Suraxanı rayon İcra Hakimiyyəti başçısının Sosial məsələlər üzrə müavini Fuad Cəbrayılovun icra başçısı olmaq şansı var.
Bu barədə AzFakt.com-un əldə etdyi məlumatda bildirilir.
Məlumata görə uzun illərdir müxtəlif rayonlarda icra başçısının müavini vəzifələrində çalışan Fuad Cəbrayılov artıq icra başçısı olmaq üçün hərəkətə keçib.
Mənbə qeyd edir ki, Fuad Cəbrayılovun Naftalan şəhərinə başçı getmək ehtimalı böyükdür.
Qeyd edək ki, hazırda Gədəbəy, Naftalan və Naxçıvan Muxtar Respublikasının Culfa rayonlarında başçı vəzifəsi boşdur. Fuad Cəbrayılovun niyə məhz Naftalanda başçı olmaq istəməsinin səbəbi açıqlanmır.













