İşçiyə bu halda əlavə əmək haqqı verilir... .....                     Niyazi Bayramov gethagetdə də Gəncəni satır... .....                     Bakının inanılmaz inadı və Paşinyan hökumətinin seçim olmayan yolu... .....                     BİRBANK: Yardın... BATDIN! .....                     Bakıda evlər niyə belə bahadır axı... .....                     “Keçmiş elita artıq ölüm-dirim savaşına başlayıb” .....                     Ermənistan Konstitusiyasına dəyişikliklə bağlı vədinə əməl etsə... .....                     Oliqarx rektorun ŞÜBHƏLİ TENDERLƏRİ .....                     Binəqədi bizim yox, başçının evidir... .....                     Vüsal Abdulla qəssabdır, YOXSA?.. .....                     Moskva Türk birliyinə qarşı planlar qurur .....                     "Siz Azərbaycan mədəniyyətinin ləyaqəti, iradəsi və gözəlliyisiniz" .....                     Səhiyyə Nazirliyi Fuad Abdullayevə görə “New Med” klinikasını cərimələyib .....                     Azərbaycan İsraillə niyə dost olmasın ki... .....                     ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır .....                     Gənclərin Bakıya axınını təbii şəkildə necə dayandırmaq olar? .....                     Sabah Bakıda Ermənistandan olan ekspertlərin iştirakı ilə dəyirmi masa keçiriləcək .....                     İran generalları Azərbaycana dronla narkotik daşınmasına susqunluq göstərir .....                     Rusiyanın Moldovadakı səfirinə etiraz notası təqdim edilib .....                     ABŞ-ın sülh planı sanki Moskvada yazılıb .....                     Nazir müşavirini departament müdiri təyin etdi .....                     Rəqsanə üçün 100 min manat ödədi .....                     Aİ Cənubi Qafqazdakı proseslərdə rolunu gücləndirməyə çalışır .....                     “Rusiya yönümlü qüvvələr” TƏHLÜKƏSİ .....                     "Mən hakimiyyətə gələn kimi onu öldürdülər" .....                     "Zəngəzur dəhlizinin açılması regionda bu ölkələrin təsirini azaldacaq" .....                     Vüqar Behbudov Agentlik üçün bacısının ofisini icarələdi, 262 min manat ödədi .....                     “A+A Şirkətlər Qrupu” nizamnamə kapitalından 5 milyon manat geri götürdü .....                     2026-cı il son şansdır: Davamlı sülh ehtimalı yüksəkdir .....                     Yumurtanı öz vətəndaşımıza BAHA.. xariciyə ucuz satırıq... .....                     Elxan Allahverdiyev KİMDƏN GÜC ALIR Kİ... .....                     Məşhur ekspert Ziya Məmmədovun 100 milyon manatlıq cinayətindən yazdı .....                     Həyəcanlanmayın: Huker bunu Bakıda da etdi .....                     Külli miqdarda mənimsəmədə ittiham olunan sabiq birlik sədrinə hökm oxunub .....                     Kərə yağı niyə bahalaşır? .....                     İran dronları və qaranlıq məqamlar... .....                     “Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil aldı .....                     İsrail XİN rəhbəri Azərbaycana səfər edəcək .....                     Naxçıvandakı bankomatların 92%-i 2 banka məxsusdur .....                     BSU-nun sabiq rektorunun Ramiz Mehdiyevlə bağlı dedikləri SENSASİYA YARATDI .....                 

OQTAY ŞİRƏLİYEV KORRUPSİONERƏ VƏZİFƏ VERİR
Tarix: 13-02-2012, 12:01 | Çap et
OQTAY ŞİRƏLİYEV KORRUPSİONERƏ VƏZİFƏ VERİR

KORRUPSIYA İTTIHAMI İLƏ HƏBS OLUNMUŞ KÖNÜL VƏLİYEVA İLƏ BAĞLI ŞOK FAKTLAR

DİA.AZ: - Ötən ilin yanvar ayından korrupsiyaya qarşı mübarizə kampaniyası çərçivəsində müxtəlfi dövlət qurumlarında həbslər aparılmışdı. İri çəkili korrupsionerlərə gözün üstə qaşın var deyilməsə də bəzi həkimlər, xırda məmurlar məsuliyyətə cəlb olunmuşdu. Hüquq mühafizə orqanlarının rəhbərləri işdən çıxarılan, həbs olunan işçilər barədə prezidentə və ictimaiyyətə əhatəli məlumatlar vermirdilər. Prezident İlham Əliyev də Yeni il təbrikində ölkədə korrupsiyaya qarşı amansız mübarizə getdiyini bəyan etmişdi.

Amma bir il keçməmiş ağır cəza alan В«korupsionerlərВ» bir-bir azadlığa buraxılır.

Rüşvət cinayətində ittiham olunan Səhiyyə Nazirliyinin Narkoloji Dispanserini baş həkimi Könül Vəliyeva və idspanserin həkimi Faiq Quliyev məhkəmənin qərarı ilə azadlığa buraxılıb. Onlar müvafiq olaraq 6.5, və 6 il müddətinə cəzalandırılmışdılar.

Ötən ilin eyni dövrdə başlayan anti-korrupsiya tədbirləri görüntü xarakteri daşıması o zaman da bəlli idi. Korrupsiya və rüşvətxorluq maddəsi ilə tutulan şəxslərin azadlığa buraxılması təsdiq edir ki, tədbirlər formal idi. Ola bilsin əsaslandıracaqlar ki, Azərbaycan məkhəmələri müsəqildir və qərarı onlar çıxarıb. Amma hər kəsə bəllidir ki, ölkədə müstəqil məhkəmə yoxdur, icra hakimiyyətinə tabedir. Ötən il В«ərəb baharıВ» başlayanda, hakimiyyət təşvişə düşdü. Toplantı keçirərək, guya korrupsiyaya qarşı ciddi mübarizəyə başladıqlarını bəyan etdilər. Buna müvafiq olaraq, bir neçə nəfəri şou xətrinə həbs etdilər və sonra da yavaş-yavaş azadlığa buraxacaqlar. Yüksək səviyyədə bir məmur nə işdən çıxarıldı, nə də həbs edildi. Ən zəif adamları qurban verirlər. Sonradan da onların bəzilərini xilas edirlər. İşçi korrupsiyaya görə ittiham olunursa, onun rəhbərliyi niyə məsuliyyət daşımır. Bunu Təhsil Nazirliyinin şöbə müdiri Orxan Kərimovun timsalında göstərmək olar.

Dövlət büdcəsinin 40-50 faizi qeyri şəffaf investisiya xərclərinə yatırılır. Həmin pullar real korrupsiya mənbəyidir. Buna qarşı mübarizə aparmaq da isə acizdirlər. Bu o deməkdir ki, ölkə korrupsiya dövlət səviyyəsindədir.

Onu da bildirək ki, Narkoloji Dispanserini baş həkimi Könül Vəliyeva ilə bağlı qərarsızlıq, daha doğrusu onun həbsdən azad ediləcəyi və həbsinin simvolik xarakter daşıması ilə bağlı əminlik hələ əvvəlcədən mövcud idi. Və bu da Vəliyevanın arxasında dayanan qüvvələrin əzəməti ilə əlaqələndirilir.

Xatırladaq ki, hələ keçən ilin ortalarında Korrupsiyada ittiham edilərək işdən azad olunduğu bildirilən Narkoloji Mərkəzin (Narkoloji Dispanser keçən ilin iyunun 14-dən Narkoloji Mərkəz adlandırılır) sabiq baş həkimi Könül Vəliyeva yenidən Mərkəzə bərpa edilmişdi. O, həmin tarixdən etibarən Narkoloji Mərkəzin direktor müavinidir. Mərkəzin direktoru Telman Məmmədhəsənovun həmin ərəfədə verdiyi məlumata görə, Könül Vəliyeva iyunun 20-də Səhiyyə Nazirliyinin əmri ilə müalicə işləri üzrə müavini təyin edilib.

Bildirək ki, Baş Prokurorluğun mətbuat xidmətinin iyunun 7-də yaydığı məlumata görə, Respublika Narkoloji Dispanserinin həkimi Elgiz Mustafazadənin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "Qaynar xətt"inə daxil olmuş müraciəti əsasında mayın 5-də vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi başlanıb.

Baş prokurorluğun məlumatına görə, istintaqla müəyyən edilib ki, 2006-2011-ci illərdə Narkoloji Dispanserin baş həkimi Könül Vəliyeva həkim Rumziyyə Maçanovanın vasitəsi ilə qanunsuz olaraq hər ay dispanserin həkimlərindən 150-200 manat məbləğində pul alıb. Həmin məbləği verməyən həkimləri isə işdən azad etməklə hədələyib. Bundan başqa, Könül Vəliyeva xəstələri onlara pulsuz verilməli olan dərman preparatları ilə təmin etməyib və s. qanunsuzluqlara yol verib.

Onu da bildirək ki, Könül Vəliyeva barəsində bu boyda həngamənin çıxmasına rəğmən mətbuata açıqlamalar verərək hüquq-mühafizə orqanlarının əməliiayt xəbərlərini də təkzib etmişdi.O, telekanallardan birinə müsahibəsində “belə bir şeyin olmadığını”, dispanserin mərkəzə çevrildiyini və özünün də həmin mərkəzin müalicə işləri üzrə direktor müavini təyin edildiyini demişdi. Barəsində cinayət işi açılması ilə bağlı suala gəldikdə, sabiq baş həkim bütün sualları Səhiyyə Nazirliyinə verməyi məsləhət görüb.

Mərkəzdən onu da öyrəndik ki, pul yığımında Könül Vəliyevaya yardımçı olmaqda ittiham edilən Rumziyyə Maçanova da hazırda öz işində çalışır.

Xatırladaq ki, Baş Prokurorluğun iyunun 7-də yaydığı məlumatda istintaqla korrupsiya hallarının müəyyən edildiyi bildirilsə də, qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov həmin zamankı açıqlamasında bildirmişdi ki, cinayət işi sabiq baş həkim barəsində deyil, şikayətlə bağlı toplanan materiallar üzrə açılıb: “Cinayət işi başlanılıb və tərəfimizdən istintaq davam etdirilir. Sabiq baş həkim hələ ittiham olunmur, ona ittiham elan edilməyib”.

Onu da bildirək ki, bu, korrupsiyada ittiham olunub, sonradan azad edilənlərlə bağlı yeganə hal deyil. 2011-ci ilin fevralında Şəkidə iş adamını intihar həddinə çatdırmaqda ittiham edilən digər dövlət məmuru, rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Yusif Abdurrəhmanov da hazırda evindədir.

Xatırladaq ki, Respublika Prokurorluğu Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini Yusif Abdurrəhmanov və digər müavin Eldəniz Qəhrəmanov barəsində vəzifə səlahiyyətlərini aşma maddəsi üzrə cinayət işi açmışdı. İstintaq materiallarında deyilirdi ki, barəsində cinayət işi qaldırılan şəxslərin hərəkətləri Şəki sakini sahibkarlıq fəaliyyəti ilə məşğul olan Hikmət Səlimovu özünə qəsd etməyə vadar edib.

Bundan başqa, Şamaxıdan aldığımız məlumata görə, bir müddət əvvəl korrupsiya ittihamı ilə həbs edilən bələdiyyə sədri də sərbəst buraxılıb.

Bütün bunlarla bağlı redaksiyamıza çox ilginc məlumatlar daxil olub. Konkret olaraq Könül Vəliyevanın məsələsinə izahat verən hökumət içindəki mötəbər qaynağımız iddia edir ki, əslində bu xanımın belə bir ağır ittihamdan qurtulmasında şəxsən Oqtay Şirəliyev maraqlı olub: В«Hətta Oqtay Şirəliyev əslində həmin əməliyyatdan sonra qolları qandallanmış Könül Vəliyevanın bir gün belə həbsdə qalmasının da qarşısını alıbВ».

Onu da bildirək ki, korrupsiyaya qarşı mübarizə elan edildikdən sonra boğaza qədər rüşvət adlı çirkaba bulaşmasına (ifadə Hacıbala Abutalıbova məxsusdur -red.) səhiyyə sistemində kimsənin В«burnu belə qanamadıВ». Bu heç də o demək deyildi ki, Azərbaycan səhiyyəsində bircə nəfər də olsun korrupsionerin aşkarlanması mümkün olası iş deyil. Sadəcə olaraq burada bir sirli məqam mövcuddur.

Mötəbər mənbənin bildirdiyinə görə, ilk günündən hakim elitada kifayət qədər nüfuzlu hesab olunan Oqtay Şirəliyev onun rəhbərliyi altında çalışanlardan kimsənin həbs edilməməsi ilə bağlı tələbini ortaya qoyub: В«Nazir bu yolla bütün korrupsioner səhiyyə işçilərinin canını satın alıbВ».

Könül Vəliyevanın məsələsinə gəlincə isə, bu barədə danışan mənbəmiz bildirdi ki, əməliyyatın hazırlanmasından nazir xəbərsiz olsa da, Könül Vəliyevanı sona qədər müdafiə etməklə yanaşı, həta istintaq dövründə belə onu vəzifəsiz qoymadı. Mənbəmiz bildirir ki, yaxın günlərdə artıq tam olaraq bəraət almış Könül Vəliyevanın yenidən əvvəlki vəzifəsinə təyin edilməsi planlaşdırılır.

Mövzu diqqətimizdədir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İşçiyə bu halda əlavə əmək haqqı verilir... - DİQQƏT
Bu gün, 07:51
Niyazi Bayramov gethagetdə də Gəncəni satır... - VİDEOFAKT
Bu gün, 07:36
Bakının inanılmaz inadı və Paşinyan hökumətinin seçim olmayan yolu... - NƏ BAŞ VERİR?
Bu gün, 07:01
BİRBANK: Yardın... BATDIN! - BU, AÇIQ-AŞKAR QARƏTDİR!
Bu gün, 06:59
Bakıda evlər niyə belə bahadır axı... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:37
“Keçmiş elita artıq ölüm-dirim savaşına başlayıb” - Görünəni odur ki...
Bu gün, 06:34
Ermənistan Konstitusiyasına dəyişikliklə bağlı vədinə əməl etsə... - AKTUAL
Bu gün, 06:27
Oliqarx rektorun ŞÜBHƏLİ TENDERLƏRİ - Bir araşdıran olsa...
Bu gün, 06:23
Binəqədi bizim yox, başçının evidir... - istəsə satar, istəsə də...
Bu gün, 06:19
Vüsal Abdulla qəssabdır, YOXSA?.. - BU NƏDİ BELƏ?
Bu gün, 06:11
Moskva Türk birliyinə qarşı planlar qurur - GƏLİŞMƏ
Bu gün, 06:02
"Siz Azərbaycan mədəniyyətinin ləyaqəti, iradəsi və gözəlliyisiniz"
Bu gün, 05:57
Səhiyyə Nazirliyi Fuad Abdullayevə görə “New Med” klinikasını cərimələyib - Fuad Abdullayev isə... -
Bu gün, 05:52
Azərbaycan İsraillə niyə dost olmasın ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:48
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır - Uolts
Bu gün, 05:44
Gənclərin Bakıya axınını təbii şəkildə necə dayandırmaq olar?
Dünən, 18:03
Sabah Bakıda Ermənistandan olan ekspertlərin iştirakı ilə dəyirmi masa keçiriləcək
Dünən, 17:59
İran generalları Azərbaycana dronla narkotik daşınmasına susqunluq göstərir - Deputat ilginc səbəbləri açıqladı
Dünən, 17:50
Rusiyanın Moldovadakı səfirinə etiraz notası təqdim edilib – Dron insidenti
Dünən, 17:39
ABŞ-ın sülh planı sanki Moskvada yazılıb - ATƏT sədri
Dünən, 17:33
Nazir müşavirini departament müdiri təyin etdi - FOTO
Dünən, 17:31
Rəqsanə üçün 100 min manat ödədi
Dünən, 17:24
Aİ Cənubi Qafqazdakı proseslərdə rolunu gücləndirməyə çalışır - Hipper
Dünən, 17:20
“Rusiya yönümlü qüvvələr” TƏHLÜKƏSİ - Paşinyan Qazaxıstanda sülh üçün DƏSTƏK AXTARIR
Dünən, 17:17
"Mən hakimiyyətə gələn kimi onu öldürdülər" - Pezeşkian
Dünən, 17:12
"Zəngəzur dəhlizinin açılması regionda bu ölkələrin təsirini azaldacaq" — ŞƏRH
Dünən, 16:56
Vüqar Behbudov Agentlik üçün bacısının ofisini icarələdi, 262 min manat ödədi - Azərbaycanda kuryoz olay
Dünən, 16:52
“A+A Şirkətlər Qrupu” nizamnamə kapitalından 5 milyon manat geri götürdü
Dünən, 16:48
2026-cı il son şansdır: Davamlı sülh ehtimalı yüksəkdir - İNCƏLƏMƏ
Dünən, 16:46
Yumurtanı öz vətəndaşımıza BAHA.. xariciyə ucuz satırıq... - QOY, DESİNLƏR... ALVERDƏYİK!
Dünən, 16:42
Elxan Allahverdiyev KİMDƏN GÜC ALIR Kİ... - ÖZBAŞINA QALIB...
Dünən, 16:29
Məşhur ekspert Ziya Məmmədovun 100 milyon manatlıq cinayətindən yazdı - SENSASİON DETALLAR
Dünən, 16:24
Həyəcanlanmayın: Huker bunu Bakıda da etdi – Badalyan
Dünən, 16:04
Külli miqdarda mənimsəmədə ittiham olunan sabiq birlik sədrinə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 16:01
Kərə yağı niyə bahalaşır? - ARAŞDIRMA
Dünən, 15:02
İran dronları və qaranlıq məqamlar... - AKTUAL
Dünən, 14:59
“Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil aldı
Dünən, 14:57
İsrail XİN rəhbəri Azərbaycana səfər edəcək - KİV
Dünən, 14:54
Naxçıvandakı bankomatların 92%-i 2 banka məxsusdur
Dünən, 14:52
BSU-nun sabiq rektorunun Ramiz Mehdiyevlə bağlı dedikləri SENSASİYA YARATDI - VİDEO
Dünən, 14:49
Vəzifəli şəxsin təhsilsiz olması iddiasına TƏBİB rəhbərindən - Cavab
Dünən, 14:39
Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı - "Qızınız Kama xanım mənə…"
Dünən, 14:35
Cəlilabadda icra başçısı ƏMRLƏRİ KİMDƏN ALIR? - QALMAQAL
Dünən, 14:12
Mehdiyevin villa, Qalinanın torpaq məsələsi Şabranı qarışdırdı – başçı bu dəfə də xüsusi ittihamla çıxış etdi
Dünən, 13:25
Qalmaqallı psixoloq bu dəfə “arvadağız” kişilərdən danışdı - "O, artıq milyonlara çıxmaq istəyir..."
Dünən, 13:14
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Dünən, 13:10
Tanınmış iş adamı Fuad Allahverdiyev yenidən məhkəmə qarşısına çıxarıldı
Dünən, 13:00
Demilitarizasiya olmadan sülh mümkün görünmür - ŞƏRH
Dünən, 12:56
Əmrullayev təhsilə ayrılan pulları israf edir – Dosent
Dünən, 12:53
Əli Həsənova məxsus köşklər yığışdırılır? – Foto
Dünən, 12:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru