Elmar Məmmədyarov Rusiya agentidir? .....                     SOCAR-a yaxın daha bir şirkət yaradılıb .....                     "Yazanların çoxu azərbaycanlı idi" .....                     Kreml geri çəkilməsə, Rusiya zəifləyib, çökəcək: .....                     Məktəb direktoruna yüksək vəzifə verildi .....                     Azərbaycan Meyxanaçılar Birliyi yarana bilər .....                     Dava edənləri ayırmaq istədi, özü ÖLDÜRÜLDÜ .....                     Sabunçu rayonunda tikintilər üçün qiymətlər artırılıb? .....                     Qaz və işıqda sabit tariflər .....                     ABŞ-ın müvəqqəti işlər vəkili Şəhidlər xiyabanını ziyarət edib .....                     "Yazıçılar Birliyində senzura olmalıdır" .....                     MMU-nun stendi DİM sərgisində böyük maraqla izlənilib .....                     Azərbaycanın qaz bumu: Rusiya bazardan sıxışdırılır .....                     3 ölkəni dəhşətə salan fəlakətlə bağlı SENSASİON iddia .....                     Azərbaycanda saxta boşananların evi və müavinəti əlindən alına bilər .....                     Maliyyə Nazirliyi 162 milyonluq yeyinti aşkarladı .....                     Yer kürəsində yeni fəsillər yaranıb .....                     SOCAR-a yaxın daha bir şirkət yaradılıb .....                     Gözəllik qurban tələb edir: Azərbaycanda isə hətta öldürür .....                     “Baku Electronics” haqsız rəqabətə yol verib .....                     Maliyyə Nazirliyi bu il 27 vəzifəli şəxsi cərimələyib .....                     Azər Qasımlının məhkəməsində zərərçəkən ifadə verdi .....                     Türkiyədən zeytun budağı: "Sülh masası” Ankaraya daşınır .....                     Husilərin İsrailə qarşı müharibəsi .....                     "Hamı günahkardır dünyada, amma..." .....                     “Azərenerji”dən 6.6 milyonluq layihə .....                     Ruslar bizimkiləri əzir: GÜNAHKAR UKRAYNADIR... .....                     "Naxçıvan İpoteka Fondu"nda nöqsanlar aşkarlanıb .....                     İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi investisiya fəaliyyətinə dair qanunları pozub .....                     RƏSMİ İTTİHAM: Dövlət Turizm Agentliyində 18,5 milyon manatlıq POZUNTU .....                     ADY 3 yaşı belə tamam olmayan ÜÇƏMƏ QARŞI İDDİA QALDIRDI... .....                     Qabil Məmmədova 16 il müddətinə qiyabi hökm oxunub .....                     Evin şüşədəndirsə... .....                     Məsud Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi .....                     “Baku Electronics” və “ABC Telecom” barəsində haqsız rəqabətə yol verilməsi üzrə iş qaldırılıb .....                     Mikayıl Cabbarovdan BAHALAŞMA QƏRARI .....                     Regionda müharibə təhlükəsi: Dörd ölkə səssiz oyuna başladı .....                     Zəngəzur dəhlizinə iki ölkə nəzarət edəcək .....                     Türkiyə Azərbaycandan Suriyaya təbii qaz tədarükünə başlayacaq .....                     Yekaterinburq məhkəməsi Azərbaycan diasporunun rəhbərinin oğlunun .....                 

Bakı daimi danışıqlar meydanına çevrilmək istəyə bilərmi? - GƏLİŞMƏ
Tarix: Bu gün, 06:01 | Çap et

Son vaxtlar Azərbaycan dünya siyasi arenasında əvvəllər ona tamamilə yad olan yeni rola iddia etməyə başlayıb. Ölkəmiz münaqişə tərəfləri üçün danışıqlar meydanına çevrilməkdədir. Əvvəlki illərdə Azərbaycan üçün bu mövzu aktual deyildi – ölkə özü uzun müddət davam edən işğal səbəbilə münaqişə vəziyyətində idi. Lakin artıq problem artıq arxada qalıb və Azərbaycan indi çoxvektorlu xarici siyasət yürüdən dövlət olaraq təbii şəkildə dialoqlar üçün əlverişli, rahat məkan obrazı qazanmağa başlayıb. Üstəlik, ölkə coğrafi baxımdan Avropa ilə Asiyanın kəsişdiyi nöqtədə yerləşir.

Bu günlərdə məlum olub ki, Suriyaya dair beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək. Bu barədə Səudiyyə Ərəbistanının “Əl-Hədəs” telekanalı mənbələrə istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, İsrail nümayəndə heyətinin Azərbaycana səfəri və Suriya tərəfi ilə razılaşmaları yekunlaşdırması gözlənilir.

Xatırladaq ki, iyulun 13-də Bakıda Suriya və İsrail nümayəndələri arasında ilk birbaşa görüş baş tutub. Diplomatik mənbələrin məlumatına görə, danışıqlarda “İsrailin Suriyada yeni hərbi mövcudluğu” məsələsi müzakirə olunub. Görüşlə bağlı rəsmi təsdiq bir neçə gün sonra verilib. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Jewish News Syndicate” portalına verdiyi müsahibədə bildirib: “Biz rəsmi şəkildə təsdiq edə bilərik ki, Bakıda İsrail və Suriya arasında danışıqlar baş tutub. Azərbaycan regionda sülh və sabitliyin təmin edilməsi üçün körpü rolunu oynamağa hazırdır”.

Hikmət Hacıyev eyni zamanda, Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib ki, Azərbaycan Bakıda Rusiya-Ukrayna danışıqlarının keçirilməsi üçün bütün lazımi şəraiti təmin etməyə hazırdır. O vurğulayıb ki, mühüm beynəlxalq danışıqlara ev sahibliyi edən Bakı özünü regionun diplomatik paytaxtı kimi təsdiqləyib.

Əgər dostlarımız və tərəfdaşlarımız (Rusiya və Ukrayna - red.) Bakıda görüşmək istəsələr, biz onları qəbul etməyə çox şad olarıq. Bakı artıq bütün Xəzər regionunun diplomatik paytaxtıdır. Burada Türkiyə və İsrail arasında danışıqlar aparılıb. Suriya və İsrail də Bakıda danışıqlar aparıb. Daha əvvəllər burada Rusiya və ABŞ arasında raket əleyhinə müdafiə sistemləri ilə bağlı strateji danışıqlar, həmçinin Rusiya-NATO danışıqları keçirilib. Son vaxtlar Bakıda bir çox digər diplomatik tədbirlər keçirilib. Biz hamını qəbul etməyə şadıq, lakin heç kimi məcbur edə bilmərik. Onlar özləri bizə müraciət etməlidirlər”, - H.Hacıyev qeyd edib.

Azərbaycan üçün beynəlxalq arenada yeni rolu necə qiymətləndirmək olar? Münaqişədə olan dövlətlər arasında vasitəçi rolu ölkəmizə uyğun gəlirmi? İsrail ilə Suriyanın yeni rəhbərliyi arasında görüşlər üçün niyə məhz Bakı seçilib? Azərbaycan belə aktiv fəaliyyət nəticəsində hansı faydalar əldə edə bilə? Ümumiyyətlə, ölkəmiz region dövlətləri və dünyanın müxtəlif ölkələri üçün daimi diplomatik vasitəçilik platformasına çevrilə bilərmi?

Tanınmış rusiyalı şərqşünas, Yaxın Şərq üzrə ekspert Ruslan Süleymanov məsələ ilə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

Ekspert ilk onu qeyd edib ki, Azərbaycan Yaxın Şərq ölkələrinin nümayəndələri üçün vasitəçi rolunda çıxış etməsi ilk dəfə deyil. “Cari ilin aprel ayında Bakıda İsrail və Türkiyə nümayəndələri arasında danışıqlar keçirilmişdi və orada, digər məsələlərlə yanaşı, Suriyadakı vəziyyət də müzakirə olunmuşdu. Məncə, Azərbaycanın bu rolu oynamaq üçün böyük potensialı və imkanları var. Lakin bu, Bakının özünün Yaxın Şərq məsələlərinə nə dərəcədə cəlb olunmaq istəməsindən asılıdır. Bu bölgə Azərbaycanın ənənəvi təsir dairəsindən uzaqdır və əvvəllər ölkənin belə bir vasitəçi rolunda ciddi təcrübəsi olmayıb. Mən düşünürəm ki, hələlik söhbət hansısa böyük razılaşmadan və ya müqavilədən deyil, ilkin məsləhətləşmələrdən gedir. Əgər son hadisələrə və İsrailin iştirakı ilə Suriyadakı gərginliyə nəzər salsaq, əsas vasitəçi rolunu amerikalılar oynayır və onların imkanları daha genişdir. Bakı isə hələlik konkret məsələlərin müzakirəsi, konkret təfərrüatlar və mümkün toqquşmaların qarşısının alınması üçün ehtiyat məkan rolunu oynayır. Mənim bildiyimə görə, apreldə də Türkiyə və İsrail nümayəndələri bu məsələlər üzrə razılığa gəlməyə çalışıblar”, – deyə o bildirib.

Ekspertin fikrincə, Azərbaycan daimi platformaya çevrilə bilər, lakin bunun üçün Yaxın Şərq məsələlərinə daha dərindən qoşulmaq lazımdır: “Hələ bu yaxınlara qədər Bakı bu proseslərdən uzaqda idi və təəssüf ki, bir çox ərəb ölkələrində hələ də Azərbaycanın harada yerləşdiyini, Fələstin məsələsində hansı mövqe tutduğunu bilməyənlər var. Halbuki bu mövqe kifayət qədər aydındır. Lakin Azərbaycan Suriyanın bərpasında iştirak etdikcə, qaz layihələrində yer aldıqca (bu yaxınlarda prezident Əş-Şəraa ilə Prezident Əliyev arasında səfər zamanı bu barədə razılıq əldə olunmuşdu), Bakı iqtisadi iştirakını siyasi iştirak səviyyəsinə keçirə bilər. Amma bir daha qeyd edirəm: bu, Bakının bu rolu oynamaq istəyindən asılı olacaq. Mənim fikrimcə, hələlik Azərbaycan vasitəçiliyə və ümumilikdə Yaxın Şərqdə rol oynamağa çox ehtiyatla yanaşır”, – deyə Ruslan Süleymanov bildirib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elmar Məmmədyarov Rusiya agentidir? - Sabiq nazir danışdı
Bu gün, 18:15
SOCAR-a yaxın daha bir şirkət yaradılıb
Bu gün, 18:10
"Yazanların çoxu azərbaycanlı idi" - Castinin konsertində evlənmək istəyən qız
Bu gün, 18:02
Kreml geri çəkilməsə, Rusiya zəifləyib, çökəcək: - Onun təbii sərvətləri Qərblə Çin üçün əsl "nifaq alması"na çevriləcək
Bu gün, 17:58
Məktəb direktoruna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 17:55
Azərbaycan Meyxanaçılar Birliyi yarana bilər - AÇIQLAMA
Bu gün, 17:53
Dava edənləri ayırmaq istədi, özü ÖLDÜRÜLDÜ – Şəkidəki qətlin TƏFƏRRÜATI
Bu gün, 17:46
Sabunçu rayonunda tikintilər üçün qiymətlər artırılıb? - Ramil Əliyevin yeni tələbi….
Bu gün, 17:40
Qaz və işıqda sabit tariflər - Məqsəd NƏDİR...
Bu gün, 17:36
ABŞ-ın müvəqqəti işlər vəkili Şəhidlər xiyabanını ziyarət edib
Bu gün, 17:33
"Yazıçılar Birliyində senzura olmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 17:20
MMU-nun stendi DİM sərgisində böyük maraqla izlənilib - VİDEO
Bu gün, 17:17
Azərbaycanın qaz bumu: Rusiya bazardan sıxışdırılır - AKTUAL
Bu gün, 17:14
3 ölkəni dəhşətə salan fəlakətlə bağlı SENSASİON iddia – Təhlükəli silah Rusiyadan işə salınıb?
Bu gün, 17:09
Azərbaycanda saxta boşananların evi və müavinəti əlindən alına bilər - AÇIQLAMA
Bu gün, 17:05
Maliyyə Nazirliyi 162 milyonluq yeyinti aşkarladı - Materiallar Baş Prokurorluğa göndərildi
Bu gün, 17:04
Yer kürəsində yeni fəsillər yaranıb - "Live Science"
Bu gün, 17:03
SOCAR-a yaxın daha bir şirkət yaradılıb
Bu gün, 17:01
Gözəllik qurban tələb edir: Azərbaycanda isə hətta öldürür - NƏ ETMƏLİ?
Bu gün, 16:58
“Baku Electronics” haqsız rəqabətə yol verib - İŞ QALDIRILIB
Bu gün, 16:56
Maliyyə Nazirliyi bu il 27 vəzifəli şəxsi cərimələyib
Bu gün, 16:53
Azər Qasımlının məhkəməsində zərərçəkən ifadə verdi
Bu gün, 16:45
Türkiyədən zeytun budağı: "Sülh masası” Ankaraya daşınır - GƏLİŞMƏ
Bu gün, 16:00
Husilərin İsrailə qarşı müharibəsi - Raketlərin pulunu kim ödəyir?
Bu gün, 15:53
"Hamı günahkardır dünyada, amma..." - Bahəddin Həzi yazır...
Bu gün, 15:45
“Azərenerji”dən 6.6 milyonluq layihə
Bu gün, 15:39
Ruslar bizimkiləri əzir: GÜNAHKAR UKRAYNADIR... - Kremlin BAŞI QAÇIB...
Bu gün, 15:24
"Naxçıvan İpoteka Fondu"nda nöqsanlar aşkarlanıb - RƏSMİ
Bu gün, 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi investisiya fəaliyyətinə dair qanunları pozub - DETALLAR
Bu gün, 15:16
RƏSMİ İTTİHAM: Dövlət Turizm Agentliyində 18,5 milyon manatlıq POZUNTU - Hesablama Palatasından İFŞA
Bu gün, 15:10
ADY 3 yaşı belə tamam olmayan ÜÇƏMƏ QARŞI İDDİA QALDIRDI... - DƏLİXANADIR VALLAH...
Bu gün, 15:01
Qabil Məmmədova 16 il müddətinə qiyabi hökm oxunub - DETALLAR
Bu gün, 14:52
Evin şüşədəndirsə... - GƏLİŞMƏ...
Bu gün, 14:50
Məsud Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi - “Anadolu”
Bu gün, 14:46
“Baku Electronics” və “ABC Telecom” barəsində haqsız rəqabətə yol verilməsi üzrə iş qaldırılıb - TƏFƏRRÜAT
Bu gün, 14:44
Mikayıl Cabbarovdan BAHALAŞMA QƏRARI - BUNDAN SONRA...
Bu gün, 14:43
Regionda müharibə təhlükəsi: Dörd ölkə səssiz oyuna başladı – Gizli detallar
Bu gün, 13:08
Zəngəzur dəhlizinə iki ölkə nəzarət edəcək - Abovyan
Bu gün, 13:06
Türkiyə Azərbaycandan Suriyaya təbii qaz tədarükünə başlayacaq - KİV
Bu gün, 12:51
Yekaterinburq məhkəməsi Azərbaycan diasporunun rəhbərinin oğlunun həbsini qüvvədə saxlayıb
Bu gün, 12:45
Rusiya agenti olduğu iddia olunan sabiq deputat danışdı - YENƏ DƏ DEDİYİNİ DEYİR...
Bu gün, 12:42
Arvadını öldürən Həmid - Məhkəmədən gizlənirmiş...
Bu gün, 12:37
“Kontakt Home”un baş kredit mütəxəssisi ailə üzvlərinin adına bu qədər kredit ayırıbmış - “Seçilən işçilərdən olmuşam”
Bu gün, 12:34
Axmaqlara xitab edənlər və Azərbaycan - REPLİKA
Bu gün, 12:33
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib - Rusiya DİN
Bu gün, 12:30
Kreml Trampın sülh təklifini niyə rədd edir? - “Atlantik Şura”
Bu gün, 12:21
Kilsə-hakimiyyət qarşıdurması yeni MƏRHƏLƏDƏ
Bu gün, 12:17
Fəhlənin əli amputasiya edildi, obyekt sahibi cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:15
Milyonluq tenderlərin “ovçusu”: “Az-Tex-İmport” MMC - İcazə verin, şübhələnək...
Bu gün, 12:08
Zəngəzur Pezeşkianın şansı, Vilayətinin qırmızı xəttidir - İNCƏLƏMƏ
Bu gün, 12:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru