Bizdə maləsəf ki, belədir. Havalar pisləşən kimi kommunal xidmətlərin işi ilə yanaşı, şəhəriçi nəqliyyat vasitələrinin hərəkətində də problem yaranır... "DİA-AZ" bildirir ki, bu da haqlı olaraq vətəndaşların narahatçılığına, habelə narazılığına səbəb olur.
Sözügedən məsələdən şikayətçi düşən Bakı sakini Bilal Akayev də AYNA rəhbərliyindən soruşur ki, axı niyə yaxşı işləmirlər...
Narazı vətəndaş yazır: "Şikayətim Yeni Günəşlidən gələn 20 nömrəli marşrutdandı. Axşam demək olar ki, marşrutu 1 saatdan bir işləyir. Dünən 2 saata yaxın müddətdə gözləmişəm.
AYNA-nın - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəhbərliyinə müraciət edirəm: xalqın puluynan alan avtobusları xalqın mənfəəti üçün istifadəyə verin.
20 nömrə həmişə hər istiqamətə dolu olur, özüm hər dəfə şahidi olmuşam. Camaat səhərlər işə gecikir , axşamlar isə evə - yəni Yeni Günəşliyə.










