Sabirabadda nikah yaşına çatmayan qızın toy mərasiminin keçiriləcək.
Milli.az xəbər verir ki, toy noyabrın sonuna nəzərdə tutulub.
Mərasim oğlan evinin həyətində təşkil olunacaq. Həm bəy, həm də gəlin toy libaslarında olacaq.
Qızın 18 yaşı gələn il iyunun 19-da tamam olacaq.
Xatırladaq ki, Yolçubəyli kənd sakini, 35 yaşlı Orxan Mehbalıyevlə 17 yaşlı Türkədi kənd sakini Zəhra Salmanlının nikahı ilə əlaqədar oktyabrın 15-də qız toyu baş tutmuşdu. Məlumat polisə daxil olduqdan sonra hər iki tərəfin valideynləri şöbəyə dəvət edilərək profilaktik söhbətlər aparılmış və oktyabrın 23-nə planlaşdırılan oğlan toyunun qarşısının alınmışdı.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də məsələni araşdırmışdı.
Hər iki qurum toyun qarşısının alındığını bildirsə də, oktyabrın 23-də oğlan toyunun gizli şəkildə keçirilməsi planlaşdırılmışdı. Toyun şadlıq sarayında deyil, O.Mehbalıyevin həyətində təşkil ediləcəyi, dəvətnamələrin paylandığı və qızın cehizlərinin oktyabrın 18-də oğlan evinə aparıldığı deyilmişdi.
Hətta toydan sonra cütlüyün Ukraynaya gedəcəyi və oktyabrın 26-na aviabiletlərin alındığı da iddia olunmuşdu.
Oktyabrın 23-nə nəzərdə tutulan toy ailə tərəfindən təxirə salınsa da, hazırda hər iki ailədə noyabrın sonunda keçiriləcək toy üçün hazırlıqların davam etdirir.













