“VOLT Azərbaycan” alıcını aldadır? .....                     Ağdamda yeni binalar tikilir, 40 milyonluq tikinti tenderlərini kimlər uddu? .....                     Biabırçılığın baş verdiyi NDU-da TƏMİZLƏMƏ BAŞLADI... .....                     Dəfətərxana malları alınacaqdı, satınalma dəftərinə “ləğv" yazıldı .....                     Vüqar Qurbanov bu xəstəxananın direktorunu və baş həkimini işdən çıxardı .....                     Rusiya Ermənistana bu silahları daşıyır .....                     Ermənistana qarşı 1,5 milyard dollar məbləğində 4 iddia qaldırılıb .....                     “Əgər Bakıda öləcəksənsə, qabaqcadan qəbir yeri al” .....                     Binəqədinin başçısı Binəqədinin BAŞINI BURAXIB... .....                     "Dollar Rüstəm"in evinə basqın edən daha bir şəxslə bağlı qərar çıxarıldı .....                     Rüşvətə görə cəzası ağırlaşdırılan sabiq bələdiyyə sədri: .....                     "Bu nə arxayınçılıqdır?" .....                     Bakının iki şərtinə əməl olunsa, sülh sazişi realdır .....                     “Keçmiş məmurlar nəyəsə görə çəkinirlər ki, hansısa kəndin təmirinə vəsait qoysalar, onlardan haqq-hesab tələb olunar” .....                     “Azəriqaz” əməkdaşından rəhbərliklə bağlı ŞOK FAKTLAR .....                     Sərdar Cəlaloğlu məhkəməyə verildi .....                     Sifariş etdiyin məhsulu da doğru-dürüst ala bilmirsən... .....                     İsrailin yeni səfiri Azərbaycana gəlib .....                     Putinin “sağ əli” məşhur oyuncağı hədəfə aldı, “müharibə” başladı .....                     Fars irqçi-şovinistlərin Pezeşkian sancısı .....                     Hüquq müdafiəçisini həbs etdirən vəkil danışdı .....                     Dövlətimiz vətəndaşının yanında NİYƏ DAYANA BİLMİR? .....                     Şəhərdə uşaq meydançaları niyə ödənişlidir? .....                     Müttəfiqlərin xain ssenari quranlara öldürücü siqnalı .....                     ADSEA-da "qudalar" işin suyunu çıxardıb... .....                     “Hilltop Heaven”də kriminal aləmin RƏSMİ TƏBLİĞATI .....                     Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır .....                     Öncə xalası oğlu həbs olundu, indi isə... .....                     “Qafqaz Müsəlmanları İdarəsi İranın təsirindən çıxa bilmir” .....                     Pensiya ilə bağlı mühüm xəbər: bu şəxslər tez çıxa bilər .....                     Trampın bu qərarı neftin qiymətini kəskin şəkildə artıra bilər .....                     Xaricdə təhsil alan tələbələr niyə Azərbaycana qayıda bilmir? .....                     Dükaniçi MÖHTƏKİRLİK... .....                     İrəvan üçün SÜLH DÜSTURU .....                     "Rusiya və ABŞ-nin burada birtərəfli üstünlük qazanmasına imkan verilməməlidir" .....                     Plana düşən evlərə nə qədər kompensasiya veriləcək? .....                     “Melissa Group”un başında oturanlar yenə həbsə düşmək istəyir? .....                     Məhkəmə sisteminin ÇÜRÜKLÜYÜ .....                     Başsız qalan Gəncənin acınacaqlı halı .....                     Rusiyanın bu ərazisi “işğal” edilə bilər .....                 

“Müxalifət heç zaman Surət Hüseynovu öz sıralarına qəbul etməz” - deputat
Tarix: 20-06-2019, 09:19 | Çap et
“Müxalifət heç zaman Surət Hüseynovu öz sıralarına qəbul etməz”
1993-cü il 4 iyunda qanuni hakimiyyətə-AXC iqtidarına qarşı qiyam qaldıraraq dövlət çevrilişi edən Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynov uzun müddətdən sonra “dirilib”. Facebookda Könül Rafiq qızı profilindən demək olar ki, hər gün onun barəsində paylaşımlara rast gəlirik.

Həmin paylaşımların hər birində S.Hüseynovun özünü təmizə çıxarmaq çabalarının olduğu müşahidə edilir və statuslara mərhum prezident Əbülfəz Elçibəy hakimiyyətində baş nazir postunu tutmuş Pənah Hüseyn başda olmaqla həmin iqtidarda yüksək səlahiyyət sahibi olan şəxslər “tağ” edilir. Son olaraq, keçmiş korpus komandirinin adını qeyd etdiyimiz profil üzərindən şok səs yazısı yayılıb. Səs yazısında S.Hüseynov aşağılayıcı formada AXC iqtidarını təhqir edir, bəzi şəxslərin adlarını çəkir, küçə söyüşləri işlədir. Guya o, Qarabağı alacaqmış, sadəcə Elçibəy iqtidarı arxadan buna zərbə endirir və bu səbəbdən torpaqlarımızı azad edə bilməyib.

Bu səs yazısının altındakı rəylərdə S.Hüseynovun “vətən xaini” olduğu xatırladılır və sərt şəkildə tənqid, hətta təhqir olunur.

S.Hüseynovun təbliğatçısına çevrilən qadın profilinin saxta olduğu deyilsə də, bu barədə “Yeni Müsavat”a mötəbər mənbədən məlumat daxil olub. Həmin məlumatlarda profilin real olduğu üzə çıxıb. Almaniyada mühacir həyatı yaşayan və adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, K.Rafiqqızı hazırda Almaniyanın Köln şəhəri yaxınlığında mühacir status ilə yaşayır. Əvvəllər saxta bilet düzəltmək niyyəti ilə Müsavat və AXCP-nin üzvü olan bu xanım istəyinə nail ola bilməyib. Mənbənin bildirdiyinə görə, bir şəxs K.Rafiqqızına müəyyən məbləğ qarşısında yardımçı olub və qeyri-qanuni yollarla onun ölkədən çıxmasına nail olub. Hazırda onlar arasında gərginliyin yaşandığını mənbə bildirir. Onun dediklərinə görə, xanım mühacir Almaniyada oturum ala bilmir və ona yardımçı olan şəxsdən pullarını tələb edir, hətta onu sosial şəbəkələrdə ifşa edəcəyi ilə hədələyir. Mənbə K.Rafiqqızının Azərbaycanda Sərdar adlı bir jurnalistlə evli olduğunu və bu səbəbdən illər öncəyə qədər facebookda Könül Sərdarlı adı ilə fəaliyyət göstərdiyini deyir. O, Almaniyada bəzi azərbaycanlı mühacirlərlə gərginlik yaşayır. Bu sırada mənbə Yeganə Əmiraslanovanın adını çəkir və onun Almaniyaya gedərkən K.Rafiqqızına ciddi dəstək olduğunu, sonradan aralarında narazılıq yarandığını, bu günə qədər də narazılığın davam etdiyini söyləyir.

K.Rafiqqızının S.Hüseynovun təbliğatçısına çevrilməsi ilə bağlı faktlar isə daha ilgincdir. Əslində xanım mühacirin keçmiş korpus komandirini tanımadığı, sadəcə oturum izni almaq üçün bu yola əl atdığını mənbə qeyd edir. Bununla onun Azərbaycanda bir zamanlar ömürlük cəza çəkən şəxsin müdafiəçisi olduğunu göstərmək və ölkəyə qayıdarkən guya təzyiqlərlə üzləşəcəyini olduğu ölkənin aidiyyəti orqanına nümayiş etdirmək niyyətində olduğu iddia olunur. Artıq S.Hüseynovun yaxınları K.Rafiq qızı ilə əlaqə qurublar, hətta ona bu paylaşımlarına görə müəyyən məbləğdə maliyyə ödəyirlər...

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı S.Hüseynovun çabalarına “Yeni Müsavat”da bu cür şərh verdi:“Surət Hüseynovun səs yazısını mən də dinlədim. Onun etikadan uzaq sözlərini kənara qoyuram. Səsləndirdiyi ittihamlar kifayət qədər ciddidir. Bunun üçün konkret faktlar, sənədlər ortaya qoyulmalıdır. Həmin dövrün məsuliyyətli şəxsləri təkcə sözlərlə deyil, arqumentlərlə Surət Hüseynova cavab verməlidirlər. Bu bir faktdır ki, o heç kimə xəbər vermədən, heç kimlə razılaşmadan Sərsəng istiqamətində olan qoşunlarını geri çağırıb. Bundan sonra ermənilərin həmin istiqamətlərdə üstünlüyü təmin olunub və qısa zamanda düşmən genişmiqyaslı hücuma keçərək Azərbaycan torpaqlarını işğal etmə prosesini sürətləndiriblər. Bu faktlar Kütləvi İnformasiya Vasitələrində vaxtı ilə gedib. Surət Hüseynov tərəfindən bu faktlar indi başqa cür izah olunmaqdadır. Onun geri çəkilməsi başqa bir amillə bağlıdır. Onu da deyə bilərəm ki, digər istiqamətlərdə atəşkəsin əldə olunması barədə əlimdə konkret sənəd yoxdur, bu barədə məlumatsızam. Ancaq onu bilirəm ki, ermənilər Azərbaycanın digər yerlərində diqqətdən yayındırıcı əməliyyatlar keçirdilər. Əsas cəbhə Qarabağ və Gədəbəy istiqamətində idi. Gədəbəy istiqamətində könüllülərimiz, ordumuz böyük qəhrəmanlıqlar göstərdilər. Şınıx deyilən ərazi düşməndən tamamilə təmizləndi. Bir qarış torpağımız belə ermənilərə verilmədi, əksinə onlardan torpaqlarımız alındı.

Başqa istiqamətlərdə döyüş əməliyyatları demək olar ki, getmirdi. Əsas diqqətlər o zaman Dağlıq Qarabağ və onun ətrafındakı rayonlara yönəlmişdi. Deyilənə görə, o vaxt ordumuz 9 kilometrə qədər gedib çatmışdı. Bilmirəm ki, bu Surət Hüseynovun yoxsa başqa bir komandanlığın rəhbərlik etdiyi hərbi hissələr idi. Ermənilər tərksilah olmağa hazır idilər. Birdən-birə Surət Hüseynovun qoşunları geri çəkməsi ermənilərə yeni imkanlar yaratdı. Bunun səbəbini o, atəşkəs rejimi ilə bağlamağa çalışırsa, düşünürəm ki, fikirləri yetərincə arqumentli deyil. Çünki erməni o vaxt böyük qüvvə ilə Dağlıq Qarabağ istiqamətinə gəlməzdi. Nəzərə alsaq ki, Dağlıq Qarabağ və onun ətrafında döyüşənlər rus zabitləri idilər. Bu zabitlərin əksəriyyəti muzdurlar idi. Onların içərisində əsgərlər də, rus texnikası da var idi. Ermənilər sadəcə şərti xarakter daşıyıb, maşa rolunu oynayırdılar. Azərbaycan torpaqlarını işğal edən Yeltsin hakimiyyəti və onun tabeliyində olan hərbi qüvvələr idi. O qüvvələr Dağlıq Qarabağ ətrafında idilər. Bu baxımdan Surət Hüseynovun fikirləri inandırıcı deyil. Sadəcə olaraq, özünə haqq qazandırmaq üçün bu fikirləri söyləyir. Hər kəs yaxşı bilir ki, Surət Hüseynovun tabeliyində olan qüvvələri geri çəkməsi Ağdamın işğalında əsas rol oynadı. Məhz bundan sonra ermənilər o əraziləri işğal etdilər.

Bunlar da mətbuatda çox dərc olunub və bu da həmin dövrün hərbi komandanlığına aid idi. Bu məsələyə o dövrdə yüksək səviyyədə olan zabitlər tərəfindən aydınlıq gətirilməlidir. Həqiqət naminə vətəndaş mövqeyi ortaya qoyulmalıdır. Obyektiv şəkildə hər şey ortaya qoyulmalıdır ki, görək torpaqlarımızın işğalında Xalq Cəbhəsi hərbi dəstələri, Müdafiə Nazirliyi yoxsa Surət Hüseynov günahkardır. Bunun üçün əməliyyatlarda iştirak edən, obyektiv olan zabitlərin danışması daha yaxşı olardı”.

Deputat S.Hüseynovun “dirilməsi”nin heç bir nəticə verməyəcəyini qeyd etdi: “Surət Hüseynov nə qədər fəallaşsa da, tribunada özünü təqdim etməyə çalışsa da, onun Azərbaycan siyasətində yeri yoxdur. Əvvəla, o siyasətçi deyil. Onun siyasətdə nə dərəcədə bacarıqlı olub-olmaması 1993-cü ilin iyunundan 1994-cü ilin oktyabrına qədər gedən zaman kəsiyində özünü ifadə etdi.

Həmin burulğanlardan Surət Hüseynov çıxa bilmədi. Əksinə o, törətmiş olduğu cinayətlərə görə ömürlük həbs cəzası aldı. Belə bir cinayətkarın siyasətə qayıtması, Azərbaycan siyasətində yer tutması indiki reallıqla daban-dabana ziddir. Yaddan çıxarmaq olmaz ki, Azərbaycanın bu gün siyasi mühiti kifayət qədər həssasdır. Hakim partiya dövlətimizə, dövlətçiliyimizə qarşı hər hansı bir addımlar atılarsa, ona qarşı çox ciddi, əsaslı, təxirəsalınmaz, effektiv hərəkət etmək qabiliyyətinə malikdir. Müxalifət isə heç zaman Surət Hüseynovu öz sıralarına qəbul etməz. Çünki onunla müxalifət arasında yetərincə böyük problemlər yaşanıb. Bu gün də bu problemlər yaşanmaqdadır. Surət Hüseynov başqa qüvvələr tərəfindən dindirilə, danışdırıla bilər. Amma bunun da kifayət qədər ciddi təsiri ola bilməz. Açığı onun siyasətə qayıtması ilə bağlı fəaliyyətində ciddi elementləri görmürəm. Onun adından çıxış edən, səsini yayan, fəaliyyətini önə çəkməyə çalışan kimlərsə varsa, bu təbii ki, Surət Hüseynovun təşəbbüsü, təhriki ilə baş verir. Bu yolla onu gündəmə gətirməyə çalışırlar. Məncə bütün bunların yeganə səbəbi Surət Hüseynovun özünü təmizə çıxarmaq, özünə haqq qazandırmaq çabalarıdır”. (Musavat.com)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“VOLT Azərbaycan” alıcını aldadır? – Göstərilən qiymətlə ödəniş uyğun gəlmir
Bu gün, 10:42
Ağdamda yeni binalar tikilir, 40 milyonluq tikinti tenderlərini kimlər uddu? - ŞİRKƏTLƏR
Bu gün, 10:38
Biabırçılığın baş verdiyi NDU-da TƏMİZLƏMƏ BAŞLADI... - BƏS HƏBSLƏR NECƏ... OLACAQMI?!!
Bu gün, 10:36
Dəfətərxana malları alınacaqdı, satınalma dəftərinə “ləğv" yazıldı - DETALLAR
Bu gün, 10:32
Vüqar Qurbanov bu xəstəxananın direktorunu və baş həkimini işdən çıxardı - ƏMR
Bu gün, 10:30
Rusiya Ermənistana bu silahları daşıyır - Azərbaycan hazırlıq içində
Bu gün, 10:18
Ermənistana qarşı 1,5 milyard dollar məbləğində 4 iddia qaldırılıb - KİV
Bu gün, 10:16
“Əgər Bakıda öləcəksənsə, qabaqcadan qəbir yeri al” - MALƏSƏF... BU BELƏDİR...
Bu gün, 10:14
Binəqədinin başçısı Binəqədinin BAŞINI BURAXIB... - bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 10:11
"Dollar Rüstəm"in evinə basqın edən daha bir şəxslə bağlı qərar çıxarıldı - TƏFƏRRÜAT
Bu gün, 10:04
Rüşvətə görə cəzası ağırlaşdırılan sabiq bələdiyyə sədri: - “O pullar “Çiyələk festivalı” və başqa kütləvi tədbirlərə xərclənib”
Bu gün, 10:03
"Bu nə arxayınçılıqdır?" - ETİRAZ VAR!
Bu gün, 09:53
Bakının iki şərtinə əməl olunsa, sülh sazişi realdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:41
“Keçmiş məmurlar nəyəsə görə çəkinirlər ki, hansısa kəndin təmirinə vəsait qoysalar, onlardan haqq-hesab tələb olunar” - Tahir Kərimli
Bu gün, 09:38
“Azəriqaz” əməkdaşından rəhbərliklə bağlı ŞOK FAKTLAR - "“Azəriqaz”a vicdanla işini görən əməkdaş lazım deyil..."
Bu gün, 09:31
Sərdar Cəlaloğlu məhkəməyə verildi
Bu gün, 09:28
Sifariş etdiyin məhsulu da doğru-dürüst ala bilmirsən... - AXI NİYƏ?
Bu gün, 09:21
İsrailin yeni səfiri Azərbaycana gəlib
Bu gün, 09:14
Putinin “sağ əli” məşhur oyuncağı hədəfə aldı, “müharibə” başladı – Azərbaycanlılar da bilir
Bu gün, 09:12
Fars irqçi-şovinistlərin Pezeşkian sancısı - İranda türkləri təhqir edənlərin hədəfi
Bu gün, 09:07
Hüquq müdafiəçisini həbs etdirən vəkil danışdı - Barışıq mümkündürmü?
Bu gün, 09:02
Dövlətimiz vətəndaşının yanında NİYƏ DAYANA BİLMİR? - SUAL BUDUR!!!
Bu gün, 09:01
Şəhərdə uşaq meydançaları niyə ödənişlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:53
Müttəfiqlərin xain ssenari quranlara öldürücü siqnalı - NƏ BAŞ VERİR?
Bu gün, 08:48
ADSEA-da "qudalar" işin suyunu çıxardıb... - "Varlılar yaşayan məhəllələrə daha çox su verilir"
Bu gün, 07:31
“Hilltop Heaven”də kriminal aləmin RƏSMİ TƏBLİĞATI - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 07:25
Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır - Agentliyin anlaşılmaz açıqlamaları
Bu gün, 07:16
Öncə xalası oğlu həbs olundu, indi isə... - TENDERİ LƏĞV OLUNDU
Bu gün, 07:11
“Qafqaz Müsəlmanları İdarəsi İranın təsirindən çıxa bilmir” - İTTİHAM VAR...
Bu gün, 07:06
Pensiya ilə bağlı mühüm xəbər: bu şəxslər tez çıxa bilər – 10 il…
Bu gün, 07:04
Trampın bu qərarı neftin qiymətini kəskin şəkildə artıra bilər
Bu gün, 07:02
Xaricdə təhsil alan tələbələr niyə Azərbaycana qayıda bilmir? - Ekspertdən sərt TƏNQİD
Bu gün, 06:57
Dükaniçi MÖHTƏKİRLİK... - CƏZASI VAR...
Bu gün, 06:54
İrəvan üçün SÜLH DÜSTURU - Başqa cür ola da bilməz...
Bu gün, 06:51
"Rusiya və ABŞ-nin burada birtərəfli üstünlük qazanmasına imkan verilməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 06:49
Plana düşən evlərə nə qədər kompensasiya veriləcək? - AKTUAL
Bu gün, 06:45
“Melissa Group”un başında oturanlar yenə həbsə düşmək istəyir? - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:27
Məhkəmə sisteminin ÇÜRÜKLÜYÜ - NARAZILIQ VAR...
Bu gün, 06:19
Başsız qalan Gəncənin acınacaqlı halı - əgər başçı olsaydı...
Bu gün, 06:14
Rusiyanın bu ərazisi “işğal” edilə bilər – Rəqibindən mübahisəli həmlə
Bu gün, 06:08
Vaqif Həsənov müəllimləri “quş” adlandırıb? - İTTİHAM VAR...
Bu gün, 06:06
Ən yaxşı model Bakı - İrəvan - Ankara tandemidir - AKTUAL
Bu gün, 06:03
Bakı daimi danışıqlar meydanına çevrilmək istəyə bilərmi? - GƏLİŞMƏ
Bu gün, 06:01
Yenilənmiş ultimatum: Trampın xəbərdarlığının arxasında nə dayanır?
Bu gün, 05:59
6 uşaqla 1 otağa sığınsalar da... - NAZİRƏ MÜRACİƏT
Bu gün, 05:55
Şagirdi daha çox sayda dərslə yükləmək, lakin nəticə əldə etməmək... - təhsil sisteminin effektivliyini şübhə altına alır
Bu gün, 05:50
Onlayn iclasda katibəni qucaqlayan deputat işdən qovuldu - FOTO
Bu gün, 05:45
Çin Rusiya və Qərbin tükənməsindən necə qazanır? - ŞƏRH
Bu gün, 00:23
"Ehtiyatlı olun, aldanmayın" - FOTO
Bu gün, 00:21
Ermənistan Prezidentindən Azərbaycana TƏKLİF - “Naxçıvana quru yolu açaq”
Bu gün, 00:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru