Azərbaycan pərakəndə satış sektorunda ilk .....                     Azərbaycanda tibbi səhvlərə yol verən həkimlər niyə toxunulmazdır? .....                     COP30-la əlaqədar ezamiyyə normaları dəyişib .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Regional Təhsil İdarəsinin müdir müavini öz ərizəsi ilə işdən çıxdı .....                     Əfvlə bağlı mühüm addım: tezliklə… .....                     Yeqoyandan müxalifətə təpki .....                     "Böyük sənəti var, amma özünü idarə edə bilmir" .....                     "Qəzet düşüncə gündəminin ədəbiyyatıdır" .....                     NATO-nun problemi ondadır ki, bizi dinləmir .....                     Mərkəzi Bankın yeni inzibati binasında girişə nəzarət sistemi 2 mln. manata başa gələcək .....                     İcra hakimiyyətinin yarısı türmədədir... BƏS LÖKBATANI KİM SATIR? .....                     Moskvada qətl törədən Şahin Abbasova HÖKM OXUNDU .....                     Aİ Azərbaycan və Ermənistanla əməkdaşlığa sadiqdir .....                     “Tarqovı”da 19 yaşlı oğlan öldürüldü: Əmisi saxlanıldı .....                     “İnnovasiya və Təchizat Mərkəzi”ndən 4,9 milyon manata dərman sifarişi .....                     Faiq Ələkbərli Şimali Kipr Türk Respublikasında 5. Manas Forumunda iştirak edib .....                     Nazirimizin atası vəfat edib .....                     AzTV-dəki 26 milyon məsələsi böyüyür .....                     “Invest in Azerbaijan” informasiya sistemi yaradılıb .....                     “Partiyaları ləğv etmək, maliyyə cəhətdən çökdürmək, onların üzvlərini təqib etmək Ramiz Mehdiyevin yolu olub...” .....                     “Dünənki oyun sübut etdi ki, ölkədə futbol və "Qarabağ" kimi komanda var” .....                     "Gəncə şəhərində dayanacaq tapmaq mümkün deyil" .....                     Azərbaycanda bu dövlət qurumu LƏĞV EDİLDİ .....                     "Orada Mətanət varsa, quyruq bulamaq olmaz..." .....                     Serj Sərkisyan Korrupsiyaya qarşı Mübarizə Komitəsinə çağırılıb .....                     "Qarabağ"-"Çelsi" oyunu azarkeşləri gərginlik içində saxlayan futbol ziyafəti idi .....                     Əliyev ermənilərin gözlədiyi xəbəri verdi .....                     “Qarabağ” mərhələ adlasa, bu komandalarla qarşılaşa bilər .....                     DOST Agentliyinin sədrinə müşavir təyin edilib .....                     “New York Times” Türkiyədən yazdı .....                     Qorxağın nüvə oyunu: o heç vaxt "qırmızı düyməyə" basmayacaq .....                     Turizm Agentliyi “Euronews”a 2 aylıq reklam üçün 425 min manat ödəyəcək .....                     Din xadiminin həyatına sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb .....                     Nazir onu özünə müşavir təyin etdi .....                     Canlı yayında rüsvayçılıq .....                     Ramiz Mehdiyevi dövlətə xəyanətə sürükləyən 3-5 milyardlıq sərvəti .....                     II Qareginin qardaşı KQB agentidir, bu, faktdır .....                     “Nar”dan ikinci avtomobil uduldu .....                     Ali Məhkəmə generalla bağlı qərar verib .....                 

Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Tarix: Dünən, 17:37 | Çap et

Son illərdə repetitorluq (əlavə dərs məşğələləri) məsələsi təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində ciddi müzakirə mövzusuna çevrilib.

Milli Məclisin keçirilən plenar iclaslarının birində “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini İdris İsayev Azərbaycanda repetitorluqla bağlı təkliflər hazırlandığını bildirib.

Sözügedən təklif bir sıra hallarda cəmiyyətdə repetitorluq fəaliyyətinin tamamilə ləğv olunmasına dair qeyri-müəyyən fikirlər yaradıb.

Qeyd edək ki, bu ilin əvvəlində elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, repetitorluğun birdən-birə ləğvi mümkün deyil. O qeyd edib ki, müəllimlərin məktəb daxilində dərsdən sonra repetitorluqla məşğul olması doğru deyil: "Dəbə görə də repetitor yanına gedənlər var. Öz sinfində dərs dediyi uşağa dərsdən sonra da repititorluq etmək ayıbdır. Repetitorluğun ləğvi birdən-birə aparıla bilməz, mərhələli şəkildə ləğv ediləcək".

Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova qeyd edib ki, Milli Məclisdə “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliklərdə repetitorluğun tənzimlənməsi məsələsinin gündəmə gəlməsi tamamilə başadüşüləndir:

“Dünya təcrübəsinə baxsaq, bir çox ölkə bu problemi sadəcə “qadağalarla” deyil, sistemli yanaşmalarla həll etməyə çalışıb. Məsələn, Çin 2021-ci ildə “Double Reduction” adlı siyasət qəbul edərək məktəbdənkənar tədris yüklərini azaltmağa və repetitor bazarını tənzimləməyə çalışdı. Məqsəd uşaqların həddindən artıq yüklənməsinin qarşısını almaq idi. Amma praktika göstərdi ki, sadəcə məhdudiyyət qoymaq kifayət etmir — ailələr bu dəfə eyni prosesi gizli və daha bahalı yollarla davam etdirdilər. Cənubi Koreyada da oxşar təcrübə yaşanıb: orada “hagwon” adlanan xüsusi dərs mərkəzlərinin fəaliyyəti dövlət tərəfindən saat və mövzu baxımından ciddi şəkildə tənzimlənir, lakin rəqabətli təhsil mühitində repetitorluq yenə də tam aradan qalmayıb”.

Müsahibimizin sözlərinə görə, bütün bu təcrübələr göstərir ki, problem təkcə repetitorluqda deyil, məktəb təhsilinin keyfiyyətində, şagirdlərə fərdi yanaşma imkanlarının məhdudluğunda və müəllimin yük balansında gizlənir:

“Yəni əgər məktəbdə keyfiyyətli dərs prosesi, peşəkar və motivasiyalı müəllim, həmçinin fərdi dəstək sistemi varsa, şagirdin repetitorluğa ehtiyacı azalır. Bu mənada təhsil siyasəti qadağa deyil, alternativ yaratmaq üzərində qurulmalıdır.

Azərbaycan üçün bu məsələdə bir neçə istiqamət düşünülə bilər. İlk növbədə, repetitorluq fəaliyyətinin şəffaflığı və etik çərçivəsi müəyyənləşməlidir. Məsələn, müəllim öz dərs dediyi sinifdən olan şagirdlərlə repetitorluq etməməli, əgər edirsə, bu barədə açıq şəkildə məlumat verilməlidir. Eyni zamanda repetitor kursları və fərdi müəllimlər müəyyən lisenziya və qeydiyyat sistemi ilə işləməlidirlər. Bu, həm keyfiyyətin, həm də məsuliyyətin təminatı baxımından vacibdir”.

G.Əkbərova həmçinin vurğulayıb ki, digər tərəfdən, sosial bərabərliyi qorumaq üçün dövlət məktəblərində pulsuz fənn klubları, əlavə hazırlıq proqramları və ya mentor-müəllim dəstəyi modelləri tətbiq oluna bilər:

“Belə yanaşma ilə həm repetitorluqdan asılılıq azalacaq, həm də daha çox şagird eyni imkanlardan yararlanacaq. Bununla yanaşı, müəllimlərin professional inkişafı, metodiki dəstəyi və motivasiyası da artırılmalıdır ki, əsas tədris prosesi məktəbdə daha effektiv olsun.

Burada diqqət çəkən digər bir yenilik isə son vaxtlar bəzi ölkələrdə tətbiq olunan “müəllimin dərs saatı yox, iş saatı” modeli ola bilər. Yəni müəllim sadəcə tədris saatı qədər deyil, müəyyən vaxt ərzində məktəbdə qalmalı, bu müddətdə dərs hazırlığı, fərdi şagird məsləhətləri, fənn klubları və digər fəaliyyətlərlə məşğul olmalıdır. Bu yanaşma, məsələn, Finlandiya və Estoniya kimi təhsil sistemlərində effektiv nəticə verib - müəllim məktəbi tərk etmədən öz fəaliyyətini planlaşdıra, şagirdlərə dərs sonrası dəstək göstərə bilir. Müsbət tərəfi odur ki, bu, həm repetitorluğa olan tələbi azaldır, həm də məktəbi “canlı öyrənmə mühiti”nə çevirir”.

Həmsöhbətimiz onu da əlavə edib ki, müəllimin məktəbdə qalma saatlarının artırılması təkcə inzibati qərarla yox, eyni zamanda şəraitlə müşayiət olunmalıdır:

“Yəni müəllimə rahat iş yeri, psixoloji rahatlıq, texniki resurs və peşəkar azadlıq verilməlidir. Əks halda, bu sistem sadəcə əlavə yük kimi görünəcək və motivasiyanı azalda bilər. Ona görə də, bu model yalnız o halda uğurlu ola bilər ki, müəllimin əlavə vaxtı real dəstək və şəraitlə balanslaşdırılsın.

Nəticə etibarilə, “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliklər sadəcə bir məhdudiyyət kimi yox, təhsildə ədalət, keyfiyyət və şəffaflığın təmin olunması istiqamətində atılmış vacib addım olmalıdır. Əgər bu dəyişikliklər beynəlxalq təcrübələr nəzərə alınaraq mərhələli və balanslı şəkildə həyata keçirilərsə - həm valideynlərin, həm müəllimlərin, həm də şagirdlərin maraqları qorunacaq. Əsas məqsəd “repetitorluğu ləğv etmək” deyil, ona ehtiyacı minimuma endirmək və məktəbi yenidən təhsilin əsas mərkəzinə çevirmək olmalıdır”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan pərakəndə satış sektorunda ilk - OBA marketlər şəbəkəsi startap ekosisteminə dəstək proqramına start verib
Dünən, 19:58
Azərbaycanda tibbi səhvlərə yol verən həkimlər niyə toxunulmazdır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
COP30-la əlaqədar ezamiyyə normaları dəyişib - QƏRAR
Dünən, 17:57
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Dünən, 17:37
Regional Təhsil İdarəsinin müdir müavini öz ərizəsi ilə işdən çıxdı - FOTO
Dünən, 17:35
Əfvlə bağlı mühüm addım: tezliklə… – Açıqlama
Dünən, 17:28
Yeqoyandan müxalifətə təpki - Ermənistan-Azərbaycan dəmir yolunu mən yeməmişəm
Dünən, 17:26
"Böyük sənəti var, amma özünü idarə edə bilmir"
Dünən, 17:21
"Qəzet düşüncə gündəminin ədəbiyyatıdır" - Bahəddin Həzi
Dünən, 17:08
NATO-nun problemi ondadır ki, bizi dinləmir - Peskov
Dünən, 17:05
Mərkəzi Bankın yeni inzibati binasında girişə nəzarət sistemi 2 mln. manata başa gələcək
Dünən, 16:57
İcra hakimiyyətinin yarısı türmədədir... BƏS LÖKBATANI KİM SATIR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:54
Moskvada qətl törədən Şahin Abbasova HÖKM OXUNDU - HADİSƏ ANI
Dünən, 16:48
Aİ Azərbaycan və Ermənistanla əməkdaşlığa sadiqdir - Maqdalena Qrono
Dünən, 16:46
“Tarqovı”da 19 yaşlı oğlan öldürüldü: Əmisi saxlanıldı -Yenilənib
Dünən, 16:44
“İnnovasiya və Təchizat Mərkəzi”ndən 4,9 milyon manata dərman sifarişi - GÖRÜN, KİMƏ...
Dünən, 16:41
Faiq Ələkbərli Şimali Kipr Türk Respublikasında 5. Manas Forumunda iştirak edib - FOTO
Dünən, 16:23
Nazirimizin atası vəfat edib
Dünən, 16:18
AzTV-dəki 26 milyon məsələsi böyüyür - Baş prokurorluq araşdırmaya başlayacaq?
Dünən, 16:16
“Invest in Azerbaijan” informasiya sistemi yaradılıb - FƏRMAN
Dünən, 16:13
“Partiyaları ləğv etmək, maliyyə cəhətdən çökdürmək, onların üzvlərini təqib etmək Ramiz Mehdiyevin yolu olub...” - Etibar Məmmədovdan İLGİNC AÇIQLAMALAR
Dünən, 16:05
“Dünənki oyun sübut etdi ki, ölkədə futbol və "Qarabağ" kimi komanda var” - deputat
Dünən, 16:04
"Gəncə şəhərində dayanacaq tapmaq mümkün deyil" - GİLEY
Dünən, 15:58
Azərbaycanda bu dövlət qurumu LƏĞV EDİLDİ - Vasif Talıbov tərəfindən yaradılmışdı
Dünən, 15:51
"Orada Mətanət varsa, quyruq bulamaq olmaz..."
Dünən, 15:49
Serj Sərkisyan Korrupsiyaya qarşı Mübarizə Komitəsinə çağırılıb
Dünən, 15:47
"Qarabağ"-"Çelsi" oyunu azarkeşləri gərginlik içində saxlayan futbol ziyafəti idi - "Daily Mail"
Dünən, 15:45
Əliyev ermənilərin gözlədiyi xəbəri verdi - Növbəti Rusiya olacaq
Dünən, 15:40
“Qarabağ” mərhələ adlasa, bu komandalarla qarşılaşa bilər - ”Barselona”, ”Qalatasaray”...
Dünən, 15:25
DOST Agentliyinin sədrinə müşavir təyin edilib - DOSYE
Dünən, 15:23
“New York Times” Türkiyədən yazdı - “Vazkeçilməz Ərdoğan”
Dünən, 15:19
Qorxağın nüvə oyunu: o heç vaxt "qırmızı düyməyə" basmayacaq - AKTUAL
Dünən, 15:18
Turizm Agentliyi “Euronews”a 2 aylıq reklam üçün 425 min manat ödəyəcək
Dünən, 15:16
Din xadiminin həyatına sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 15:09
Nazir onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 15:08
Canlı yayında rüsvayçılıq – Təhqir "Kainat gözəli" müsabiqəsini pozub
Dünən, 15:06
Ramiz Mehdiyevi dövlətə xəyanətə sürükləyən 3-5 milyardlıq sərvəti – “Boz kardinal”ın istintaq sirləri
Dünən, 14:11
II Qareginin qardaşı KQB agentidir, bu, faktdır - Paşinyan
Dünən, 14:09
“Nar”dan ikinci avtomobil uduldu - həyəcan artır!
Dünən, 14:07
Ali Məhkəmə generalla bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 14:02
Müxalifət partiyaları qadağan edilməlidir - Kobaxidze
Dünən, 13:09
Azərbaycanın məşhur meyxanaçısı Rusiyada qadın bıçaqlayıb? - Dostu danışdı
Dünən, 13:07
“PAŞA Sığorta”ya yeni direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 13:04
Günü bu gün Azərbaycandan Türkiyəyə yüklərin tranzitini təmin etməyə hazırıq - Paşinyan
Dünən, 13:03
RİH Göyçayda yolların təmirinə 1,2 mln. manat xərcləməyi planlaşdırır
Dünən, 12:55
Ramiz Mehdiyevə zorla DÖVLƏT BORCUNU ÖDƏTDİRDİLƏR - TƏFƏRRÜAT
Dünən, 12:54
Rusiya Ukraynaya PUA-larla hücum edib, yaralılar var - Zelenski
Dünən, 12:53
Hazırda Azərbaycanda amnistiya ilə bağlı hazırlıq yoxdur - AÇIQLAMA
Dünən, 12:49
Beyləqan sakini “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin rəhbər şəxslərindən ŞİKAYƏTÇİDİR - MÜRACİƏT
Dünən, 12:41
"Eurohome"un arxasında da Mehdiyev şəbəkəsi dayanıb? - Mağazası kül olan sahibkardan ilginc iddia
Dünən, 12:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru