Zəngəzur dəhlizi Çin-Qırğızıstan-Özbəkistan dəmiryolu üçün məntiqi və strateji bir təklif kimi görünür.
Axar.az xəbər verir ki, bunu Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Qırğızıstan Prezidenti Sadır Japarov bildirib.
“Bu gün region üçün yeni nəqliyyat arteriyasının yaradılmasının şahidi oluruq. Strateji əhəmiyyətli Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi logistikanı dəyişdirəcək, ölkələrimiz üçün Asiya və Avropanın ən böyük bazarlarına ən qısa yolu açacaq. Bu kontekstdə Zəngəzur dəhlizi layihəsi Çin-Qırğızıstan-Özbəkistan dəmiryolu üçün məntiqi və strateji bir təklif kimi görünür”, - Qırğızıstan prezidenti bildirib.











