“Fortuna SL Project” Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi borcu 850 min manatı ötüb.
32gun.az xəbər verir ki, şirkətin ümumi vergi borcunun 885.839,31 AZN təşkil etdiyi qeyd olunur.
Məlumatlara görə, şirkət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qeydiyyatındadır. Ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 26, mənzil 1 kimi göstərilib, hazırda riskli vergi ödəyicisi statusuna malikdir.
Şirkətin qanuni təmsilçisi Əlisahib Abbasov Cahangir oğludur, nizamnamə kapitalı 20 manatdır.
Əlisahib Abbasov Cahangir oğlu "VERTAL DEN PROJECT” MMC-nin də qanuni təmsilçisidir. Bu şirklət də həm riskli vergi ödəyicisi, həm də dövlətə borcu var - 24250.32 AZN













