Ermənistan Azərbaycandan Türkiyəyə və əks istiqamətdə avtomobil yolu ilə yüklərin tranzitini təmin etməyə hazır olduğunu təsdiqləyib.
"Report"un Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib.











