Vahid Ələkbərovun milyardları uğrunda mübarizə: biz niyə yoxuq... .....                     LEO-BANK müştərini belə yola verir... .....                     Rusiya-Ukrayna savaşında tərəfə çevrilmək... .....                     Ruslar bu şəhərə hücuma başladı .....                     Maaşları aşağı salınan müəllimlər Prezidentdən kömək istədilər .....                     Əmrullayevin Azərbaycan təhsilinə vurduğu zərbələr... .....                     Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! .....                     Türkiyə bankı Mehdiyevlə əlaqədə? .....                     İcra başçısının balıqları tələf oldu,düyü biznesinə keçdi .....                     ABŞ Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün yeni məxfi plan hazırlayır .....                     Şantaj necə müəyyən edilir? .....                     Mədəniyyət Nazirliyi hələ də İZ AZDIRIR .....                     “Rəsul Quliyev tövsiyə etdi ki, Ramiz Mehdiyevə yazdığın açıq məktubu olduğu kimi Prezidentə və 1-ci Xanıma da yolla...” .....                     Şagird sayı az olan məktəblər bağlanacaq .....                     Nigar Camal və Fərqanə Qasımova arasında qalmaqal .....                     Azərbaycan dəyişir, artıq əvvəlki kimi ola bilmir... .....                     "Mənzər xanımla heç bir şəxsi problemim olmasa da..." .....                     Bakıda qadın təlimçi iki nəfəri sürücülük vəsiqəsi almaq adı ilə aldadıb .....                     "Meyxanada heç kim mən gördüyüm işləri görməyib" .....                     Sərt cərimələr olmazsa, məsuliyyətsizlik davam edəcək .....                     ABŞ Səudiyyə Ərəbistanına F-35 təyyarələri və təxminən 300 tank satacaq .....                     Naxçıvan səhiyyəsində NƏ BAŞ VERİR? .....                     Ermənistan Prezidenti sabah Gürcüstana səfər edəcək .....                     Ermənistan və Aİ Azərbaycanla sülh gündəliyi fonunda əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Niderland Azərbaycana yeni səfir müavini təyin edib .....                     Bakı metrosunda dəhşətli anlar: sərnişin qatar relsinə belə düşdü .....                     İnsult keçirən Əhməd Orucun EVİ QARƏT OLUNDU .....                     "Qanın içində maşına apardıq, yolda can verdi" .....                     Azərbaycanda buğda istehsalı niyə azalır .....                     Bu tədbirlərlə bağlı xərc normaları artırıldı .....                     ABŞ Azərbaycanla münasibətləri strateji xətt kimi qəbul edir .....                     “Aztelekom” bir ildə eyni şirkətlə 2.4 milyonluq müqavilə bağlayıb .....                     Nazirliklə teatr arasındakı qalmaqalda adı hallanan Əfsun Əhmədov kimdir? .....                     Ermənistan Arutyunyanın ekstradisiyasını tələb edəcək .....                     Dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda bəzi saytlara giriş məhdudlaşıb .....                     ETSN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib .....                     Əli Həsənov ailəsi haqda bu faktı niyə açmadı? .....                     "Onlar ya sənədlərini düzəldə bilmirlər, ya müxtəlif dövlət qurumlarından sənədlərini keçirə bilmirlər" .....                     Qriqoryan AB-nin xüsusi nümayəndəsi ilə görüşdü .....                     Gəncə Avtomobil Zavodu FHN-ə bir yanğınsöndürən maşını .....                 

Mandatı şübhə altına düşə bilər... - Deputata qarşı yeni iddialar...
Tarix: 19-02-2016, 10:19 | Çap et
Mandatı şübhə altına düşə bilər...
Milli Məclis üzvü ilə bağlı araşdırılması vacib olan kifayət qədər ciddi faktlar üzə çıxıb Son günlər baş verənlər Azərbaycan parlamentində mandat sahibi olanları bir daha saf-çürük etməyə əsas verir. Belə ki, bir tərəfdə məsələn “Azərsun” kimi nəhənglə baş-başa gələn, həddini aşan məmurlar haqda sərt ifadələr işlədən Zahid Oruc varsa digər tərəfdə “seçildiyi” bölgələrdə xalq etirazlarını xəbər portallarından izləyən, öz biznesinin inkişafından başqa heç bir fəaliyyəti olmayan deputatlar var.

Son günlər silsilə yazılar daha çox 46 saylı Şirvan şəhər Seçki Dairəsindən qalib elan olunaraq mandat almış Rafael Cəbrayılov haqdadır. Onu da qeyd edək ki, bu şəxsin adı mediada ən müxtəlif qalmaqallarla hallanıb. Məlumat üçün qeyd edək ki, Cəbrayılov Rafael Kamil oğlu 28 dekabr 1958-ci ildə anadan olmuşdur. 1976-cı ildə Şirvan şəhər 9 saylı orta məktəbi bitirmişdir. 1985-1992-ci illərdə Sabirabad rayon prokurorluğunun müstəntiqi və baş müstəntiqi, 1992-ci ildən isə Azərbaycan Respublikası Baş Prokurorluğunda müxtəlif məsul vəzifələrdə çalışmışdır. Rütbəsi Ədliyyə müşaviridir (ədliyyə polkovnik-leytenantıdır).

III çağırış Azərbaycan Milli Məclisində 9 saylı Binəqədi ikinci seçki dairəsindən, son parlament seçkilərində isə 46 saylı Şirvan şəhər Seçki Dairəsindən deputat seçilmişdir. Bitərəfdir. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Rus və ingilis dillərini bilir. 50-dən artıq elmi-publisitik məqalənin müəllifidir. Ailəlidir, iki övladı var. Bu yalnız rəsmi məlumatdır. Amma cumhuriyyet.az olaraq mediadan topladığımız məlumatlarda maraqlı və ilginc faktlar yer alır. Rəfael Cəbrayılovla bağlı iddialardan birinin yaranmasına səbəb keçən seçkilərlə bağlıdır. Hələ bir neçə il əvvəl keçmiş ABU rektoru Elşad Abdullayev bəyan etmişdi ki, o, daha bir deputatın ifşasına həsr edilən video yaya bilər.

Elşad Abdullayevlə seçki müzakirələrini əks etdirən videogörüntülərdə sabiq YAP-çı deputat Gülər Əhmədova Rafael Cəbrayılovu da öz gücü ilə deputat seçdirdiyini demişdi. E.Abdullayevə mandat vəd edən G.Əhmədova bildirmişdi ki, onun gücü kifayət qədərdir: “Rafael qalmışdı kənarda, bilmirdi nə etsin. Mən onun işini həll elədim. Rafael Cəbrayılov gətirib pulunu verdi, işi də həll olunduВ».

Bu məqamda xatırladaq ki, R.Cəbrayılovun necə deputat seçilməsi barədə indiyə qədər mediada bir neçə dəfə informasiyalar yayılıb. Hələ 2010-cu ildə mediada yayılan məlumatlarda 9 saylı Binəqədi seçki dairəsindən deputat seçilmək üçün R.Cəbrayılovun 3 milyondan çox pul xərclədiyi bildirilirdi. Elə həmin vaxtlarda o xəbər də yayıldı ki, Gülər Əhmədova ilə Rəfael Cəbrayılovu birləşdirən onların qohumluq əlaqələridir. Belə ki, Əhmədovanın erməni qızı olan anası ilə Rəfael Cəbrayılovun həyat yoldaşının qohumluq əlaqələri vardır. Artıq hamıya məlumdur ki, R.Cəbrayılovun da arvadı erməni qızıdır və faktiki olaraq, oğulluğa götürdüyü oğlu baldızının oğludur. Baldızı isə Rusiyada erməni əri ilə yaşayır.

Maraqlıdır ki, deputat o zamanlar məhz iddialara tutarlı cavab verə bilmədiyi üçün zaman-zaman mətbuatdan qaçmağı üstün tutmuşdu. Milli Məclis tarixində “həm pulundan, həm də sağlamlığından” oldu deyə biləcəyimiz şəxslərdən biri olan R.Cəbrayılovun yaxın çevrəsi deputatın həmin ərəfələrdə güclü stres keçirtdiyini deyirlər. R.Cəbrayılovun bir neçə dəfə məlum hadisələrdən sonra yaşadığı stresə görə müalicə olunduğu iddia olunur.

Belə ki, araşdırmalar zamanı məlum olur ki, Gülər Əhmədova söhbətindən özünü xilas edə bilən deputatın biznesinin çöküşü indi onun qarşısında duran ən böyük problemlərdən birinə çevrilib. İş ortaqlarının kənara çəkilməsindən sonra çıxılmaz vəziyyətdə qalan R.Cəbrayılov üçün bu dəfə deputatlıq qalxanına daha çox ehtiyyac yaranıb. Qeyd edirlər ki, seçkidən seçkiyə seçiciləri yada salan R.Cəbrayılov nə parlamentdə Şirvanın problemlərini dilə gətirib, nə də verdiyi vədlərə əməl edib. Geniş biznes şəbəkəsinə sahib Rəfael Cəbrayılovla bağlı qalmaqallar bununla yekunlaşmır. Belə ki, R.Cəbrayılovla bağlı son dövrlərdə üç xoşagəlməz xəbər yayılıb. Hər üçündə də deputat və qardaşı başqalarının pulunu mənimsəməkdə ittiham olunur. Bakı şəhərində yerləşən “Lombard”da işləyən Osman Hacıyevin müəssisənin daimi müştərisi Mirəhməd Abbasovla dostluq əlaqəsi yaranıb. M.Abbasov övladları üçün ev almaq istəyən O.Hacıyevə deputat Rafael Cəbrayılovla şərik olduğunu və ona çox münasib qiymətə ev ala biləcəyini söyləyib. Evin kvadrat metrində çox böyük endirim etdirən Mirəhməd Abbasov Osman Hacıyevin etimadını qazanıb. Osman Hacıyev Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun adına olan “Dərhal” MMC tərəfindən Mehdiabad qəsəbəsində inşa edilmiş Binəqədi Gənclər Şəhərciyində yerləşən kompleksdəki 2-ci bina, 1-ci blok, 3-cü mərtəbədə yerləşən 117 kv.metrlik mənzili alıb. Bunun üçün Mirəhməd Abbasova 52 min manat ödəyərək, mənzilin müqaviləsini və ödəmə çekini təhvil alıb. 14 sentyabr 2012-ci ildə Elşən Cəbrayılovla bağladığı müqavilə ilə ev sahibi olduğunu düşünən Osman Hacıyev binanın başa çatmasını gözləməyə başlayıb.

Lakin bu yaxınlarda bina ilə bağlı şikayətlər artınca, o, da narahat olaraq, 52 min manat (O zamanın kursu ilə 66 min dollar) ödədiyi evin taleyi ilə maraqlanmağa başlayıb. Lakin gözləmədiyi bir münasibətlə qarşılaşıb. “Dərhal” MMC-dən bildirilib ki, “sənin müqavilən ləğv edilib və ev-filan yoxdur”. Osman Hacıyev haqlı olaraq, pulunu istədikdə isə, “Get məsələni Mirəhmədlə həll et” deyə, kobud cavab alıb. Daha sonra isə Mirəhməd Abbasov R.Cəbrayılovla anlaşaraq, bütün pulları guya deputatın sürücüsünün mənimsədiyi yalanını ortaya atıb: “İddia etdilər ki, guya mən də pulu sürücüyə vermişəm. Halbuki müqaviləni mənimlə imzalayan Elşən Cəbrayılovdur, qəbzi də təqdim edən Mirəhməd Abbasov. Mən tanımadığım və aylıq maaşla çalışan şəxsə necə bu qədər pulu əmanət edə bilərdim? Bütüm bunlar Azərbaycan millət vəkili adına yaraşmayan dələduzluqdan başqa bir şey deyil. Əgər deputat yaxınında olanlardan xəbərsizdirsə, lütfən sinəsində gəzdirdiyi deputat nişana hörmət əlaməti olaraq, bu özbaşınalığa çarə qılsın”. Qeyd edək ki, Osman Hacıyev Cəbrayılovların ilk qurbanı deyil. Artıq neçənci şəxsdir ki, Rafael Cəbrayılov və qardaşlarının aldatmasından şikayət edir. Belə ki, cumhuriyyet.az araşdırma zamanı mediada yer alan digər bir faktı da aşkarlayıb ki, Cəbrayılovların “Nikoil” Bank ilə də analoji problemi yaranmışdı. O zaman millət vəkili “Dərhal” MMC-yə zamin durduğu üçün məhkəməyə verilmişdi. Belə ki, “Nikoil Bank” deputat Rəfael Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və bacılarının yoldaşı Nurəddin Bünyatova məhkəmədə qələbə qazanmışdı. Bank Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsindən irəli gələn ödənilməmiş 790.390 manat əsas borc, 58.094 manat faiz borcu, gecikdirməyə görə hesablanmış 7.722 manat dəbbə pulu və iddia qaldırılması üçün 20 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının , cəmi 856.256 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasına, tutulacaq məbləğin kredit təminatı kimi Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Nərimanov rayonunda yerləşən 5 otaqlı mənzilə və “Dərhal” MMC ilə bağlanmış 10.01.2009-cu il tarixli müqaviləyə əsasən, Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Binəqədi rayonunda yerləşən 580 kvadrat metr sahədən ibarət olan ofisə məxsus bütün hüquqlara yönəldilməsinə , həmin mənzil və ofis sahəsinə məxsus bütün hüquqların açıq hərracda satış yolu ilə realizə edilməsinə və satışdan əldə ediləcək məbləğin iddia tələbi həcmində olan hissəsinin iddiaçıya ödənilməsinə , ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin mənzil açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul etməsini məhkəmədən xahiş edib. Məhkəmə həmin iddianı qismən təmin edərək, borcun cavabdehlərdən müştərək qaydada tutulması, Binəqədi rayonunda yerləşən ofis sahəsinə dair hüquqların yönəldilməsi və 5 otaqlı mənzilin hərracda satıldıqdan sonra mənzilin ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edib.

Həmin qətnamədən narazı qalan qarşı tərəf isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini qismən təmin edib. Belə ki, mənzilin satılması və boşaldılması ilə bağlı hissə ləğv edilib. Digər hissələr isə dəyişdirilməyib. Göründüyü kimi, “Nikoil” Bank güclü olduğu üçün öz haqqını Cəbrayılov qardaşlarından sökə-sökə alıb. Bu qərarla Azərbaycanda ilk dəfə məhkəmə millət vəkili əleyhinə qərar çıxarıb. Ancaq o zaman da məhkəməyə ağır təzyiqlərin olduğu bildirilirdi. İş bununla da bitmir. Eyni dərddə olan onlarla insandan biri də onun çalışdığı “Lombard”ın müdiri Məlahət Qurbanovadır. M.Qurbanova Cəbrayılov və şəriki Mirəhməd Abbasova verdiyi nə 165 min manatı, nə də bu pulun qarşılığında təqdim olunan 300 minlik mülkü ala bilir. İki ilə yaxındır ki, döymədiyi dövlət dairəsi qalmasa da, heç bir qurum Rafael Cəbrayılovun özbaşınalığı qarşısında səsini çıxarmaq istəmir. Əvəzində isə Cəbrayılov illərdən bəri Yeni Azərbaycan Partiyasının aparıcı funksionerlərinə qarşı istifadə etdiyi reket mətbuatında M.Qurbanovanı ağır şəkildə təhqir etdirir. Yəni, bir deputat düşünün, Azərbaycan qadınının pulunu mənimsəyib, özünü isə ləkələməklə məşğuldur. Doğrudan da, rüsvayçı bir durumla qarşı-qarşıyayıq. Bu isə qeyd olunan kimi R.Cəbrayılovun ilk işi deyil. Bəs illərdən bəri insanları aldadan, vəzifəli şəxslər haqqında yalan informasiyaları mətbuata ötürən Cəbrayılov kimə arxalanır? Ötən ilin son aylarına qədər sabiq deputat Çingiz Əsədullayevlə yediyi-içdiyi ayrı olmayan Cəbrayılovun şəriki Mirəhməd Abbasov söhbətlərində sabiq nazir Eldar Mahmudovun adından istifadə edirdi. İndi isə başqa bir vəzifəli şəxsin adından istifadə edilir. Lakin R.Cəbrayılovun həm də baş nazirin müavini Əli Həsənovla yaxın münasibətinin olduğu və “Qaçqınkom” sədrinin onun gizli şəriklərindən olduğu vurğulanır. Qeyd edək ki, prezident dəfələrlə sahibkarlara dəstək verilməsinin vacibliyini vurğulayıb və iş adamlarının incidilməsini bu cümlələrlə ifadə edib: “Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır”. Prezidentin bu çıxışından örnək götürməyən Cəbrayılov isə təkcə iş adamlarını deyil, adi vətəndaşları da incitməkdədir. Qarşı tərəfə də cavab haqqı tanıyırıq.(azxeber)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vahid Ələkbərovun milyardları uğrunda mübarizə: biz niyə yoxuq... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:00
LEO-BANK müştərini belə yola verir... - Bunun başqa adı yoxdur...
Bu gün, 08:58
Rusiya-Ukrayna savaşında tərəfə çevrilmək... - AKTUAL
Bu gün, 08:08
Ruslar bu şəhərə hücuma başladı - Kotenok
Bu gün, 08:03
Maaşları aşağı salınan müəllimlər Prezidentdən kömək istədilər - MÜRACİƏT
Bu gün, 07:52
Əmrullayevin Azərbaycan təhsilinə vurduğu zərbələr... - Bir deyil... iki deyil...
Bu gün, 07:48
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -Satılıq və icarə QHT-lər var
Bu gün, 07:45
Türkiyə bankı Mehdiyevlə əlaqədə? - Deyilənə görə...
Bu gün, 07:40
İcra başçısının balıqları tələf oldu,düyü biznesinə keçdi - İLGİNC FAKTLAR
Bu gün, 07:25
ABŞ Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün yeni məxfi plan hazırlayır - "Axios"
Bu gün, 07:19
Şantaj necə müəyyən edilir? - VƏKİLDƏN AÇIQLAMA
Bu gün, 07:17
Mədəniyyət Nazirliyi hələ də İZ AZDIRIR - "8 milyon məsələsini unutdurmağa çalışır..."
Bu gün, 07:11
“Rəsul Quliyev tövsiyə etdi ki, Ramiz Mehdiyevə yazdığın açıq məktubu olduğu kimi Prezidentə və 1-ci Xanıma da yolla...” - SƏN DEMƏ...
Bu gün, 06:58
Şagird sayı az olan məktəblər bağlanacaq - Bəs müəllim və təhsil alanların taleyi necə olacaq?
Bu gün, 06:52
Nigar Camal və Fərqanə Qasımova arasında qalmaqal - "Məhkəməyə müraciət ola bilər..."
Bu gün, 06:45
Azərbaycan dəyişir, artıq əvvəlki kimi ola bilmir... - İNCƏLƏMƏ
Bu gün, 06:40
"Mənzər xanımla heç bir şəxsi problemim olmasa da..." - QALMAQAL
Bu gün, 06:37
Bakıda qadın təlimçi iki nəfəri sürücülük vəsiqəsi almaq adı ilə aldadıb - TƏFƏRRÜAT
Bu gün, 06:34
"Meyxanada heç kim mən gördüyüm işləri görməyib"
Bu gün, 06:32
Sərt cərimələr olmazsa, məsuliyyətsizlik davam edəcək - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:30
ABŞ Səudiyyə Ərəbistanına F-35 təyyarələri və təxminən 300 tank satacaq - AÇIQLAMA
Bu gün, 06:27
Naxçıvan səhiyyəsində NƏ BAŞ VERİR? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:24
Ermənistan Prezidenti sabah Gürcüstana səfər edəcək
Dünən, 20:10
Ermənistan və Aİ Azərbaycanla sülh gündəliyi fonunda əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 19:12
Niderland Azərbaycana yeni səfir müavini təyin edib
Dünən, 17:24
Bakı metrosunda dəhşətli anlar: sərnişin qatar relsinə belə düşdü - VİDEO
Dünən, 17:07
İnsult keçirən Əhməd Orucun EVİ QARƏT OLUNDU - hamı xəstəxanada imiş
Dünən, 17:04
"Qanın içində maşına apardıq, yolda can verdi" - Yasamaldakı dəhşətli qətlin şok təfərrüatı
Dünən, 17:02
Azərbaycanda buğda istehsalı niyə azalır - ƏKSİ OLMALI İDİ...
Dünən, 16:57
Bu tədbirlərlə bağlı xərc normaları artırıldı
Dünən, 16:49
ABŞ Azərbaycanla münasibətləri strateji xətt kimi qəbul edir - AKTUAL
Dünən, 16:46
“Aztelekom” bir ildə eyni şirkətlə 2.4 milyonluq müqavilə bağlayıb
Dünən, 16:41
Nazirliklə teatr arasındakı qalmaqalda adı hallanan Əfsun Əhmədov kimdir? - İLGİNC
Dünən, 16:35
Ermənistan Arutyunyanın ekstradisiyasını tələb edəcək - KİV
Dünən, 16:19
Dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda bəzi saytlara giriş məhdudlaşıb - Cloudflare-də qlobal nasazlıq
Dünən, 16:18
ETSN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib - QƏRAR
Dünən, 16:16
Əli Həsənov ailəsi haqda bu faktı niyə açmadı? – İslamı qəbul edən erməni qayınana…
Dünən, 16:14
"Onlar ya sənədlərini düzəldə bilmirlər, ya müxtəlif dövlət qurumlarından sənədlərini keçirə bilmirlər" - deputat
Dünən, 16:08
Qriqoryan AB-nin xüsusi nümayəndəsi ilə görüşdü
Dünən, 16:00
Gəncə Avtomobil Zavodu FHN-ə bir yanğınsöndürən maşını 468 min manata satacaq
Dünən, 15:58
Lizinq şirkətinə 1,2 milyon manatlıq avtomobil satdı - TENDER NƏTİCƏSİ
Dünən, 15:55
“Hüquqşünasların bir çoxu ixtisası üzrə işləmirlər” -ƏKRƏM HƏSƏNOV
Dünən, 15:52
Badamdardakı restoranda insident – Dava salan şirkət əməkdaşı həbs edildi
Dünən, 15:46
Sabah icra başçısının şikayətinə baxılacaq – ŞABRANDA BORC QALMAQALI
Dünən, 15:45
Veysəloğlu Mərkəzi Sınaq Laboratoriyası ISO/IEC 17025 akkreditasiyasını əldə etdi – keyfiyyət və etibarlılıqda yeni mərhələ
Dünən, 15:33
2008-ci ildə Qarabağdakı qoşunlar bura girib? – Virabyan
Dünən, 15:27
Rusiyada 6 yaşlı oğlunu öldürüb, başını kəsib gölə atan 31 yaşlı qadın həbs edilib
Dünən, 15:25
Ermənilərlə görüşən Azərbaycan deputatları KİMLƏRDİ...
Dünən, 14:53
"Azərbaycanın aparıcı dövlətlərin sırasına daxil olmasının vaxtı çatıb" - ÇÜNKİ...
Dünən, 14:49
Masallıda icra başçısı DAĞA DIRMAŞDI: Hamı HEYRAN QALDI... - İŞİNİ DƏ BELƏ GÖRSƏYDİ...
Dünən, 14:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru