"Yazırlar ki, Milli Məclisin gənc deputatlarından Mircəlil Qasımlı parlamentin ən passiv deputatıdır, indiyədək plenar iclaslarda bir dəfə də olsun çıxış etməyib..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Cavanşir Həsənli qeyd edib.
O, daha sonra ilginc faktları da açıqlayıb: "Nə olsun ki, adam parlamentdə passivdir, amma əvəzində Mircəlil bəy Slovakiyada çox aktivdir. Həm diplomat Cəlal Qasımovun qardaşı oğludur, həm Slovakiyanın Azərbaycanda səfiri Elçin Qasımovun əmisi oğludur, üstəlik özünün Slovakiyada şirkəti var.
Deputatın Bratislavada 2006-cı ildən fəaliyyətdə olan şirkəti SATEX ING International sro-dur. Kapitalı 2024-cü il maliyyə hesabatına görə 116.800 avro təşkil edir.
Bəs şirkət nə işlə məşğuldur? Sənədlərə görə azərbaycanlı investorlar üçün ənənəvi olan daşınmaz əmlak biznesi ilə. SATEX ING International sro Slovakiyanın qərbindəki kiçik kurort şəhəri olan Peştyanidəki 4 ulduzlu Otel Oark Avenyünün sahibidir..."













