Aparıcı Mətanət Əliverdiyeva reallaşmayan arzularından danışıb.
Axşam.az xəbər verir ki, o, "Xəzər axşamı" verilişində valideylərinin istəklərinə qarşı çıxdıqlarını bildirib:
"O vaxt hərbçi olmaq istəyirdim, atam icazə vermədi. Dedi ki, "Sən hara, hərb hara". Gərək arzularımın arxasınca gedərdim. İdmana, rəqsə istədim, ona da qoymadılar. Dedilər ki, get dərsini oxu. İndi o arzular içimdə qalıb".