Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib ki, bu gün erməni apostol kilsəsində katolikos yoxdur.
APA “Armenpress”ə istinadən xəbər verir ki, Paşinyan bunu jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
“Əgər Ktriç Nersisyanın övladı varsa və o uşaq subaylıq andını içdikdən sonra dünyaya gəlibsə, o, bütün ermənilərin katolikosunun taxt-tacını tuta bilərmi? Niyə Ermənistanda bu sual qaldırılmır? Ktriç Nersisyan katolikos deyil”, - Baş nazir bildirib.
Paşinyan deyib ki, arxiyepiskop Ezras Nersisyan KQB agentidir:
“Dərc edilmiş faktlar və sənədlər onun Sovet İttifaqı dövründə KQB agenti kimi işə götürüldüyünü açıq şəkildə göstərir və bu, faktdır”.
***
13:21
Sovet dövründən bəri o (katolikos II Qareginin qardaşı Ezras Nersisyan) KQB-yə işləyib və bu, faktdır.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.
“Yeri gəlmişkən, bu faktlarla bağlı nə Ktriç Nersisyandan (II Qaregin), nə də qardaşından heç bir izahat gözlənilmir”, - Paşinyan qeyd edib.
Qeyd edək ki, arxiyepiskop Ezras Nersisyan Erməni Apostol Kilsəsinin Rusiya Yeparxiyasının rəhbəridir. Rusiya Prezidenti Vladimir Putin iki gün əvvəl Yezras Nersisyanı ordenlə təltif edib.
Xatırladaq ki, Ermənistanda bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevork Nersisyan və onun qardaşı oğlu Ambarcum Nersisyan həbs edilib.











