Gürcüstanda demokratiyanın qorunması üçün bəzi müxalifət partiyaları qadağan edilməlidir, çünki bu siyasi qüvvələr dövlətçiliyə qarşı çıxır və mövcud hökuməti tanımır.
Axar.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“Bu, ölkəmiz üçün çox vacib bir məsələdir. Görürsünüz ki, ölkəmiz və onun siyasi sistemi qapalı bir dairədə ilişib qalıb. Ölkəni təqib edən cinayətkar qrup, xarici agent var. Bunlar daim ölkənin konstitusiya quruluşunu devirməyə çalışan antidemokratik, konstitusiyaya zidd qüvvələrdir”, - Kobaxidze bildirib.











