Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək? .....                     Belçikadan Azərbaycana dəstək bəyanatı .....                     "Bu, qorxuya əsaslanan tərifdir" .....                     “Sərbəstliyi tərbiyəsizliklə səhv salır, sən gələcək nəsilə necə örnək ola bilərsən, axı?” .....                     Daha bir yeniyetmə anasını qətlə yetirdi .....                     Zay məhsulu satırlar... sonra da... .....                     Bu, Azərbaycan üçün ona görə vacibdir ki... .....                     Ülvi iki dəfəyə 5000 manatı ondan alsa da... .....                     Zəngəzur dəhlizi strateji təklif kimi görünür .....                     Regionda mühüm gedişat: 5 ölkə qərar verdi .....                     'Ana Vətən' TƏMİZLƏNİR... .....                     Arayikin Göyçə gölündəki dəbdəbəli villası üzə çıxdı .....                     Azərbaycan tamhüquqlu iştirakçı oldu .....                     Naxçıvanda müəllimə qarşı saxta ittihamlı məhkəmə... .....                     “Onlara görə subay qalmışam” .....                     1362-ci gün: Rusiyanın itkiləri yeniləndi .....                     Ramiz Mehdiyevin Ucardakı camışçılıq təsərrüfatı NECƏ OLDU... .....                     İşçilərin bunları bilməsi MÜTLƏQDİR... .....                     "Belə deputatları "buraxmaq" yox, tutmaq lazımdır!.." .....                     Trampın oğlu o xəbəri eşitdi, ermənilərə “yox” dedi: İrəvanda yeni savaş .....                     İslam Mahaçev UFC çempionu oldu .....                     Gizli məqamlar: Ölkədə pensiya yaşı niyə artırılır? .....                     Ramiz Mehdiyev işində son gəlişmə .....                     NATO Rusiya ilə açıq müharibəyə hazırdırmı? .....                     Böyük Britaniya sabah sığınacaq qaydasındakı dəyişikliyi elan edəcək .....                     “İbrahim sazişləri” Azərbaycana nə verəcək? .....                     Almaniya texnologiyalar sürətlə dəyişdiyi üçün dron ehtiyatı yaratmayacaq .....                     LAL DEPUTATIN SƏSİ... görün, haralardan çıxır... .....                     Tofiq Heydərovun Ziba Mustafayevaya məktubunda NƏLƏR YAZILIB... .....                     Məşhur bloger narkotik ittihamı ilə HƏBS EDİLDİ .....                     “Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb .....                     Naftalanın yeni başçısı KİM OLACAQ?.. .....                     8 saatlıq iş rejimində... .....                     2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ... .....                     "Hələ də inana bilmirəm..." .....                     AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA... .....                     ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər .....                     Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu .....                     Azərbaycanın keçmiş Baş naziri 29 il sonra .....                     Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi .....                 

“Kontakt Home”dan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Tarix: 9-05-2025, 05:56 | Çap et
“Kontakt Home”dan kütləvi narazılıq
Son vaxtlar “Kontakt Home” mağazalar şəbəkəsindən şikayət və narazılıqlar artıb. Buradan məhsul alan bir çox vətəndaşlar yüksək faizlərdən, ödəniş sisteminin qeyri-şəffaf olmasından, hansısa "əlavə xidmət haqları"ndan və s. şikayətlənirlər. Onların sözlərinə görə, kreditlə məhsul alan zaman ödənişlərin gecikməsi halında onlardan olduqca yüksək məbləğdə faizlər tutulur. Hətta bu rəqəmlər bəzən sələmi xatırladır.

Belə şikayətçilərdən biri də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Xaqani küçəsi, ev 14 ünvanında yaşayan N.S-dır.

Bakupost.az -ın məlumatına görə, şikayətçi bu il martın 29-da mağazadan в„–1000912869 saylı müqavilə əsasında “Huawei Matebook D16 Space Gray” noutbuk, bir ədəd maus və iki ədəd qulaqlıq alıb. Lakin noutbukun istifadəsi zamanı qızma və yazı yazarkən donma halları müşahidə edildiyindən, cəmi 5 gün sonra noutbuk və mausu mağazaya qaytarıb.

N.S deyir ki, məhsulu qaytarmaq istədikdə ona "xidmət haqqı" olaraq 380 manat məbləğində borcunun qaldığı bildirilib:

“Filialın müvafiq əməkdaşlarından bu məbləğin hansı xidmətlə bağlı olduğunu soruşdum. Əvəzində "Kontakt Home"un Nərimanov filialının müvafiq əməkdaşları bildirdilər ki, “biz noutbuka müvafiq proqramlar yükləmişik və onlar ödənişlidir, mal qaytarılsa da, o proqramların pulunu ödəməlisiz. Noutbuk və mausu mağazaya qaytarmışam. Amma "Kontakt Home" mağazasının müvafiq sistemində mənim adıma 380 AZN borc qalmaqda davam edir".

N.S onu da bildirib ki, məhsulu alarkən ona bu proqramların ödənişli olduğu barədə əvvəlcədən heç bir məlumat verilməyib. Müqavilədə də bu barədə heç bir qeyd yoxdur:

“Mənə müxtəlif proqramların yüklənməsi, ödənişli olması və noutbukun qüsurlu olması halında 14 gün müddətində qaytarılması zamanı bu məbləği ödəməli olduğuma dair hər hansı məlumat verilməyib və hansısa sənəd təqdim olunmayıb. Hətta şifahi xəbərdarlıq da edilməyib. Eyni zamanda bu lazımsız proqramların noutbuka yüklənməsindən də xəbərim olmayıb. Belə ki, ümumi ad altında mənə məlum olmayan, lazımsız və əhəmiyyətsiz proqramları noutbuka yükləyərək, onların pulunu məndən tələb edirlər. “Kontakt Home” məhsulun sifarişi zamanı qeyd edilən proqramları alıcıya məlumat vermədən yükləyir, səhv və yanlış məlumat verərək, vətəndaşların etibarından sui-istifadə edir”.

Şikayətçi iki ədəd qulaqlığın pulunu faizlə birlikdə tam şəkildə ödəyib, qalan məhsullar isə qaytarılıb. Buna baxmayaraq, sistemdə onun adına 380 manat borc yazılıb:

“Məhsul keyfiyyətsiz olduğu və qaytarıldığı üçün müqaviləyə xitam verilməli və adıma hər hansı bir borc qalmalı deyil. Ancaq “Kontakt Home”un Nərimanov filialı "xidmət haqqı" adı altında üzərimə əsassız və qanunsuz olaraq əlavə xərclər qoymağa çalışır".

N.S əlavə edib ki, məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etsə də, hələlik heç bir nəticə əldə olunmayıb.

“Kontakt Home”dan şikayətlər bununla bitmir. Daha bir şikayətçi Natiq Muradovun sözlərinə görə, mağazadan aldığı 240 manatlıq məhsul üçün 20 gün gecikməyə görə ona 100 manatdan artıq faiz hesablanıb:

““Kontakt Home”dan bir məhsul alırsan, 2-3 gün gecikdirsən, sələmdən artıq faiz gəlir. İnsaf yoxdur, qan içirlər. 240 manat ödənişə, 20 günə 100 neçə manat faiz gəldi. Günə 4,80 manat faiz yazarlar? Heç kimə məsləhət görmürəm ki, bu mağazadan məhsul alsın. Ödəyirəm, haram xoşları olsun. Heç xeyir işlərinə xərcləməsinlər”, - deyə o, sosial şəbəkədə bildirib.

N.Muradovun sözlərinə görə, "Kontakt Home"un faiz dərəcəsi dövlətin müəyyən etdiyi maksimum həddən 10 dəfə yüksəkdir:

“Müştərinin gecikdirməsi və şirkətin faiz yazması başa düşüləndir, lakin bu qədər yüksək məbləğdə faiz qanunvericiliyə ziddir”.

Digər vətəndaşlar da mağazadan aldıqları məhsullarla bağlı oxşar problemlərlə üzləşdiklərini bildiriblər. Bir müştəri 290 manata aldığı telefon üçün ümumilikdə 920 manat ödədiyini, başqa bir vətəndaş isə 340 manatlıq telefonun ona 700 manata başa gəldiyini qeyd edib. Hətta bir müştəri sadəcə e-mail ünvanını qeydiyyatdan keçirmək üçün ondan 49 manat “xidmət haqqı” tutulduğunu iddia edib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da Bakupost.az -a açıqlamasında “Kontakt Home”un müştəri hüquqlarını pozan şirkətlər arasında 1-ci yeri tutduğunu bildirib:

“Sanki texniki cihazlar satan firmalar, başda “Kontakt Home” olmaqla, istehlakçıları aldatmaq üçün yarışa giriblər. “Kontakt Home” trenddə, birinci yerdədir. Ondan sonra “Baku Electronics”, “Optima” və s. gəlir. Neçə ildir ki, “Kontakt Home” birinciliyi əldən vermir. Buradan gələn şikayətlərin palitrası çox əcaib və müxtəlifdir. Hər gün 2-3 şikayət qəbul edirəm. Məsələn, “Kontakt Home” elan verir ki, kim “Şeş-qoşa” oynasa və udsa, ona təmənnasız bal verəcəyik. (Bu, iki il əvvəl verilmiş ərizədir) Vətəndaş oynayır, uduzur, gedib bir fen alır. Fen xarab çıxır. Qaytarmaq və ya dəyişmək istəyir, amma deyirlər, “yox, sən “Şeş-qoşa” oynamısan”.
İkinci nümunə, vətəndaş soyuducu alıb. Soyuducu səs edir. Qaytarır, akt alır ki, məhsulu qaytarmışam. Amma bir aydan sonra məhkəmə qərarı gəlir ki, sən borclusan. Vətəndaş nə qədər çalışsa da, məhkəmə qərarından yaxasını qurtara bilmir. “Kontakt Home” isə tələb edir, halbuki mal qaytarılıb".

Eyyub Hüseynovun sözlərinə görə, “Kontakt Home” tərəfindən “Qızıl Zəmanət” kimi təqdim edilən əlavə xidmətlərin hüquqi əsası yoxdur:

""Qızıl zəmanət” deyilən bir anlayışı da “Kontakt Home” icad edib. 300-400 manata bu “zəmanət”i satırlar, guya qızıl zəmanət verirlər. Halbuki bu, qanunsuz, heç bir əsası olmayan zəmanətdir".

E.Hüseynov bildirib ki, uzun illərdir şirkətin rəhbərliyi ilə görüşmək istəsə də, bu, mümkün olmayıb:

"Bu illər ərzində mən “Kontakt Home”un rəhbərliyi ilə görüşə bilməmişəm. Bir dəfə də mümkün olmayıb. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbərliyinə də demişəm ki, bunları bir yerə toplayın, mənə 3 dəqiqəlik vaxt verin ki, deyim, bunlar nə iş görürlər. Dövlət orqanı bunu etmir. 28 il ərzində cəmi bir dəfə Fərhad Əliyev nazir olanda biznes qurumlarının yığıncağında mənim çıxışıma imkan yaradılıb. İstehlakçı hüquqlarını qorumaq təəssüf ki, hökumət üçün öncül məsələ deyil. Bu ilin yanvarında cənab Prezidentin fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Prezident yanında Dövlət Agentliyinə çevrildi. Lakin oradakı köhnə komandadan yenə də heç nə gözləmirik. Çünki yanvardan bəri göndərilən şikayətlərə demək olar ki, heç bir reaksiya yoxdur. Bu, anormal haldır. "Kontakt Home"un öhdəsindən gəlmək lazımdır. Bu şirkət bütün vasitələrlə insanları soyur. Xarab malları, yararsız məhsulları insanlara sırıyır və bunu “kredit məsələləri” ilə edirlər. Ona görə də isteklahçılara deyirəm ki, əgər malı qaytara və ya dəyişə bilsəniz, mütləq kredit müqaviləsinin də ləğvinə nail olun. Şirin dilə aldanmayın. Onlar aqressiv reklam kampaniyaları aparırlar, istehlakçıları cəlb edirlər və “pulunu ver mənə, itil cəhənnəmə” prinsipi ilə işləyirlər. Hökumət buna son qoymalıdır. “Kontakt Home”la ciddi məşğul olunmalıdır".

Şikayətlərlə bağlı “Kontakt Home” mağazalar şəbəkəsinə sorğu ünvanladıq. Mağazadan Bakupost.az-a bildirildi ki, müştəri hüquqlarının qorunması və mövcud qanunvericilikdən yayınmamağa xüsusi diqqət yetirilir:

“Öncəliklə bildirmək istəyirik ki, müəyyən məhsullar (məsələn, noutbuk) üçün əlavə proqram təminatı bütün rəsmi riteyl şəbəkələrində ödənişli xidmətdir. Müştərimiz N.S-ya məhsul alışı zamanı əməkdaşlarımız tərəfindən bu məqam bildirilib və razılığı əldə edilib. Eyni zamanda, sözügedən məqam müqavilədə də öz əksini tapıb. Müştərilərimizin məlumatlarının konfidensiallığının qorunması səbəbindən müqavilə və şifahi razılıq səslərini ictimaiyyətə təqdim etmək imkanımız məhduddur.

Təəssüf hissi ilə bildirmək istərdik ki, müştərimizin bildirdiyi iddialar əsassızdır. Müştərimiz ilə proqram təminatının ödənişli əsaslarla olması həm yazılı, həm də şifahi olaraq razılaşdırılıb.

Müştərimiz Muradov Natiq kredit şərtlərimizdən yararlanaraq məhsul alıb. Məhsul alışı zamanı müştəriyə aylıq ödəniləcək məbləğ, gecikmə halları barədə ətraflı məlumat verilib. Əlavə olaraq, müştəriyə təqdim edilən müqavilənin 2.6-cı bəndində şərtlərin pozulması halında cərimənin hansı qaydada tətbiq olunacağı göstərilib. Gecikmə faizi isə mövcud qanunvericiliyin ümumi tələblərini nəzərə alaraq daxili qaydalar əsasında hesablanır. Bu halda da, müştəri son aprel ayı üzrə ödənişini natamam həyata keçirdiyi üçün aylıq məbləğin üzərinə əlavə məbləğ hesablanmağa davam edib".

/BakuPost.az

Redaksiyadan: Göründüyü kimi, müştəri N.S noutbuk alarkən, ona proqramların yüklənməsi üçün xidmət haqqı ödəməli olduğu haqda nə yazılı, nə də şifahi heç bir məlumat verilmədiyini bildirir, şirkət isə əksini iddia edir. İkincisi, noutbuka ofis proqramlarının yüklənməsi doğrudanmı 380 manata başa gəlir? Maraqlıdır, proqram təminatı ilə məşğul olan kompüter şirkətləri də proqramları yükləməyə görə məhsulun 30-50 faizi qədər pul tələb edirlərmi? Üçüncüsü, "Kontakt Home"un açıqlamasındakı "Gecikmə faizi mövcud qanunvericiliyin ümumi tələblərini nəzərə alaraq daxili qaydalar əsasında hesablanır" fikri də kifayət qədər qaranlıq və mübahisəlidir? Bu daxili qaydalar nələrdən ibarətdir? Müştərilərə əvvəlcədən bu qaydalar izah olunurmu? Yoxsa bu da bir fırıldaqçılıq fəndidir? Araşdırmalarımız davam edir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək? - ARAŞDIRMA
Bu gün, 12:56
Belçikadan Azərbaycana dəstək bəyanatı - MƏTN
Bu gün, 12:49
"Bu, qorxuya əsaslanan tərifdir" - ONA GÖRƏ DƏ...
Bu gün, 12:28
“Sərbəstliyi tərbiyəsizliklə səhv salır, sən gələcək nəsilə necə örnək ola bilərsən, axı?” - Xalq artisti
Bu gün, 12:22
Daha bir yeniyetmə anasını qətlə yetirdi - TƏFƏRRÜAT
Bu gün, 12:18
Zay məhsulu satırlar... sonra da... - NARAZILIQ VAR...
Bu gün, 11:52
Bu, Azərbaycan üçün ona görə vacibdir ki... - AKTUAL
Bu gün, 11:40
Ülvi iki dəfəyə 5000 manatı ondan alsa da... - TƏFƏRRÜAT
Bu gün, 11:34
Zəngəzur dəhlizi strateji təklif kimi görünür - Japarov
Bu gün, 11:29
Regionda mühüm gedişat: 5 ölkə qərar verdi – Zəngəzur planı işə düşür
Bu gün, 11:25
'Ana Vətən' TƏMİZLƏNİR... - Görünəni odur ki...
Bu gün, 11:21
Arayikin Göyçə gölündəki dəbdəbəli villası üzə çıxdı – görün kimə qismət olub...
Bu gün, 11:18
Azərbaycan tamhüquqlu iştirakçı oldu - AÇIQLANDI
Bu gün, 11:09
Naxçıvanda müəllimə qarşı saxta ittihamlı məhkəmə... - Hələliksə...
Bu gün, 10:57
“Onlara görə subay qalmışam” – Gənc müğənni əsəbiləşdi
Bu gün, 10:49
1362-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:46
Ramiz Mehdiyevin Ucardakı camışçılıq təsərrüfatı NECƏ OLDU... - İLGİNC
Bu gün, 10:40
İşçilərin bunları bilməsi MÜTLƏQDİR... - DİQQƏT
Bu gün, 10:19
"Belə deputatları "buraxmaq" yox, tutmaq lazımdır!.." - Xeyrəddin Qoca
Bu gün, 10:09
Trampın oğlu o xəbəri eşitdi, ermənilərə “yox” dedi: İrəvanda yeni savaş - GƏLİŞMƏ
Bu gün, 10:01
İslam Mahaçev UFC çempionu oldu
Bu gün, 09:59
Gizli məqamlar: Ölkədə pensiya yaşı niyə artırılır? - ARAŞDIRMA
Bu gün, 09:57
Ramiz Mehdiyev işində son gəlişmə – İki nəfər cəzalandırılıb
Bu gün, 09:55
NATO Rusiya ilə açıq müharibəyə hazırdırmı? - ŞƏRH
Bu gün, 09:53
Böyük Britaniya sabah sığınacaq qaydasındakı dəyişikliyi elan edəcək
Bu gün, 09:51
“İbrahim sazişləri” Azərbaycana nə verəcək? - AKTUAL
Bu gün, 04:37
Almaniya texnologiyalar sürətlə dəyişdiyi üçün dron ehtiyatı yaratmayacaq - "Frankfurter Allgemeine Zeitung" qəzeti
Bu gün, 04:24
LAL DEPUTATIN SƏSİ... görün, haralardan çıxır... - BU DA FAKT...
Bu gün, 04:21
Tofiq Heydərovun Ziba Mustafayevaya məktubunda NƏLƏR YAZILIB... - NƏ BAŞ VERİR?
Bu gün, 04:13
Məşhur bloger narkotik ittihamı ilə HƏBS EDİLDİ - NBC
Bu gün, 04:07
“Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb - Vətəndaşları aldadıblar?
Bu gün, 03:55
Naftalanın yeni başçısı KİM OLACAQ?.. - İDDİA
Bu gün, 03:50
8 saatlıq iş rejimində... - Ekspertdən TƏKLİF
Bu gün, 03:41
2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ... - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:38
"Hələ də inana bilmirəm..." - FOTO
Bu gün, 03:31
AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA... - BU DƏFƏ İSƏ...
Bu gün, 03:27
ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər
Dünən, 12:55
Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu - DETALLAR
Dünən, 12:52
Azərbaycanın keçmiş Baş naziri 29 il sonra - FOTO
Dünən, 12:49
Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi - VİDEO
Dünən, 12:46
Durmadan bahalaşır: - Ət bazarında böhran yaradan gözəgörünməz qüvvə kimdir?
Dünən, 12:39
Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək - TƏFƏRRÜAT
Dünən, 12:36
İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər - ARAŞDIRMA
Dünən, 12:30
Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
Dünən, 12:22
Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - DETALLAR
Dünən, 12:21
Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir - DİQQƏT
Dünən, 11:53
""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" - ÇAĞIRIŞ...
Dünən, 11:49
Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb - TƏFƏRRÜAT
Dünən, 11:40
İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar - deputat
Dünən, 11:35
Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE - BUNDAN SONRA...
Dünən, 11:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru