“Elçibəy tarixi baxımdan ən düzgün seçimi etmişdi” - deputat
Tarix: 13-06-2019, 09:22 | Çap et
 1993-cü ilin əvvəllərindən Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq meyllərinin baş qaldırması dövlətin varlığını ciddi təhlükə altına qoymuşdu. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi.
1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun nəzarəti altında olan 709 saylı hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi.
Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı Gəncə divarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.
Prezident Əbülfəz Elçibəy niyə məhz Heydər Əliyevi Bakıya dəvət etdi?
O dövrkü hadisələrin canlı şahidi olmuş deputat Fəzail Ağamalı bildirdi ki, əvvəla, Heydər Əliyevin Bakıya dəvət olunmasını xeyli vaxt idi xalq tələb edirdi. Həm Heydər Əliyevin özünə, həm də ölkə hakimiyyətinə 1992-ci ilin payız aylarından etibarən cəmiyyətin müxtəlif təbəqələri tərəfindən müraciətlər ünvanlanırdı. Hər kəs artıq əmin idi ki, ölkəni yaranmış ağır durumdan yalnız Heydər Əliyev xilas edə bilər. Prezident Əbülfəz Elçibəy də xalqın iradəsini və Heydər Əliyevdən başqa heç kimin yaranmış vəziyyəti nizama salmaq imkanının olmadığını nəzərə aldı: “Başda Elçibəy olmaqla, hakimiyyətdəkilər də bilirdilər ki, Azərbaycanda hərc-mərclik yaratmaq istəyən, ölkəni parçalamaq planını həyata keçirən qüvvələrin öhdəsindən yalnız Heydər Əliyev gələ bilər. Ayaz Mütəllibov və Surət Hüseynov birbaşa Rusiyanın adamları idi. Rusiyanın işə saldığı plan sonda Ayaz Mütəllibovu hakimiyyətə gətirmək idi. Azərbaycanın müstəqilliyi ciddi təhlükə altındaydı. Əbülfəz Elçibəy Heydər Əliyevin qanuni şəkildə-parlament yolu ilə hakimiyyətə gəlməsinə imkan verməklə ona tam müstəqil adam kimi hərəkət etməyə şərait yaratdı. Elçibəy tarixi baxımdan ən düzgün seçimi etmişdi. Çünki bu seçim xalqın idi”.
Elçibəyin yaxın silahdaşlarından olmuş sabiq deputat İbrahim İbrahimli də hələ 2012-ci ildə “Yeni Müsavat”a açıqlamasında bildirmişdi ki, 1993-cü ildə dünyada, bölgədə baş verən prosesləri, bölgədəki siyasi şərtləri, geosiyasi maraqları nəzərə alanda məlum olur ki, Elçibəyin hakimiyyətini qoruyub saxlamaq mümkün deyildi. Hətta silaha əl atılsaydı, böyük miqyasda zor tətbiq edilsəydi də hakimiyyəti saxlamaq mümkünsüz görünürmüş: “Ortada Gürcüstan nümunəsi var idi. Qamsaxurdiya ciddi şəkildə güc tətbiq etmişdi, silahlı müqavimət göstərmişdi; amma hakimiyyəti saxlaya bilmədi. 4 iyun qiyamından sonra Əbülfəz Elçibəy, milli hakimiyyət çətin seçim qarşısında qalmışdı. Ya hakimiyyət Rusiyanın ssenarisinə uyğun olaraq Ayaz Mütəllibova və ya Surət Hüseynova verilməliydi, ya da Heydər Əliyevə ötürülməliydi. Milli hakimiyyət iki variantdan birini seçməli idi. Belə qənaətə gəlindi ki, Ayaz Mütəllibovdan və Surət Hüseynovdan fərqli olaraq Heydər Əliyev Azərbaycana rus qoşunlarının yenidən gəlməsini, Azərbaycanın rusların himayəsi altında idarə olunmasını qəbul etməyəcək, Azərbaycanın müstəqilliyinə xələl gəlməyəcək, qorunub saxlanacaq. Ona görə də Heydər Əliyevin dəvət olunması variantının üzərində dayanıldı. Faktiki olaraq Rusiyanın Ayaz Mütəllibov və ya Surət Hüseynovu hakimiyyətə gətirmək ssenarisi pozuldu. Bu ssenari həyata keçsəydi, Azərbaycanın müstəqilliyinin ruslar tərəfindən sıradan çıxarılması təhlükəsi real idi. Milli hakimiyyət üçün, Əbülfəz Elçibəy üçün isə hər şeydən vacib məsələ Azərbaycanın müstəqilliyinin qorunub saxlanması idi”. “Yeni Müsavat”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “VOLT Azərbaycan” alıcını aldadır? – Göstərilən qiymətlə ödəniş uyğun gəlmir
Bu gün, 10:42 |
|
|
|
• Ağdamda yeni binalar tikilir, 40 milyonluq tikinti tenderlərini kimlər uddu? - ŞİRKƏTLƏR
Bu gün, 10:38 |
|
|
|
• Biabırçılığın baş verdiyi NDU-da TƏMİZLƏMƏ BAŞLADI... - BƏS HƏBSLƏR NECƏ... OLACAQMI?!!
Bu gün, 10:36 |
|
|
|
• Dəfətərxana malları alınacaqdı, satınalma dəftərinə “ləğv" yazıldı - DETALLAR
Bu gün, 10:32 |
|
|
|
• Vüqar Qurbanov bu xəstəxananın direktorunu və baş həkimini işdən çıxardı - ƏMR
Bu gün, 10:30 |
|
|
|
• Rusiya Ermənistana bu silahları daşıyır - Azərbaycan hazırlıq içində
Bu gün, 10:18 |
|
|
|
• Ermənistana qarşı 1,5 milyard dollar məbləğində 4 iddia qaldırılıb - KİV
Bu gün, 10:16 |
|
|
|
• “Əgər Bakıda öləcəksənsə, qabaqcadan qəbir yeri al” - MALƏSƏF... BU BELƏDİR...
Bu gün, 10:14 |
|
|
|
• Binəqədinin başçısı Binəqədinin BAŞINI BURAXIB... - bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 10:11 |
|
|
|
• "Dollar Rüstəm"in evinə basqın edən daha bir şəxslə bağlı qərar çıxarıldı - TƏFƏRRÜAT
Bu gün, 10:04 |
|
|
|
• Rüşvətə görə cəzası ağırlaşdırılan sabiq bələdiyyə sədri: - “O pullar “Çiyələk festivalı” və başqa kütləvi tədbirlərə xərclənib”
Bu gün, 10:03 |
|
|
|
• "Bu nə arxayınçılıqdır?" - ETİRAZ VAR!
Bu gün, 09:53 |
|
|
|
• Bakının iki şərtinə əməl olunsa, sülh sazişi realdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:41 |
|
|
|
• “Keçmiş məmurlar nəyəsə görə çəkinirlər ki, hansısa kəndin təmirinə vəsait qoysalar, onlardan haqq-hesab tələb olunar” - Tahir Kərimli
Bu gün, 09:38 |
|
|
|
• “Azəriqaz” əməkdaşından rəhbərliklə bağlı ŞOK FAKTLAR - "“Azəriqaz”a vicdanla işini görən əməkdaş lazım deyil..."
Bu gün, 09:31 |
|
|
|
• Sərdar Cəlaloğlu məhkəməyə verildi
Bu gün, 09:28 |
|
|
|
• Sifariş etdiyin məhsulu da doğru-dürüst ala bilmirsən... - AXI NİYƏ?
Bu gün, 09:21 |
|
|
|
• İsrailin yeni səfiri Azərbaycana gəlib
Bu gün, 09:14 |
|
|
|
• Putinin “sağ əli” məşhur oyuncağı hədəfə aldı, “müharibə” başladı – Azərbaycanlılar da bilir
Bu gün, 09:12 |
|
|
|
• Fars irqçi-şovinistlərin Pezeşkian sancısı - İranda türkləri təhqir edənlərin hədəfi
Bu gün, 09:07 |
|
|
|
• Hüquq müdafiəçisini həbs etdirən vəkil danışdı - Barışıq mümkündürmü?
Bu gün, 09:02 |
|
|
|
• Dövlətimiz vətəndaşının yanında NİYƏ DAYANA BİLMİR? - SUAL BUDUR!!!
Bu gün, 09:01 |
|
|
|
• Şəhərdə uşaq meydançaları niyə ödənişlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:53 |
|
|
|
• Müttəfiqlərin xain ssenari quranlara öldürücü siqnalı - NƏ BAŞ VERİR?
Bu gün, 08:48 |
|
|
|
• ADSEA-da "qudalar" işin suyunu çıxardıb... - "Varlılar yaşayan məhəllələrə daha çox su verilir"
Bu gün, 07:31 |
|
|
|
• “Hilltop Heaven”də kriminal aləmin RƏSMİ TƏBLİĞATI - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 07:25 |
|
|
|
• Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır - Agentliyin anlaşılmaz açıqlamaları
Bu gün, 07:16 |
|
|
|
• Öncə xalası oğlu həbs olundu, indi isə... - TENDERİ LƏĞV OLUNDU
Bu gün, 07:11 |
|
|
|
• “Qafqaz Müsəlmanları İdarəsi İranın təsirindən çıxa bilmir” - İTTİHAM VAR...
Bu gün, 07:06 |
|
|
|
• Pensiya ilə bağlı mühüm xəbər: bu şəxslər tez çıxa bilər – 10 il…
Bu gün, 07:04 |
|
|
|
• Trampın bu qərarı neftin qiymətini kəskin şəkildə artıra bilər
Bu gün, 07:02 |
|
|
|
• Xaricdə təhsil alan tələbələr niyə Azərbaycana qayıda bilmir? - Ekspertdən sərt TƏNQİD
Bu gün, 06:57 |
|
|
|
• Dükaniçi MÖHTƏKİRLİK... - CƏZASI VAR...
Bu gün, 06:54 |
|
|
|
• İrəvan üçün SÜLH DÜSTURU - Başqa cür ola da bilməz...
Bu gün, 06:51 |
|
|
|
• "Rusiya və ABŞ-nin burada birtərəfli üstünlük qazanmasına imkan verilməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 06:49 |
|
|
|
• Plana düşən evlərə nə qədər kompensasiya veriləcək? - AKTUAL
Bu gün, 06:45 |
|
|
|
• “Melissa Group”un başında oturanlar yenə həbsə düşmək istəyir? - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:27 |
|
|
|
• Məhkəmə sisteminin ÇÜRÜKLÜYÜ - NARAZILIQ VAR...
Bu gün, 06:19 |
|
|
|
• Başsız qalan Gəncənin acınacaqlı halı - əgər başçı olsaydı...
Bu gün, 06:14 |
|
|
|
• Rusiyanın bu ərazisi “işğal” edilə bilər – Rəqibindən mübahisəli həmlə
Bu gün, 06:08 |
|
|
|
• Vaqif Həsənov müəllimləri “quş” adlandırıb? - İTTİHAM VAR...
Bu gün, 06:06 |
|
|
|
• Ən yaxşı model Bakı - İrəvan - Ankara tandemidir - AKTUAL
Bu gün, 06:03 |
|
|
|
• Bakı daimi danışıqlar meydanına çevrilmək istəyə bilərmi? - GƏLİŞMƏ
Bu gün, 06:01 |
|
|
|
• Yenilənmiş ultimatum: Trampın xəbərdarlığının arxasında nə dayanır?
Bu gün, 05:59 |
|
|
|
• 6 uşaqla 1 otağa sığınsalar da... - NAZİRƏ MÜRACİƏT
Bu gün, 05:55 |
|
|
|
• Şagirdi daha çox sayda dərslə yükləmək, lakin nəticə əldə etməmək... - təhsil sisteminin effektivliyini şübhə altına alır
Bu gün, 05:50 |
|
|
|
• Onlayn iclasda katibəni qucaqlayan deputat işdən qovuldu - FOTO
Bu gün, 05:45 |
|
|
|
• Çin Rusiya və Qərbin tükənməsindən necə qazanır? - ŞƏRH
Bu gün, 00:23 |
|
|
|
• "Ehtiyatlı olun, aldanmayın" - FOTO
Bu gün, 00:21 |
|
|
|
• Ermənistan Prezidentindən Azərbaycana TƏKLİF - “Naxçıvana quru yolu açaq”
Bu gün, 00:19 |
|
|
|
|