«AZƏRSUN» HOLDİNQDƏ KÜTLƏVİ İXTİSARLAR
Tarix: 13-01-2012, 12:37 |
Çap et
65 YAŞ SENZİ MƏSƏLƏSİ ÖZƏL SEKTORA DA SİRAYƏT EDİR
DİA.AZ: - Məlum olduğu kimi, keçən ilin ortalarından etibarən hakimiyyət büdcə təşkilatlarında yeni ixtisarlar həyata keçirdi ki, burada yaş senzi prioritet kimi götürüldü. Yəni yaşı 65-dən yuxarı olanların əksəriyyəti məcburi qaydada pensiyaya göndərildi.
Onu da qeyd edək ki, bu siyasət əsasən büdcə təşkilatlarında müşahidə olundu. Qeyri-dövlət təşkilatdarında isə deyəsən, ilk addımı «Azərsun» Holdinq atmağa hazırlaşır. Bu barədə redaksiyamıza holdinqdəki qaynaqlar məlumat verib.
«Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) verilən xəbərdə bildirilir ki, yanvar ayının sonlarından etibarən «Azərsun» Holdinqdə çalışanlara da yaş senzi tətbiq olunacaq. Bu barədə mənbənin söylədikləri: «Artıq rəhbərlik qərarını verib və yaşlı işçilər də məlumtlandırılıb. Onlar sistemli şəkildə işdən azad olunacaqlar».
Mənbə onu da bildirdi ki, təxminən 2 minə yaxın şirkət əməkdaşının ixtisara salınması nəzərdə tutulub: «Onların yerinə isə gənc kadrlar götürüləcək».