yaşında olduğunu, aralarında 31 yaş fərq olduğunu və hərəkətlərinin yaşına yaraşmadığını dəfələrlə dediyini, bu hərəkətlərindən əl çəkməsini bildirib. 2016-cı ilin dekabr ayında işdən çıxmaqla bağlı ərizə yazdığını, lakin ərizəsini qəbul etmədikləri üçün 2017-ci ilin yanvarında təkrarən işdən çıxmaqla bağlı ərizə ilə müraciət etdiyini və mart ayınadək işə çıxmadığını bildirmişdir. Lakin buna baxmayaraq ona məvacib yazıldığını və 2017-ci ilin martında Məharət Mustafayevin onun mobil telefonuna zəng vuraraq bir daha onu narahat etməyəcəyini demiş, işə çıxmağını xahiş etmişdir. O da ailədə yeganə işləyən şəxs olduğu üçün və maddi vəziyyətinin çətin olması ilə əlaqədar yenidən işə çıxmışdır. Həmin ərəfədə icra başçısının sərəncamı ilə Memarlıq və Şəhərsalma İdarəsinin nəzdində Kommersiya sektoru yaradılmış və başçının əmri ilə o, sektor müdiri vəzifəsinə təyin olunmuş, təxminən 1 ay Məharət Mustafayev onu narahat etməmişdir. Lakin sonradan yenə də ona təsir göstərməyə başlamış, lakin sonuncunun təkliflərini yenə də rədd etdiyi üçün və bu sırf işlə bağlı təzyiqlər göstərməyə, onu bu yolla əldə etməyə cəhd etmişdir. Belə ki, o, kommersiya sektoruna müdir təyin ediləndən sonra Məharət Mustafayevin təklifi ilə 6 nəfər işçini kommersiya sektoruna işə qəbul etmiş və həmin şəxsləri onun təklifi ilə işə dəvət etmişdir. Onun Məharət Mustafayevə ”hə “ cavabı verməməsi Məharəti o dərəcədə qıcıqlandırmışdır ki, artıq səbəbsiz yerə onun işçilərini işdən çıxarıb. O, bunun səbəbini öyrənmək üçün İcra Hakimiyyətinə gedərək M.Mustafayevdən bunun səbəbini soruşduqda o, idarənin rəisi olduğunu, bütün işçilərini işdən çıxardığını, bir daha işə gəlməmələrini bildirmiş və göstərişinə əsasən icra hakimiyyətinin mühafizə polisi onu və Sahili idarədən çıxartmışdır”.

G.Günəşli deyir ki, bundan sonra onun otağını möhürləyib onu işə buraxmayıblar. Otaqdakı əşyalarını götürməsinə çox ciddi əngəllər olub: “İcra Hakimiyyətinə iş otağımdan bir sıra sənədlər götürmək üçün getdikdə otağın qapısının möhürləndiyini gördüm. İşçilərdən bunu kimin elədiyini soruşdum. Dedilər ki, M. Mustafayevin göstərişinə əsasən otağın qapısı möhürlənib. M.Mustafayevə yaxınlaşaraq bunun səbəbini soruşduqda dedi ki, başçının göstərişi ilə işdən azad olunmusan, bir daha idarəyə ayaq basma. Otağın açarı məndə idi və girib uşqlarımın fotolarını, şahmat turnirlərində qalib olduğumu təsdiqləyən diplomlarımı, YAP-ın aktiv üzvü olduğumu təsdiqləyən digər sənədləri götürmək istəyirdim ki, M.Mustafayev də ardımca atıldı. Masanın üzərində nə vardı əli ilə vurub yerə tökdü. Barəmdə təhqiramiz ifadələr işlətməklə mühafizə polisini çağırdı və məni binadan çıxartdırdı. Onun təzyiqləri bundan sonra da davam etdi. Mənə zəng edib deyirdilər ki, 1 qardaşın var, onun başına oyun açacağıq. Məcbur olub 2 övladımı da götürərək avqustun 8-də Bakıya gəldim. Ombudsman Aparatına, Prezident Administrasiyasına başıma gətirilən müsibətlər haqda şikayət ərizələri yazdım. Avqustun 11-də Bakıda özümü yandırmağa cəhd etdikdən az sonra icra başçısı zəng vuraraq dedi ki, məni işdən çıxarmayıb, geri qayıdıb işimə davam edə bilərəm”.

G.Günəşli deyir ki, başçının sözlərinə inanıb və Gəncəyə gedərək başçının qəbuluna yollanıb: “Başçının qəbulunda olan zaman əl çantamı qəbul otağında qoymuşdum. Çıxanda gördüm ki, çantama müdaxilə ediblər, mobil telefonumu götürüb suya salıblar yararsız hala gətiriblər”.

G.Günəşlinin sözlərinə görə başçının qəbulunda olandan sonra da vəziyyət yaxşıya doğru dəyişməyib, əksinə daha böyük haqsızlıqlar, təzyiqlərlə üzləşib, üzünə 2 şəxsi qoyublar, onun və işçisi Nəriman Şahmari barəsində qondarma iş başlamağa cəhd olub.

G.Günəşlinin intihara cəhd faktı üzrə materialı araşdıran Səbayel rayon prokurorunun köməkçisi İsmayıl Rövşənovun qərarında Nəriman Salman oğlu Şahmarinin də izahatı yer alıb.

Həmin izahatdan sitat: “G.Günəşli onu və digər bir neçə şəxsi M.Mustafayevə təqdim etmiş, sonuncu da onları işə qəbul etmişdir. Lakin bir müddət sonra M.Mustafayev onları və Gülnar Günəşlini sıxışdırmağa başlamış, onlara məlum olmayan səbəbdən G.Günəşlini və o da daxil bir neçə şəxsi kollektivin içərisində təhqir etməyə başlamışdır. Gülnar xanımın qadınlıq qürurunu alçaldacaq sözlər deyərək alçaltmağa başlamışdır. M.Mustafayev tərəfindən G.Günəşliyə qarşı olunan psixoloji təsirin hamı tərəfındən hiss olunduğunu, sonuncunun 2 azyaşlı övladı olduğu və əlavə qazanc yeri olmadığı üçün məcburiyyət qarşısında həmin işdə qalaraq işlədiyini bildirmişdir. 05.08.2017-ci il tarixdə M.Mustafayev Kommersiya şöbəsinin Sahil adlı işçisini şöbədə kəskin təhqir edərək otaqdan qovduğunu eşitmiş və İdarəyə getmişdir. İş otaqlarında Sahilin və Gülnar xanımın ağladığını, mühafizə polisinin onları otaqdan çıxardığını, bütün işçilərin yığışaraq bunun şahidi olduğunu bildirmişdir. Həmin vaxt G.Günəşli M.Mustafayevə ağlaya-ağlaya hər kəsin içərisində artıq canından bezdiyini, canına qəsd edəcəyini demiş, sonuncu isə onu ağır formada təhqir etmiş, başına oyun açacağını, hələ onu yaxşı tanımamasını bildimişdir. O, M.Mustafayevin G.Günəşliyə qarşı işgüzar deyil, xüsusən də ailəsi dağılandan sonra başqa fikirlə yanaşdığını, onu əldə etmək üçün hər yola əl atdığını, onu əldə edə bilmədiyi üçün işçilərini işdən çıxartmaq, təhqir etmək və s. yollarla iyrənc niyyətinə çatmağa çalışdığını və bunun demək olar ki, bütün Gəncə şəhərinə məlum olduğunu bildirmişdir”.

Səbayel prokurorunun köməkçisi İ.Rövşənov iş üzrə çıxardığı qərarında yazır ki, barəsində şikayət olan M.Mustafayevi araşdırma müddətində istifadəsində olan 050-215-00-XX, 050-505-11-XX, 050-252-00-XX nömrəli mobil telefonlar vasitəsi Gəncə şəhər İcra Hakimiyyətinə teleqram və rəsmi məktub göndərilməklə izahat verməyə dəvət edib. Belə aydın olur ki, M.Mustafayev çağırışlara getməyib və prokuror köməkçisi işə bu haqda arayışlar əlavə etməklə kifayətlənib.

İ.Rövşənovun apardığı araşdırma nəticəsində gəldiyi nəticə isə məntiqə uyğun görünmür.

Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi haqda qərarında İ.Rövşənov yazır: “Beləliklə, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Günəşli Gülnar Nəsrəddin qızının intihara cəhd etməsi faktında onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma halları olmamışdır. Belə ki, araşdırma zamanı alınmış izahatlardan da görünür ki, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Mustafayev Məharət Mustafa oğlu tərəfindən həmin idarənin Kommersiya sektorunun müdiri Gülnar Günəşliyə qarşı hər hansı zor tətbiq edilməmiş, həyat və sağlamlığı üçün təhlükəli ola biləcək və ya digər formada hər hansı hədə-qorxu gəlinməmiş, ləyaqəti mütəmadı olaraq alçaldılmamış, əksinə sonuncu G.Günəşlini sevib ailə həyatı qurmaq niyyətində olmuş, ona sevgi mesajları, sevgi mahnıları göndərmişdir. Odur ki, araşdırma nəticəsində toplanmış material üzrə CM-in 125-ci maddəsinin tərkib əlamətləri müəyyən olunmadığından, həmin hissədə cinayət işinin başlanması hissəvi rədd edilməli, Günəşli Gülnar Nəsrəddin qızının izahatında qeyd etdiyi, Gəncə şəhər İcra Hakimiyyətinin başçısının qəbulunda olan zaman qəbul otağında qoyduğu əl çantasına müdaxilə edilərək içərisindəki mobil telefonunun suya salınaraq yararsız hala salınması, bu barədə icra başçısına bildirdikdə ona yeni telefon alınaraq verilməsi və səsini çıxartmamasının bildirilməsi, həmçinin, Nəriman Şahmarı adlı işçisinin və özünün barələrində şikayət olduğunu deyərək Gəncə şəhər Baş Polis İdarəsinə dəvət olunmaları və Nəriman Şahmarinin heç bir səbəb olmadan məhkəməyə aparılması, eləcə də, xəbəri olmadan vəzifəsinin dəyişdirilməsi və məvacibinin 100 manat azaldılmasına dair xüsusatlar Gəncə şəhərində baş verib. Bu səbəbdən material həmin hissədə araşdırmanın davam etdirilərək qanuni qərar qəbul edilməsindən ötrü Gəncə şəhər prokurorluğuna göndərilməlidir”.

G.Günəşli deyir ki, bu qanunsuz qərardan sonra Gəncə şəhərinə qayıtmağa qorxur. Bakıda qalması üçün isə maddi vəsaiti yoxdur: “Bütün səfirliklərə məktublar yazıb başıma gətirilən müsibətlər haqda məlumat vermişəm. 27 yaşım var, mən qərara gəlmişəm ki, uşaqlarımı da götürüb ölkədən çıxım. Ya da özümü öldürməyə məcburam”.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin, M.Mustafayevin də mövqeyini dərc etməyə hazırıq.
musavat.com
Elmar Vəliyevin “sağ əli” ilə bağlı ilginc dosye









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti VALYUTA QAÇAQMALÇISI ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 02:02
Tehranın Moskva ilə birləşmək planı - GƏLİŞMƏ
Bu gün, 01:58
ABŞ-ın rüsumlarını azaltmaq üçün Aİ Rusiya qazını Amerika LNG-si ilə əvəzləyəcək - Ursula fon der Lyayen
Bu gün, 01:46
Azər Məmmədovun başında dayandığı İDXAL İMPERİYASI - Dövlət büdcəmizin anası belə ağlar günə qalır...
Bu gün, 01:38
MƏMMƏDLİNİN "PAZ"I, TEYMUROVUN AMBİSİYASI, AXUNDOVUN YENİ LAYİHƏSİ... - AFFA-nın yeni sözçüsü nəyə yarıyacaq?
Bu gün, 01:28
Səfirliklərin Bakı “döyüşü” - NƏ BAŞ VERİR?
Bu gün, 01:22
“Onu lüt soyundurdular, ac qoydular və...” – Rusiya əsirliyində yaşananlar
Bu gün, 01:20
Gəncədə klinika meyiti "girov" götürüb: Mərhumun yaxınlarından etiraz - BU NƏDİ BELƏ?
Bu gün, 01:11
“Rusiya parçalanacaq, Qusman haqsızlığın qurbanıdır” - ETİRAZ
Bu gün, 01:08
Bakı bu silahları təqdim etdi - Rusiya kanalı "narahat" oldu - SİYAHI
Bu gün, 01:03
SEPAH-dan Azərbaycana qarşı növbəti namərd hücum: bizi elə şeylərdə ittiham edirlər ki… - TƏFƏRRÜAT
Bu gün, 01:01
Ermənistanda vəziyyət GƏRGİNLƏŞİR: - Paşinyan sözündən dönmür
Dünən, 19:23
“Anamın ağrılardan canı qurtardı” - Milli qəhrəmanın qardaşı
Dünən, 19:21
İran yola gəlməsə... - ŞƏRH
Dünən, 16:47
Azərbaycanda 31 il əvvəl başlayan proses – Əliyevdən vacib gediş
Dünən, 16:43
FHN əməkdaşı olan Mahirin ölümünün təfərrüatı - Nişanı da təxirə salınmışdı
Dünən, 16:40
NATO-nun gizli təyyarəsi havadan Rusiyanı izləyir - Business Insider
Dünən, 16:38
"Putinin hərbi iqtisadiyyatı çat verir: Rusiya mülki sektoru çökür" - “Bloomberg”
Dünən, 14:51
Qarabağ qazisi və polis oğlunun məzarı Laçına köçürüldü - Torpaqlarımız azad olunandan sonra bir ilk
Dünən, 14:48
SEPAH Zəngəzurdan əl çəkmir: NATO, sionist və pantürkistlər... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:42
"Televiziyalar onları yığışdırmalıdır” - ÇAĞIRIŞ
Dünən, 12:03
“Dərbəndin sahibi kimdir?” – keçmiş XİN rəhbəri rus millətçilərə cavab verdi
Dünən, 12:00
"Nazir o vaxt yeni gələndə demişdi ki..."
Dünən, 09:17
Binəqədinin Hacıbalası olmasa da... - HACIBABASI VAR...
Dünən, 09:15
"Neçə gündür ki, bu sevincin nəşəsini yaşayıram..."
Dünən, 07:44
"Yaxşı ki, Vasif Talıbovu götürdülər" - "...yoxsa Naxçıvan özü əldən gedirdi"
Dünən, 07:40
"Parlamentdə deputatlar da var ki, hamısı mənə dəstək verir" - Xalq artisti
Dünən, 07:17
Dövlət katibi ABŞ prezidentliyinə namizədin adını açıqladı - FOTO
Dünən, 07:14
Ərdoğan Bakıya görə Putinlə danışacaq? – Xankəndidə mesaj verdi, sonra isə…
Dünən, 07:12
İsrail ordusu Qəzzaya humanitar yardım göndərdiyini açıqlayıb - KİV
Dünən, 07:01
Doğrudanmı, yasda ehsan vermək yasaqlanmalıdır? - AKTUAL
Dünən, 06:59
Yoldaş Mikayılovun QUDA SEVGİSİ - Qanun hərləyən kimdir ki...
Dünən, 06:56
Bakıdakı RUS AGENTURASI - İLGİNC İDDİALAR
Dünən, 06:37
Bir sədr, 9 müşavir, 20 şöbə: “AzerGold”da diqqətçəkən vəzifə bölgüsü - BU NƏDİ BELƏ?
Dünən, 06:27
Meliorasiya İdarəsi ilə Sudan İstifadə Birliyi “sudan çıxmır” - Zərdabda su işində xaos
Dünən, 06:19
Mobil telefon təhsilə əngəlmi, fürsətmi? - Baxır, kim nə üçün istifadə edir...
Dünən, 06:11
"1 uşaq gəlir, 4 yazın. 3 uşaq gəlir, 5 yazın..." - "Bunu bütün bağçalar belə edir..."
Dünən, 06:08
Kreml rusiyalıları YouTube-dan uzaqlaşdıra biləcəkmi?.. - GƏLİŞMƏ
Dünən, 06:01
Putin Rusiya-Azərbaycan gərginliyi haqda niyə susur?.. - “O heç nə deməyəcək...”
Dünən, 05:59
Ermənistanda faşizm əleyhinə abidəni sökürlər
Dünən, 05:55
Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI - FOTO
Dünən, 05:50
Bakının daşınmaz əmlak bazarı: Qiymətlər niyə “cib yandırır”? - AKTUAL
Dünən, 05:46
Makronla Ərdoğan Qəzzadakı vəziyyəti müzakirə ediblər - "X"
Dünən, 05:44
Yeni doktrina formalaşır... - layihə təkcə region deyil, dünya üçün də əhəmiyyətlidir
Dünən, 05:42
"Hamı öndə olmaq, daha yaxşısını etmək istəyir"
26-07-2025, 22:01
Ermənistanın ticarət dövriyyəsi kəskin şəkildə azaldı
26-07-2025, 21:59
İsgəndər Xəlilovdan xəbər var: Rusiya kanallarının hədəfə aldığı iş adamı ailəsi ilə bu ölkədədir - TƏFƏRRÜAT
26-07-2025, 21:57
Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır - AMMA...
26-07-2025, 18:00
Tur şirkətlərinin FIRILDAĞI - Onları necə seçək, nələrə fikir verək?
26-07-2025, 17:02
Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb
26-07-2025, 16:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru