Azərbaycan Mərkəzi Bankının (AMB) yeni inzibati binasında girişə nəzarət sisteminin quraşdırılması və onun bina idarəetmə sisteminə inteqrasiyası işləri ilə bağlı hazırlıqlara başlanılıb.
Bu barədə İqtisadiyyat.az Mərkəzi Bankdan məlumat əldə edib.
AMB hazırda sözügedən işləri icra edəcək şirkət axtarışındadır. Belə ki, girişə nəzarət sisteminin quraşdırılmasına isə 2 milyon manatdan çox vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.
Qeyd edək ki, AMB-nin yeni binası paytaxtın Nizami rayonunda yerləşir və cari ilin may ayına qədər yeni inzibati binanın inşasına 477,438 milyon manat xərclənib. Həmin vaxt işlərin davamına isə 153,883 milyon manat xərclənməsi nəzərdə tutulub. Beləliklə, qeyd olunub ki, bina AMB-yə 631,321 milyon manata başa gəlməlidir.











