Ziya Məmmədovun xaricə qaçırdığı pullar TƏHLÜKƏDƏ... - GƏLİŞMƏ
Tarix: 10-10-2018, 09:01 | Çap et
 Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, 15 il həbs cəzası almış Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın Londonda dəyəri 28.5 milyon dollar olan elit malikanəsini məhkəmə qərarı ilə müsadirə etməsi bu ölkədə çirkli pulların yuyulmasına qarşı sərt mübarizənin başlandığını göstərdi.
Maraqlıdır ki, Böyük Britaniyada çirkli pulların yuyulmasına qarşı mübarizə qanunu çərçivəsində xarici vətəndaşlar tərəfindən korrupsiya yolu ilə əldə edilmiş əmlakın müsadirəsinə dair ilk qərar azərbaycanlı oliqarxın ailəsinə qarşı verilib. Bu, həm də o anlama gəlir ki, Britaniyanın Milli Cinayət Agentliyi (“National Crime Agency”) bu ölkədə sığınacaq tapmış digər Azərbaycan oliqarxlarının işini də diqqətlə araşdırmaqda davam edəcək. Bu sırada isə ilk ağıla gələnlərdən biri sabiq nəqliyyat naziri Ziya Məmmədov və onun oğlu Anar Məmmədovdur.
Məlumdur ki, A.Məmmədov iki ilə yaxındır ki, Azərbaycanı tərk edib və Bakıya hələ də bilinməyən səbəblərdən qayıtmır. Məmmədovların Avropanın bir sıra ölkələrində biznesləri olduğu təzə xəbər deyil. Bir vaxtlar çox qüdrətli biznes imperiyasının əsas gücü Məmmədovların “Garant Holdinq”i idi. İqtisadiyyatın mühüm sahələrini əhatə edən bu holdinq vasitəsilə yüz milyonlarla vəsait həm də ölkə xaricində müxtəlif əmlakların alınmasına yönəldilirdi. Üstəlik, Məmmədovlar bu illər ərzində Avropada müxtəlif adlarla şirkətlər yaradıblar ki, indi onların bəziləri hələ də fəaliyyət göstərir.
Britaniyada Məmmədovların “BROOKWOOD INTERNATIONAL lIMITED” şirkəti olduğu rəsmi mənbələrlə təsdiqlənmiş məlumatdır. Şirkətin təsisçisi və direktoru A.Məmmədovdur. Şirkətin yerləşdiyi özəl mülkiyyət isə A.Məmmədov tərəfindən hələ bir neçə il bundan əvvəl 2 milyon 700 min funt sterlinqə alınıb. Bir il əvvəl isə Məmmədovlar bu malikanəni 9 milyon 500 min funta satışa çıxarmışdılar. Malikanənin yerləşdiyi küçə Londonun bahalı ərazilərindən hesab olunur. Malikanəni satılıb-satılmadığı məlum deyil. Bilinən həm də budur ki, Məmmədovların rusiyalı və səudiyyəli oliqarxlarla Britaniyada şərikli daha bir neçə şirkətləri var. A.Məmmədov son olaraq ölkəni tərk etdikdən sonra onun Londondakı çox bahalı “One Hyde Park” yaşayış kompleksində mənzil aldığı xəbəri də yayılmışdı ki, bu günədək də təkzib olunmayıb.
Məmmədovlar ailəsinin xaricdə nə qədər əmlakı olduğuna dair dəqiq bilgi yoxdur, amma güman edilir ki, bu əmlak və şirkətlərin dəyəri bir neçə milyardla hesablana bilər.
İngiltərə bir neçə il bundan əvvələdək oliqarxlar üçün cənnət sayılırdı və bu ölkəyə yönləndirilən pulların mənbələri ilə rəsmi London maraqlanmırdı. Amma dünyada çirkli pulların yuyulmasına göz yuman ölkə kimi tanınması Britaniyanı narahat etməyə başladı. İlk dəfə Zamirə Hacıyevaya tətbiq edilən həmin qanun əslində təxminən iki il əvvəl qəbul edilib, amma indi işləməyə başlayıb. Güman ki, varidatının mənbəyi şübhəli olan bir neçə oliqarxın adı da artıq “qara siyahı”ya salınıb. Bu sırada isə Məmmədovların olacağı gözləniləndir. Qeyd edək ki, sözügedən qanunla Böyük Britaniyanın nəzarət orqanlarına 70 min dollardan yuxarı dəyəri olan şübhəli aktivlərə sahibi həmin pulun mənbəyini lazımi qaydada izah etməyənə qədər həbs qoymağa imkan verir. Britaniyanın Milli Cinayət Agentliyinin hələ 2016-cı ildə yaydığı hesabatda bildirilirdi ki, Londonu çirkli pulların yuyulması və qanunsuz daşınmaz əmlakın alınması mərkəzinə çevirən şirkətlər və dövlətlər arasında Azərbaycanın da adı var.
Yada salaq ki, hələ Z.Hacıyevaya qarşı məhkəmə qərarından əvvəl belə məlumat yayılmışdı ki, A.Məmmədov son aylar Londona az-az gedir, əsasən Türkiyəyə yerləşib. Keçmiş nəqliyyat nazirinin öz ailə biznesinin əhəmiyyətli hissəsini Türkiyəyə daşıması prosesi “vurulmamışdan” əvvəl başlamışdı. Hələ nazir işlədiyi dönəmdə Məmmədovlar Türkiyədə hotel, nəqliyyat və neft daşımaçılığı, o cümlədən sərnişindaşıma ilə məşğul olan bir neçə şirkət yaratmışdılar.
Z.Məmmədov oğlundan fərqli olaraq “dəyişiklik ruzigarından” tez duyuq düşə bilər. Ola bilsin ki, Londondan çıxmaq da sabiq nazirin qərarıdır. Amma bəs Londondakı əmlakları xilas etmək necə, mümkün olacaqmı? “Yeni Müsavat”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! - FÜRSƏTDİR...
Bu gün, 11:08 |
|
|
|
• Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... - TƏFƏRRÜAT
Bu gün, 11:03 |
|
|
|
• “Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” - PROBLEM
Bu gün, 10:56 |
|
|
|
• Bakıya xalasıgilə gələn qız itkin düşdü - FOTO
Bu gün, 10:43 |
|
|
|
• Putinin adamının müəmmalı İran səfəri - Bakıya qarşı oyun?
Bu gün, 10:36 |
|
|
|
• Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ - MÜRACİƏT
Bu gün, 10:01 |
|
|
|
• “Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” - “Həkimə pul verirlər ki, məni o ifritəyə bənzət”
Bu gün, 09:59 |
|
|
|
• Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq? - AKTUAL
Bu gün, 09:47 |
|
|
|
• Başçını ittiham edən qohumu barədə qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:33 |
|
|
|
• “Azərbaycanlı ana kimi düşməni bağışlamıram” - Xalq artisti
Bu gün, 09:30 |
|
|
|
• Barışıq tələskənliyi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Ayvazyanın GERİ ZƏKASI...
Bu gün, 09:19 |
|
|
|
• Su həmişə təmizlik mənbəyi deyil... - NƏ ETMƏLİ?
Bu gün, 09:13 |
|
|
|
• “Rusiya Güney Qafqaza girəcək...” - Sensasion iddia
Bu gün, 09:02 |
|
|
|
• Paşinyan “ev tapşırığı”nın icrasına başladı - Əliyevin o tələbi...
Bu gün, 08:48 |
|
|
|
• Trampın uduzmadığı, Putininsə qalib gəldiyi ALYASKA GÖRÜŞÜ... - GƏLİŞMƏ
Bu gün, 08:39 |
|
|
|
• Dövlət Departamentinin hesabatı: faktlar, düşüncələr, proqnozlar - İNCƏLƏMƏ
Bu gün, 07:09 |
|
|
|
• Tramp-Putin görüşü nəyi sübut etdi? - FƏRİD ŞAHBAZLI YAZIR
Bu gün, 07:04 |
|
|
|
• Bələdiyyənin vergi borcuna görə bələdiyyə sədrinin ölkədən çıxışına qadağa qoyuldu - İLGİNC
Bu gün, 06:59 |
|
|
|
• Təhsil nazirliyi milyonluq TENDERİ kimə həvalə etdi? - TƏFƏRRÜAT
Bu gün, 06:54 |
|
|
|
• İcra başçıları kütləvi şəkildə İSTEFAYA GÖNDƏRİLİR - səlahiyyətləri isə...
Bu gün, 06:50 |
|
|
|
• Korrupsioner direktoru nazir HİMAYƏ EDİR - İTTİHAM VAR...
Bu gün, 06:46 |
|
|
|
• Zəngəzur dəhlizi Naxçıvan sakinləri üçün AÇIQ OLACAQ? - deputat ŞƏRH EDİR
Bu gün, 06:30 |
|
|
|
• Trampla Putin yenidən görüşə bilər - bu dəfə Moskvada...
Bu gün, 06:23 |
|
|
|
• Trampla Putin Ukrayna ilə bağlı ANLAŞDI - TOP KİYEVDƏDİR...
Bu gün, 06:20 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı gizli “Qara Siyahı” – Sənədlər ortaya çıxdı
Bu gün, 00:53 |
|
|
|
• Zəngəzur dəhlizi Türkiyəni və türk dövlətlərini gücləndirəcək - AKTUAL
Bu gün, 00:46 |
|
|
|
• Borclu şirkət necə tenderi UDDU? – “Azərbaycanda dəbdir ki...”
Dünən, 18:07 |
|
|
|
• Naxçıvan FHN Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib - BUNDAN SONRA...
Dünən, 18:00 |
|
|
|
• ABŞ ermənilərə və azərbaycanlılara real kömək etməlidir - Sabiq səfirlərdən çağırış
Dünən, 17:57 |
|
|
|
• Lerikin 35 kəndinə cəmi bir həkim var - Həkimlər bölgələrə niyə getmir?
Dünən, 17:54 |
|
|
|
• Türkiyədə gözlənilən xəbər: Putin “hə” desə, imkan yaranacaq – Razılaşma
Dünən, 17:26 |
|
|
|
• Ermənistanda proseslər güc qarşıdurmasına doğru gedir - ŞƏRH
Dünən, 17:20 |
|
|
|
• Elektronika mağazalar şəbəkəsinin direktoru dəyişib - BUNDAN SONRA...
Dünən, 17:18 |
|
|
|
• Tramp Putinlə Rusiya və Ukrayna arasında ərazi mübadiləsi məsələsini müzakirə etmək niyyətindədir - KİV
Dünən, 17:15 |
|
|
|
• Bu su anbarında təmir işləri aparılacaq - 6,4 MİLYONLUQ TENDER KEÇİRİLİR
Dünən, 17:12 |
|
|
|
• Tural Sadıqlı Azərbaycana bu yolla gətirilə bilər - AÇIQLAMA
Dünən, 17:08 |
|
|
|
• “Xalq” və “Əməkdar” fəxri adı daşıyanların sayı azalıb
Dünən, 17:06 |
|
|
|
• Erməni arxiyepiskopun həbsdən azad edilməsi ilə bağlı iddiası rədd edilib
Dünən, 17:02 |
|
|
|
• Futbolçu azərbaycanlı sahibkardan maaşını istəyir: - "Qafqazda sözü tuturlar"
Dünən, 16:58 |
|
|
|
• Politico: Moldova Ukraynadan tez Avropa Birliyinə girə bilər
Dünən, 16:53 |
|
|
|
• Rauf Kəngərli yeni vəzifəyə təyin edildi - ƏMR
Dünən, 16:50 |
|
|
|
• Azərbaycanda tikinti materialları istehsalının dəyəri azalıb
Dünən, 16:20 |
|
|
|
• Azərbaycanda qardaşlardan yarım milyonluq - Dələduzluq
Dünən, 15:35 |
|
|
|
• Bu Putinin qələbəsi olacaq - SENSASİON İDDİA
Dünən, 15:30 |
|
|
|
• Təbriklər...
Dünən, 15:27 |
|
|
|
• Azərbaycanda qardaşlardan yarım milyonluq - Dələduzluq
Dünən, 15:11 |
|
|
|
• Diaspor və təsir rıçaqları – Rusiyanın regiondakı oyunları
Dünən, 15:09 |
|
|
|
• Paşinyan BU RİSKLƏ üz-üzə qaldı - DETALLAR
Dünən, 15:06 |
|
|
|
• Nazirlik bu şirkətlə 823 min manatlıq müqavilə bağladı
Dünən, 15:00 |
|
|
|
|