“Bu, baş versə idi, Ermənistan olmayacaqdı” .....                     Xaricdə yaşayan Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafov Baş Prokurorluğa çağırılıblar .....                     Xarici borcumuz silah alışı hesabına artıb .....                     Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə... .....                     Azərbaycan kinosu: film çəkməyə doğrudanmı pul yoxdur? .....                     Şərurlu İsfəndiyardan ölkəni tərk etmək istəməsi ilə bağlı iddialara .....                     Şabranın icra başçısı 2 yerli sakini məhkəməyə verdi .....                     “Düşdü qəzetlər hörmətdən...” .....                     “Mahnılarımı oğurlayıb oxuyurlar, mənimsəyirlər” .....                     8 saatlıq iş vaxtı necə olacaq və maaşlara nə qədər ƏLAVƏ OLUNACAQ? .....                     Ermənistan TŞ-nin katibi Cənubi Kiprə səfər edəcək .....                     Fuad Nəcəfov Naxçıvanı eləcə... sakitcə... TƏRK EDƏ BİLƏCƏKMİ? .....                     Nazirin BÖYÜK-KİÇİK SÖHBƏTİ... .....                     İsa Qəmbər - Etibar Məmmədov razılaşması: Onu kim necə pozdu? .....                     Azərbaycanda məmur həbsi niyə toy-bayrama çevrilir... .....                     “Kiyev Rusiyanın milyardlarını gözləyir” .....                     Bu dəfə də Elman Nəsirovun oğlu... .....                     Ramiz Mehdiyevə görə hədəfə çevrildilər .....                     Bu Paşinyanın mənəvi prinsiplərə verdiyi önəmi göstərir .....                     Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil .....                     “Məni əxlaqsız kimi tanıtmaq istədi” .....                     Hərbi prokurora böyük köməkçi təyin edildi .....                     Paşinyan– Köçəryan insidenti .....                     Şahin Bağırov PLANI DOLDURA BİLMİR... .....                     Ermənistanda 10-a yaxın din xadimi istintaqa çağırılıb .....                     Bir çox ağır cinayətlərdə ittiham edilən şəxsə hökm oxunub .....                     Mədəniyyət Nazirliyi 248 min manatlıq gül alır .....                     "Bakı Ticarət Mərkəzi" nizamnamə kapitalını 2,5 milyon manat azaldır .....                     Prezidentin “mərkəzdə oturan bəzi məmurlar” ifadəsi kimə aiddir? .....                     Diplomları saxta çıxan həkimin nazir olmaq arzusu .....                     Azərbaycanın icmal büdcəsinin 10 aylıq profisiti 8 milyard manatı ötüb .....                     Zaqatala sakini "Nar"dan avtomobil qazanıb .....                     Təqaüdə göndərilən general yenidən xidmətə qayıtdı .....                     “Azercell” bu paketləri səssizcə bağlayır .....                     `Siyəzənneft`in RƏHBƏR üçlüyü ilə bağlı Prezidentə MÜRACİƏT .....                     Ölkədə həyata keçirilən islahatların və yeniləşmə prosesinin əsasında vətəndaşlara xidmət dayanır .....                     Hər bir rəhbər şəxs üçün əsas meyarlar xalqa xidmət etmək, xalqla bir yerdə olmaqdır .....                     Azərbaycanda kino sektorundakı adamların əksəriyyəti kasıbdır .....                     Azərbaycandan Rusiyaya ekstradisiya olunan azərbaycanlı Ukraynada həlak olub .....                     "Premium Bank"ın sədri işdən çıxıb .....                 

“PROKURORLUQ YENİ CİNAYƏT TÖRƏDİB”
Tarix: 27-04-2012, 15:53 | Çap et
“PROKURORLUQ YENİ CİNAYƏT TÖRƏDİB”

XƏDİCƏ İSMAYILOVADAN İTTİHAMLAR

“İstintaq orqanı Xədicə İsmayılovanın şəxsi həyatına müdaxilə ilə bağlı ikinci cinayət edib. Qanunla şəxsi həyatın sirlərinin yayılması cinayət hərəkətidir və yaxın günlərdə Bakı şəhər Prokurorluğun şəxsi həyatın sirləri ilə bağlı məlumatı barədə məhkəməyə müraciət edəcəyik”. Bu bəyanatla bu gün Hollandiya Jurnalistika Məktəbində Bakı şəhər Prokurorluğunun aprelin 26-da “Azadlıq” radiosunun müxbiri Xədicə İsmayılovanın şəxsi həyatına müdaxilə ilə bağlı cinayət işinin istintaqı haqqında yaydığı məlumatla bağlı keçirilən mətbuat konfransında vəkil Adil İsmayılov çıxış edib.

Xədicə İsmayılova istintaq orqanının cinayətkarlarla əlbir olmasından şübhələndiyini deyib. “Hesab edirəm ki, prokurorluğun dünən yaydığı məlumat, mənə martın 7-də göndərilən hədə məktubunun davamıdır. İstintaqla cinayətkarların, eyni ilə də “Yeni Azərbaycan” və “İki Sahil” qəzetinin əlbir olmasından şübhələnirəm. Sifarişlər Prezident Administrasiyasından gəlir. Cinayətin açılacağında da ümid etmirəm. Sadəcə göstərmək istəyirəm ki, ölkədə vəziyyət necədir”.

Xatırladaq ki, Bakı şəhər prokurorluğunun 26 aprel tarixli məlumatı onun bu hədələr və mənzilində gizli videokameraların yerləşdirilməsi ilə bağlı şikayətinin təhqiqatına adi idi. Bütün bu faktları araşdırmaq yerinə, bu mənzildə yaşayanların, mənzilə gəlib-gedənlərin siyahısını yayıb.

“İstintaq orqanı nəinki mənim, hətta dostlarımın da şəxsi həyatı ilə bağlı məlumatlar yayıb”, - deyə o qeyd edib.

Vəkil və jurnalist istintaq orqanının faktiki olaraq cinayətin açılması istiqamətində iş aparmadığını deyib. “İstintaq mənim şəxsi həyatımı araşdır. Amma, cinayətin açılması üçün yaşadığım evə əlavə telefon xətti çəkdirən şəxs tapılmalıdır. Bunun üçün isə əsaslar var. ATS-in sahə ustası Nurəddin Cəfərov bizə deyib ki, telefon xəttini 2011-ci il iyulun birinci ongünlüyündə şənbə günü çəkib. Usta evə buraxılmayıb və yaşadığım evdə adamlar olub. Usta həmin adamlarla iki dəfə telefonla danışıb. Həqiqətən də, iyulun birinci şənbəsi iyulun 2-də və ikinci şənbəsi 9-da mən xaricdə olmuşam”, - deyə jurnalist bildirib.

Telefon xətti 538 saylı ATS-dən çəkilib. “ATS-in rəhbərliyi dedi ki, bizdən nə istəyirsiniz? Bütün ATS-lərdə Milli Təhlükəsizlik Nazirliyinin otağı var”, - deyə o qeyd edib.

Jurnalist Moskvada da araşdırma aparıb. Məlum olub ki, Moskva Beynəlxalq Poçt şöbəsindən həmin gün Azərbaycana eyni çəkidə olan bir neçə məktub göndərilib. “Ən azı eyni çəkili 7 məktub Azərbaycana göndərilib. Məktublardan biri də “Azadlıq” qəzetinə daxil olub. Lakin, qəzet həmin məktubu məhv edib. Amma, “Yeni Müsavat” qəzetinə daxil olan məktub istintaqa təhvil verilib”, - deyə vəkil qeyd edib.

Vəkil həmçinin bildirib ki, jurnalistin yaşadığı mənzildə çəkiliş iyulun 7-də olub və mənzildə yerləşdirilmiş videokameralar 2012-ci il yanvarın 23-dən tez yığışdırılmayıb. “Mənzildə həm yataq, həm də qonaq otağında gizli kamera olub. Kameralar yığışdırıldıqdan sonra divarda açılmış yuvalara yerləşdirilmiş qəzetlərin üzərində yanvarın 23-də dərc edilməsi barədə tarix var”, - deyə A.İsmayılov bildirib.

Xədicə İsmayılova bildirib ki, onunla bağlı vaxtı ilə Azadlıq qəzetinin müxbiri Aqil Xəlil barədə quraşdırılmış uydurma işlər də təşkil oluna bilər. “Bütün bunlar məni araşdırmalarımdan çəkindirə bilməz. Dünən prezidentin saatı ilə bağlı mətbuat xidmətinin rəhbəri Azər Qasımovun bəyanatından sonra, mən də sorğu ilə müraciət etmişəm. Ümid edirəm ki, mənim araşdırmamla bağlı sorğuya da cavab verəcəklər”, - deyə o qeyd edib.

Mətbuat konfransında eyni zamanda istintaqın mahiyyəti üzrə aparılmaması, Xədicə İsmayılovanın dəfələrlə müraciətindən sonra onun dindirilməsi, Bakı şəhər prokurorunun müavini və müstəntiqdən Baş Prokurora edilən şikayətə hələ də cavab verilməməsi və başqa məsələlərə də toxunulub. Mətbuat konfransında həmçinin diplomatik korpusların nümayəndələri də iştirak edib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bu, baş versə idi, Ermənistan olmayacaqdı” – Paşinyan
Bu gün, 00:11
Xaricdə yaşayan Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafov Baş Prokurorluğa çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 00:08
Xarici borcumuz silah alışı hesabına artıb - Paşinyan ETİRAF ETDİ
Dünən, 18:00
Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə... - MƏQALƏ
Dünən, 17:57
Azərbaycan kinosu: film çəkməyə doğrudanmı pul yoxdur? - AKTUAL
Dünən, 17:44
Şərurlu İsfəndiyardan ölkəni tərk etmək istəməsi ilə bağlı iddialara CAVAB
Dünən, 17:39
Şabranın icra başçısı 2 yerli sakini məhkəməyə verdi - Arpanı alıb, pulunu vermir
Dünən, 17:36
“Düşdü qəzetlər hörmətdən...” - AXI NİYƏ?
Dünən, 17:32
“Mahnılarımı oğurlayıb oxuyurlar, mənimsəyirlər” - Xalq artistindən ETİRAZ
Dünən, 17:28
8 saatlıq iş vaxtı necə olacaq və maaşlara nə qədər ƏLAVƏ OLUNACAQ? - Müəllimlərin iş rejimi DƏYİŞİR
Dünən, 17:24
Ermənistan TŞ-nin katibi Cənubi Kiprə səfər edəcək
Dünən, 17:20
Fuad Nəcəfov Naxçıvanı eləcə... sakitcə... TƏRK EDƏ BİLƏCƏKMİ? - MÜMKÜN DEYİL!
Dünən, 17:17
Nazirin BÖYÜK-KİÇİK SÖHBƏTİ... - İNKİŞAF HARDADIR?
Dünən, 17:08
İsa Qəmbər - Etibar Məmmədov razılaşması: Onu kim necə pozdu? -Pənah Hüseyn açıqladı
Dünən, 17:04
Azərbaycanda məmur həbsi niyə toy-bayrama çevrilir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:01
“Kiyev Rusiyanın milyardlarını gözləyir” - Poitico
Dünən, 16:58
Bu dəfə də Elman Nəsirovun oğlu... - FOTO
Dünən, 16:56
Ramiz Mehdiyevə görə hədəfə çevrildilər – Araşdırmalar başlaya bilər
Dünən, 16:54
Bu Paşinyanın mənəvi prinsiplərə verdiyi önəmi göstərir - ŞƏRH
Dünən, 16:50
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil - AKTUAL
Dünən, 16:45
“Məni əxlaqsız kimi tanıtmaq istədi” - Model videoya aydınlıq gətirdi
Dünən, 16:41
Hərbi prokurora böyük köməkçi təyin edildi - ƏMR
Dünən, 16:37
Paşinyan– Köçəryan insidenti - Gərginlik yox idi, siz sadəcə başlıq axtarırsınız
Dünən, 16:32
Şahin Bağırov PLANI DOLDURA BİLMİR... - Maliyyə Nazirliyi məlumat yayıb
Dünən, 16:27
Ermənistanda 10-a yaxın din xadimi istintaqa çağırılıb - Ermənistan KİV
Dünən, 16:26
Bir çox ağır cinayətlərdə ittiham edilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 16:21
Mədəniyyət Nazirliyi 248 min manatlıq gül alır - SİYAHI
Dünən, 15:16
"Bakı Ticarət Mərkəzi" nizamnamə kapitalını 2,5 milyon manat azaldır
Dünən, 15:11
Prezidentin “mərkəzdə oturan bəzi məmurlar” ifadəsi kimə aiddir? - “Dərin dövlət qurmuşdu”
Dünən, 15:09
Diplomları saxta çıxan həkimin nazir olmaq arzusu - REPLİKA
Dünən, 15:05
Azərbaycanın icmal büdcəsinin 10 aylıq profisiti 8 milyard manatı ötüb
Dünən, 14:57
Zaqatala sakini "Nar"dan avtomobil qazanıb - FOTO
Dünən, 14:51
Təqaüdə göndərilən general yenidən xidmətə qayıtdı - BUNDAN SONRA...
Dünən, 14:48
“Azercell” bu paketləri səssizcə bağlayır – Abunəçilər xəbərsizdir
Dünən, 14:45
`Siyəzənneft`in RƏHBƏR üçlüyü ilə bağlı Prezidentə MÜRACİƏT - "Ata-babalarımızın çəkdiyi zəhmət boşa gedəcək..."
Dünən, 14:40
Ölkədə həyata keçirilən islahatların və yeniləşmə prosesinin əsasında vətəndaşlara xidmət dayanır - MƏQALƏ
Dünən, 14:32
Hər bir rəhbər şəxs üçün əsas meyarlar xalqa xidmət etmək, xalqla bir yerdə olmaqdır - İsrafil Kərimovun yazısı
Dünən, 14:31
Azərbaycanda kino sektorundakı adamların əksəriyyəti kasıbdır - "Ata ocağı" serialının rejissoru
Dünən, 13:29
Azərbaycandan Rusiyaya ekstradisiya olunan azərbaycanlı Ukraynada həlak olub - SON 10 İLDİR Kİ, BURADA YAŞAYIRDI
Dünən, 13:10
"Premium Bank"ın sədri işdən çıxıb - BUNDAN SONRA...
Dünən, 13:05
Fuad Nəcəflinin işdən çıxarılmasının səbəbi məlum oldu - belə deyirlər...
Dünən, 13:04
Saxlanılan nazir, icra başçıları milyonlarla vəsaiti haradan oğurlayırlar? – Tahir Rzayev
Dünən, 13:02
Bankların HƏDİYYƏ ŞOUSU: "YeloBank" və "UniBank" şəhid ailələrini aciz qoyur" - İTTİHAM VAR...
Dünən, 13:00
Küçədə yararsız vəziyyətdə qalan “AA” seriyalı avtomobil kimindir? - FOTOLAR
Dünən, 12:50
İcra başçısından yeni təyinat - BUNDAN SONRA...
Dünən, 12:44
Komitə gömrük postlarını ildırımdan qorumaq üçün 17,5 min xərcləyəcək
Dünən, 12:42
Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq
Dünən, 12:37
Generalın direktor qudası məhkəməyə verildi - Peşə Təhsil Mərkəzində tələbəni təhqir edib
Dünən, 12:35
Tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov həlak olub - TƏFƏRRÜAT
Dünən, 12:31
Bəşir Hacıyevin “ARCRİSE” MMC-nə xüsusi qayğısı nədəndir?! - İcazə verin şübhələnək...
Dünən, 12:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru