ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər .....                     Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu .....                     Azərbaycanın keçmiş Baş naziri 29 il sonra .....                     Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi .....                     Durmadan bahalaşır: .....                     Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək .....                     İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər .....                     Qətllərdən sonra 30 il gizlənə bilmişdi .....                     Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb .....                     Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir .....                     ""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" .....                     Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb .....                     İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar .....                     Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE .....                     Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi .....                     "Hansı bəyin səsi varsa, o da oxuya bilər" .....                     “ABŞ Qəzzanı zonalara bölür” .....                     Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir .....                     Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! .....                     "Bizim üçün demokratiya Qərbin təqlidi deyil" .....                     Qərb nəşrindən ilginc iddia .....                     Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir .....                     Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb .....                     İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı .....                     DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı .....                     Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu .....                     "Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..." .....                     Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil .....                     TRAMP HAQLI İMİŞ... .....                     Gömrükdə qara bazarda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb .....                     Gəncə Regional Kollecdə narazılıqlar... .....                     İstisinə qızınmadığımız QARA QIZIL: Bu il də üşüyəcəyik... .....                     İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir” .....                     Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır .....                     “Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir .....                     Dövlətin qanunları keçmiş deputatın umrunda da deyil... .....                     "MƏDƏNİ SOYĞUNÇULUQ İNSTİTUTU" Təhsilimizi ÇÖKƏRDİB: ARTİ, MÜTDA, TKTA... .....                     'Dəniz Hospital' rəsmən ÖZBAŞINA QALIB .....                     1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı .....                     Həbsdə olan həmkarlarının yanına gedəcəklər... .....                 

Durmadan bahalaşır: - Ət bazarında böhran yaradan gözəgörünməz qüvvə kimdir?
Tarix: Bu gün, 12:39 | Çap et

Bakıda ət bazarında qiymətlər yenidən artıb. Ötən həftədən paytaxtın bir çox bazar və qəssab dükanlarında mal ətinin qiyməti əhəmiyyətli dərəcədə artıb. Hazırda sümüklü mal ətinin kiloqramı 18 manata, sümüksüz ət isə 22 manata satılır. Qəssablar bu bahalaşmanı mal bazarlarının bağlanması və təchizat zəncirində yaranan fasilələrlə əlaqələndirirlər. Alıcılar isə artıq ətin qiymətini “fantastik həddə” yaxın adlandırırlar. İndi hamını düşündürən suallar var: bahalaşma nə qədər davam edəcək? Atılan addımlar qiymətləri sabitləşdirmək əvəzinə daha da artırmırmı? Ən əsası, qırmızı ət artıq sadə ailələrin süfrəsindən tamamilə çəkiləcəkmi?

Qərarın verilməsində gecikmişik?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirir ki, ölkədə dabaq xəstəliyinin kütləvi yayılması fonunda ət bazarında bahalaşma qaçılmaz idi: “Əslində bazarların bağlanması və karantin tədbirləri xəstəliyin yayılma zəncirini qırmaq üçün əsas vasitədir. Dabaq xəstəliyinin inkubasiya dövrü təxminən 7–15 gündür, yəni bu zənciri qırmaq üçün 10–15 gün kifayətdir. Lakin görünür, bu istiqamətdə atılan addımlar bir qədər gecikib. Əgər bu proses oktyabrın 10-dan tətbiq olunsaydı, ayın 20–25-nə qədər vəziyyət sabitləşə, itkilər də xeyli azala bilərdi. Amma tədbirlər bir qədər gec başladı”.

Ekspertin sözlərinə görə, hər bir qərarın həm müsbət, həm də mənfi tərəfi olur. Dabaq xəstəliyinə görə tətbiq olunan karantin də istisna deyil: “Bazarlar bağlandığı üçün fermerlər heyvan satmaqda çətinlik çəkirlər. Ət satışı ilə məşğul olan sahibkarlar məcbur olub qapı-qapı gəzərək heyvan alırlar. Bu da əlavə xərc yaradır və maya dəyərini artırır”.

“Bahalaşma uzunmüddətli ola bilməz”

Akif Nəsirli hesab edir ki, bu bahalaşma uzunmüddətli ola bilməz: “Əgər bu vəziyyət uzansa, çox ciddi mənfi nəticələr ortaya çıxacaq. Çünki yerli ət bahalaşsa da, əhali ətsiz qalmır. Alternativ kimi idxal olunan dondurulmuş və ya təzə ətlər mövcuddur və onlar daha ucuzdur. Əhali bu məhsullara vərdiş etdikdən sonra, xüsusilə gəliri aşağı olan təbəqə yerli ətə geri dönməyəcək, idxal ətinin istehlakçısı kimi qalacaq. Bu isə yerli istehsalçıların və qəssabların müştəri itkisinə səbəb olacaq”.
Ekspert əlavə edir ki, nəticədə bazarda iki əks istiqamətli təzyiq formalaşır: “Bir tərəfdən dabaq xəstəliyi səbəbindən istehsal azalır və bu, ətin qiymətinin artımına təzyiq yaradır. Digər tərəfdən isə idxal ətlərə tələbin artması və yerli müştərinin itirilməsi bazarda ucuzlaşma istiqamətində təzyiq yaradır. Hansı qüvvənin daha üstün gələcəyini isə zaman göstərəcək”.

Bazarda gözəgörünməz qüvvə

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov dabaq xəstəliyi səbəbindən təkcə satışın dayanmadığını, alışın da azaldığını deyir. İnsanlar ət və süd məhsulları almaqdan çəkinirlər. Ekspertin sözlərinə görə, bu vəziyyətdə bahalaşma iqtisadi qanunlara ziddir, çünki normalda bir məhsula tələbat azalanda qiymət də enməlidir: “Bizdə isə əksinə baş verir. Azərbaycanda ət bazarını sanki gözəgörünməz bir qüvvə idarə edir. Bəzən heç bir əsas olmadan qiymətlər qalxır. Halbuki son vaxtlar ölkəyə xaricdən - Monqolustandan, Hindistandan, Rusiyadan çoxlu dondurulmuş ət idxal olunur. Bunlar keyfiyyətli məhsullardır. Belə olan halda, bazara ucuz ət daxil olanda qiymətlər düşməlidir, amma nədənsə enmir. Məsələn, bazarda kiloqramı 12 manata Monqolustan quzusu satılır, amma yerli quzu ətinin kiloqramının qiyməti 21–22 manatdan aşağı düşmür,” – deyə Həsənov vurğulayır.

“Restoranlar Monqolustan quzusu alırlar”

Mütəxəssis hesab edir ki, əhali hələlik xaricdən idxal olunan ət məhsullarına etimad göstərmir: “Dondurulmuş ət yeməmək sadəcə stereotipdir. Əslində ölkədə ət istehlakı daha çox iaşə obyektlərində baş verir. Məsələn, bir qəssabxana sadə vətəndaşa gündə dörd quzu satırsa, bir restoran 20 quzu alır. Artıq bir çox restoranlar Monqolustan quzusu alır. Bu isə o deməkdir ki, yerli quzu satılmadığı üçün qiymət aşağı düşməlidir, amma bu baş vermir”.


Mircavid Həsənovun fikrincə, dabaq xəstəliyi ilə bağlı vəziyyət normallaşandan sonra qiymətlər tədricən ucuzlaşacaq: “Hazırda əksər təsərrüfatlarda xəstəlik var, satış azalıb. Amma bu, müvəqqəti haldır. Vəziyyət düzələndə qiymətlər də sabitləşəcək. Üstəlik, xaricdən ucuz ət idxalının təsiri özünü göstərəcək. Bu, bir növ Çin avtomobillərinin ölkəyə ilk gəlişinə bənzəyir. Əvvəllər hamı onları pisləyirdi, indi isə hər yerdə Çin maşınları satılır. Dondurulmuş ətlərə də zamanla etimad yaranacaq. Mən Monqolustandan gələn ətlərlə maraqlanmışam, çox keyfiyyətlidir, orqanikdir. Heyvanlar təbii şəraitdə yetişdirilir, heç bir qida əlavəsi istifadə olunmur”, - deyə ekspert qeyd edir.

Həm xərclər, həm risklər artıb

İqtisadçı Xalid Kərimli vurğulayır ki, heyvanlarda yayılan xəstəlik səbəbindən bazarlara tətbiq edilən məhdudiyyətlər mal ətinin təklifini azaldır: “Bazar qanunlarına görə, təklif azaldıqda qiymətlər artır. Hazırkı məhdudiyyətlər bazara çıxarılan heyvan sayını azaldır və bu da qiymət artımına səbəb olur. Eyni zamanda, bu vəziyyət ənənəvi mal bazarlarının fəaliyyətinə mane olur və rəqabət mühitini dəyişir. Bu isə əlavə qiymətartırıcı amildir. Digər tərəfdən, alıcı davranışı da dəyişir. İnsanlar xəstəlik təhlükəsi səbəbindən bazarlardan çox, mağazalardan kəsilmiş ət almağa üstünlük verirlər. Mağazalara yönələn bu artan tələbat da qiymətləri yüksəldir. Nəticədə, mal ətinin bahalaşması balıq və toyuq ətinə olan tələbatı da artırır və bu, həmin məhsulların qiymətlərinə də təsirsiz ötüşmür”.

Ekspertin sözlərinə görə, qiymət artımının nə qədər davam edəcəyi birbaşa epidemiyanın gedişindən asılı olacaq: “Əgər xəstəlik qısa müddətdə nəzarət altına alınarsa, qiymətlər tədricən sabitləşə bilər. Amma xəstəlik uzun sürərsə, bu, ət bazarında daha uzunmüddətli bahalaşmaya gətirib çıxaracaq”.

"Kaspi" qəzeti











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər
Bu gün, 12:55
Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu - DETALLAR
Bu gün, 12:52
Azərbaycanın keçmiş Baş naziri 29 il sonra - FOTO
Bu gün, 12:49
Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi - VİDEO
Bu gün, 12:46
Durmadan bahalaşır: - Ət bazarında böhran yaradan gözəgörünməz qüvvə kimdir?
Bu gün, 12:39
Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək - TƏFƏRRÜAT
Bu gün, 12:36
İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər - ARAŞDIRMA
Bu gün, 12:30
Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
Bu gün, 12:22
Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - DETALLAR
Bu gün, 12:21
Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir - DİQQƏT
Bu gün, 11:53
""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" - ÇAĞIRIŞ...
Bu gün, 11:49
Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb - TƏFƏRRÜAT
Bu gün, 11:40
İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar - deputat
Bu gün, 11:35
Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE - BUNDAN SONRA...
Bu gün, 11:17
Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi - TƏFƏRRÜAT
Bu gün, 11:08
"Hansı bəyin səsi varsa, o da oxuya bilər" - Xalq artisti
Bu gün, 10:58
“ABŞ Qəzzanı zonalara bölür” - The Gardian
Bu gün, 10:48
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 10:41
Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Bu gün, 10:39
"Bizim üçün demokratiya Qərbin təqlidi deyil" - Zəlimxan Məmmədli
Bu gün, 10:25
Qərb nəşrindən ilginc iddia - Azərbaycan bu qərarı versə...
Bu gün, 10:21
Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:19
Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb - TƏFƏRRÜAT
Bu gün, 10:16
İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı - Bakıdan sərt reaksiya
Bu gün, 10:13
DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 09:54
Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu 850 min manatı ötdü
Bu gün, 09:53
"Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..."
Bu gün, 09:36
Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 09:23
TRAMP HAQLI İMİŞ... - belə çıxır...
Bu gün, 09:17
Gömrükdə qara bazarda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb - FOTO
Bu gün, 09:11
Gəncə Regional Kollecdə narazılıqlar... - bitmək bilmir!
Bu gün, 09:02
İstisinə qızınmadığımız QARA QIZIL: Bu il də üşüyəcəyik... - MALƏSƏF...
Bu gün, 08:54
İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir” - 11-ci kim olacaq?
Bu gün, 08:46
Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır - Tramp
Bu gün, 08:43
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir - FOTO
Bu gün, 07:46
Dövlətin qanunları keçmiş deputatın umrunda da deyil... - FAKT BUDUR!
Bu gün, 07:41
"MƏDƏNİ SOYĞUNÇULUQ İNSTİTUTU" Təhsilimizi ÇÖKƏRDİB: ARTİ, MÜTDA, TKTA... - Təhsil mafiyası kimin əli ilə hərəkət edir?
Bu gün, 07:39
'Dəniz Hospital' rəsmən ÖZBAŞINA QALIB - BU NƏDİ BELƏ?
Bu gün, 07:35
1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı - Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti
Bu gün, 07:29
Həbsdə olan həmkarlarının yanına gedəcəklər... - Başqa cür ola da bilməz...
Bu gün, 07:22
Gədəbəyi yarıtmışdı: İNDİ DƏ... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:20
Zəngəzur dəhlizində yenilik: Kimin xeyrinədir? - GƏLİŞMƏ
Bu gün, 07:08
Dinamika əvvəlki illərlə müqayisədə 80 faiz artıb - ŞƏRH
Bu gün, 07:05
Rəhbərsiz qalan nazirlik... - Görünəni odur ki...
Bu gün, 07:04
8 Noyabr Zəfər paradından sonra 3 dost ölkə ilə bağlı 3 diqqətşəkən olay... - Bağlılıq varmı?..
Bu gün, 07:01
Erməni lobbisinin əsiri olan qanun: 907-ci düzəlişin taleyi necə olacaq? - AKTUAL
Bu gün, 06:58
ABŞ termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb - KİV
Bu gün, 06:54
Jurnalistlər NECƏ DOLANACAQ? - heç düşündülərmi?
Bu gün, 06:52
Narazı işçi SOCAR şefinə ÜZ TUTDU - "Bizə borc verin..."
Bu gün, 06:43
“Vahid Qafqaz evi” layihəsi... - yenidən aktuallaşa bilər
Bu gün, 06:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru