Müğənni Mətanət Əsədova ilə Şəbnəm Tovuzlu efirdə barışıb.
Yenicag.az xəbər verir ki, barışığa səbəbkar aparıcı Tarix Əliyev olub.
Tolik öz verilişində Şəbnəmlə telefon bağlantısı qurub və tərəfləri barışığa səsləyib. Şəbnəmin “Mən o xanımı çox istəyirəm, görüşəcəm onunla” jestinə Mətanət belə cavab verib:
“Ay qız sənin ciyərini çıxaracam. Sən bir kəlmə səhv etmisən, gələrsən, deyəcəm özünə. Mən sənin və başqası haqqında danışanda kimsə quyruq bulamasın. Orada Mətanət varsa, quyruq bulamaq olmaz. Sən heç kimə də qulaq asma. Gələrsən, özüm danışacam hər şeyi sənə. Gəl, səni döyəcəm”.











