Baş həkim müalicəmizə ayrılan pulu yeyib - Qarabağ əlilləri
Tarix: 16-09-2017, 12:03 | Çap et
 Şirvan şəhərində yerləşən “Büllur” klinikasının baş həkimi dövlət tərəfindən Qarabağ müharibəsi əlillərinin müalicəsi üçün ayrılmış vəsaiti mənimsəyib.
Bu barədə Axar.az-a Salyan Veteran, Şəhid ailələri və Qarabağ Əlilləri İctimai Birliyin üzvləri məlumat veriblər.
“Büllur” klinikasının baş həkimi Vidadi Əzizovun süründürməçiliyindən cana doyduqlarını deyən Qarabağ əlilləri Nadir Qafarov, Mehdi Axundov, Zöhrab Şiri, Əziz Sarvanəlioğlu və cəmiyyətin digər üzvləri olayla bağlı Səhiyyə Nazirliyinə müraciət ediblər.
Şikayətçilər iddia edib ki, Səhiyyə Nazirliyi Salyan rayonunda yaşayan Qarabağ mühariəsi əlillərinin diş müalicəsi üçün müəyyən vəsait ayırıb. Ayrılmış vəsait Şirvan şəhərində yerləşən “Büllur” klinikasına köçürülüb. Hər əlilin diş müalicəsi üçün dövlət tərəfindən klinikaya təxminən 480 manat vəsait ödənilib. Lakin klinika rəhbərliyi müalicə üçün onlara müraciət edən müharibə əlillərinin dişlərini müalicə etməkdən boyun qaçırır. İddiaya görə, klinikanın baş həkimi V.Əzizov əlillərə dövlətin verdiyi pulu bölməyi təklif edib:
“Vidadi həkim deyir ki, pulu yarı-yarıya bölək. Məbləğin yarısını sizə verim, gedin harada istəyirsiniz, orada da dişlərinizi düzəltdirin. Etiraz etdiyimizə görə baş həkim indi də ümumiyyətlə pulu vermir. Dövlətin müalicəmiz üçün ayırdığı vəsait də batıb, müalicəmiz də aparılmır”.
Şikayətçi Mehdi Axundov bildirib ki, vəsait əvvəlcə Salyan rayonunda yerləşən dövlət xəstəxanasına köçürülmüşdü. Sonradan vəsait oradan alınıb Şirvan şəhərindəki “Büllur” klinikasına köçürüldü. İndi də Salyanda yaşayan müharibə əlilləri dişlərinin müalicəsi üçün Şirvan şəhərinə getməli olur:
“Yol yaxın deyil. Bizim də gedib gəlmək imkanımız yoxdur. Həm fiziki cəhətdən, həm də maddi cəhətdən problemlərimiz var. Baş həkim də hər dəfə deyir, bu gün gedin, sabah gələrsiz. Biz hər gün Salyandan Şirvana necə gedib gələk? Müalicə etmək istəmədiyi üçün və bizə ayrılan vəsaiti mənimsədiyi üçün bu qədər müharibə əlilini get-gələ salıb”.
“Büllur” klinikasının baş həkimi V.Əzizov isə ona qarşı irəli sürülən ittihamlarla razılaşmır. Axar.az-a açıqlama verən baş həkim bildirib ki, müharibə əlillərinin dişlərinin müalicəsi üçün onlara tam vəsait ödənilməyib. Hansı şəxsin pulu dövlət tərəfindən klinikaya ödənilirsə, o da müalicə edilir:
“Bura özəl klinikadır. Özəl klinikada müalicə almaq, müayinə edilmək üçün mütləq vəsait ödənilməlidir. Pul birbaşa klinikaya ödənilir. O pul mənim əlimə gəlmir ki, onu müharibə əlilləri ilə yarı-yarı bölmək təklifi edim. Ayrı-ayrı şəxslərin adına pul zaman-zaman köçürülür. Hansı xəstənin adına pul köçürülübsə, müalicəsi də aparılır. Mən onlara dəfələrlə demişəm ki, pulunuz köçürüləndən sonra gəlin. Bura özəl klinikadır, mənim edə biləcəyim bir şey yoxdur. Pul köçürülməsə, müalicə edə bilmərəm”.
Baş həkim pulu köçürülən xəstələrin müalicələrinin artıq bitdiyini bildirib:
“Dünən pulu köçürülən 3 Qarabağ əlilini qəbul etmişəm. Birinin dişi çəkilib, birinin dişini düzəltmişəm, digər yaşlı kişinin isə protezi köhnə olduğuna görə damağı üçüm müalicə yazmışam. Problem isə pulu klinikaya ödənilməyən xəstələrlə yaşanır. Dövlət pulu verməyib, o zaman özü vəsait ödəsin, müalicə edək. Bura dövlət klinikası deyil axı”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Həyəcanlanmayın: Huker bunu Bakıda da etdi – Badalyan
Bu gün, 16:04 |
|
|
|
| • Külli miqdarda mənimsəmədə ittiham olunan sabiq birlik sədrinə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 16:01 |
|
|
|
| • Kərə yağı niyə bahalaşır? - ARAŞDIRMA
Bu gün, 15:02 |
|
|
|
| • İran dronları və qaranlıq məqamlar... - AKTUAL
Bu gün, 14:59 |
|
|
|
| • “Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil aldı
Bu gün, 14:57 |
|
|
|
| • İsrail XİN rəhbəri Azərbaycana səfər edəcək - KİV
Bu gün, 14:54 |
|
|
|
| • Naxçıvandakı bankomatların 92%-i 2 banka məxsusdur
Bu gün, 14:52 |
|
|
|
| • BSU-nun sabiq rektorunun Ramiz Mehdiyevlə bağlı dedikləri SENSASİYA YARATDI - VİDEO
Bu gün, 14:49 |
|
|
|
| • Vəzifəli şəxsin təhsilsiz olması iddiasına TƏBİB rəhbərindən - Cavab
Bu gün, 14:39 |
|
|
|
| • Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı - "Qızınız Kama xanım mənə…"
Bu gün, 14:35 |
|
|
|
| • Cəlilabadda icra başçısı ƏMRLƏRİ KİMDƏN ALIR? - QALMAQAL
Bu gün, 14:12 |
|
|
|
| • Mehdiyevin villa, Qalinanın torpaq məsələsi Şabranı qarışdırdı – başçı bu dəfə də xüsusi ittihamla çıxış etdi
Bu gün, 13:25 |
|
|
|
| • Qalmaqallı psixoloq bu dəfə “arvadağız” kişilərdən danışdı - "O, artıq milyonlara çıxmaq istəyir..."
Bu gün, 13:14 |
|
|
|
| • Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Bu gün, 13:10 |
|
|
|
| • Tanınmış iş adamı Fuad Allahverdiyev yenidən məhkəmə qarşısına çıxarıldı
Bu gün, 13:00 |
|
|
|
| • Demilitarizasiya olmadan sülh mümkün görünmür - ŞƏRH
Bu gün, 12:56 |
|
|
|
| • Əmrullayev təhsilə ayrılan pulları israf edir – Dosent
Bu gün, 12:53 |
|
|
|
| • Əli Həsənova məxsus köşklər yığışdırılır? – Foto
Bu gün, 12:49 |
|
|
|
| • Bakı rayonlarının icra başçıları: Məmurlar tərcümeyi-hallarını niyə gizlədirlər? - AKTUAL
Bu gün, 12:47 |
|
|
|
| • "Gileyliyəm, bu gün heç nə yoxdur"
Bu gün, 12:42 |
|
|
|
| • Yekaterinburqda Dağıstandan olan kriminal avtoritetə hökm oxundu
Bu gün, 12:41 |
|
|
|
| • Havanın 21 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
| • Azərbaycanda ŞOK OLAY: Sevdiyi qızın 13 yaşlı bacısını hamilə qoydu - TƏFƏRRÜAT
Bu gün, 12:26 |
|
|
|
| • “Kommunal pulu” adı ilə yığılan milyardlar... hara gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:10 |
|
|
|
| • Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur? - İLGİNC
Bu gün, 12:07 |
|
|
|
| • “Neft Fondundan büdcəyə transferti 1,7 milyard azaltmaqdansa, həmin məbləği maaşlara, “uşaqpulu”na yönəltmək daha doğru olardı” - Tahir Kərimli
Bu gün, 11:57 |
|
|
|
| • Təcili Tibbi Yardım Mərkəzi yeni təcili yardım avtomobillərinə də ehtiyyat hissələri alır - İcazə verin, şübhələnək...
Bu gün, 11:50 |
|
|
|
| • Əliyev daha bir ölkəni dağıdıcı müharibədən xilas edir – Kritik gəlişmə
Bu gün, 11:44 |
|
|
|
| • Eks-bankir Zal Yusifovun oğlu yenidən həbs edildi: Bir milyondan çox ziyan var - TƏFƏRRÜAT
Bu gün, 11:38 |
|
|
|
| • BU NƏDİ BELƏ: Yumurta bahalaşdı... - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:34 |
|
|
|
| • 11 min manatı ələ keçirilən həkim Aytən Səfərova imiş - TƏFƏRRÜAT
Bu gün, 11:29 |
|
|
|
| • Müəllimini aldadıb ona 355 min “atdı” - Atası bulvarda intihar etmişdi...
Bu gün, 11:27 |
|
|
|
| • Məcnun müəllim üçün vacib məlumat... - Bəlkə də bilir...
Bu gün, 11:23 |
|
|
|
| • Konstitusiya dəyişikliyi Paşinyana risklər yaradır - onun əvəzinə yeni saziş imzalana bilərmi?
Bu gün, 11:19 |
|
|
|
| • Nura Suri jurnalistlərdən Baş prokurora şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 11:16 |
|
|
|
| • Hansı dövlət qurumları ləğv olunacaq? - Plan hazırlandı
Bu gün, 11:12 |
|
|
|
| • Əfsanəvi kəşfiyyatçı Mühüd Orucovun ailəsi ilə görüş - FOTOLAR
Bu gün, 11:10 |
|
|
|
| • "Tələsirik deyə edilən səhv geridönüşü olmayan nəticə yaradır" - Rövşən Tağıyev
Bu gün, 11:07 |
|
|
|
| • “Üzbəüz gələndə əldən-ayaqdan gedirlər, boynuma sarılırlar, amma həyatda əsl aktyordurlar” - Namiq Mənadan Vüqara CAVAB
Bu gün, 11:03 |
|
|
|
| • YAP-ın yubiley tədbirində Veysəloğlu Şirkətlər Qrupu mükafata layiq görüldü - FOTO
Bu gün, 10:49 |
|
|
|
| • Təməlinə haram qatılmış ev: “Yasamal 33 İnşaat Konstruksiyaları”... -Rauf Əliyev ölkədə ev tikən yox, ev yıxan kimi tanınır
Bu gün, 10:45 |
|
|
|
| • Ət idxalında KƏSKİN AZALMA – Qiymətlər daha da YÜKSƏLƏCƏK?
Bu gün, 10:41 |
|
|
|
| • NDU-nun dosenti suriyalı alimin elmi məqaləsini OĞURLADI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:39 |
|
|
|
| • “Zaur Baxşəliyevlə barışmaq istəyirəm, vicdan əzabı çəkirəm... - anam da deyir ki...”
Bu gün, 10:33 |
|
|
|
| • "Ərzaq köhnələndə onu camaata "sırımaq" üçün endirimə qoyurlar..." - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
| • Türkiyə ilə əlaqələrin tam tənzimlənməsi Azərbaycanla normallaşmaya müsbət təsir göstərə bilər - Mirzoyan
Bu gün, 10:23 |
|
|
|
| • “Deputat hədə-qorxu gəldi, maşınımı vurmaq istədilər, üstümə hücum çəkdilər” - parodist-aktyor Ramil Abdullayevdən ETİRAF
Bu gün, 10:20 |
|
|
|
| • Məmur arvadını və ustanı öldürən ömürlük məhkum yenidən məhkəmə qarşısında
Bu gün, 10:18 |
|
|
|
| • Paşinyanın qarşısını alan qüvvələrin ADLARI AÇIQLANDI - NƏ BAŞ VERİR?
Bu gün, 10:15 |
|
|
|
| • Laçında xuliqanlıq edən iki nəfər həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:09 |
|
|
|
|