Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampa Ukrayna üzrə sülh müqaviləsi layihəsi hazırlamağı təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Məlumata görə, Starmer bu təklifi Ukrayna Prezidenti Volodimir Zelenski ilə Avropa liderləri arasında telefon danışığı zamanı irəli sürüb və Trampın Qəzza sektoruna dair 20 maddəlik planına bənzər bir sülh layihəsi üzərində ABŞ ilə işləməyi təklif edib.
Eyni zamanda NATO-nun baş katibi Mark Rutte Avropa liderlərinin milli təhlükəsizlik müşavirləri arasında təcili iclas çağırmağı təklif edib.










