Ağdərədə mina partlayışı: Xəsarət alan var .....                     Ukrayna strateji məğlubiyyətə doğru gedir .....                     Zelenski Putinə qoyduğu qadağanı ləğv edir? .....                     Putin-Tramp görüşü hələlik təxirə salınıb .....                     "O, konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə Azərbaycanda sevilir və hörmətlə qarşılanır" .....                     Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək? .....                     Belçikadan Azərbaycana dəstək bəyanatı .....                     "Bu, qorxuya əsaslanan tərifdir" .....                     “Sərbəstliyi tərbiyəsizliklə səhv salır, sən gələcək nəsilə necə örnək ola bilərsən, axı?” .....                     Daha bir yeniyetmə anasını qətlə yetirdi .....                     Zay məhsulu satırlar... sonra da... .....                     Bu, Azərbaycan üçün ona görə vacibdir ki... .....                     Ülvi iki dəfəyə 5000 manatı ondan alsa da... .....                     Zəngəzur dəhlizi strateji təklif kimi görünür .....                     Regionda mühüm gedişat: 5 ölkə qərar verdi .....                     'Ana Vətən' TƏMİZLƏNİR... .....                     Arayikin Göyçə gölündəki dəbdəbəli villası üzə çıxdı .....                     Azərbaycan tamhüquqlu iştirakçı oldu .....                     Naxçıvanda müəllimə qarşı saxta ittihamlı məhkəmə... .....                     “Onlara görə subay qalmışam” .....                     1362-ci gün: Rusiyanın itkiləri yeniləndi .....                     Ramiz Mehdiyevin Ucardakı camışçılıq təsərrüfatı NECƏ OLDU... .....                     İşçilərin bunları bilməsi MÜTLƏQDİR... .....                     "Belə deputatları "buraxmaq" yox, tutmaq lazımdır!.." .....                     Trampın oğlu o xəbəri eşitdi, ermənilərə “yox” dedi: İrəvanda yeni savaş .....                     İslam Mahaçev UFC çempionu oldu .....                     Gizli məqamlar: Ölkədə pensiya yaşı niyə artırılır? .....                     Ramiz Mehdiyev işində son gəlişmə .....                     NATO Rusiya ilə açıq müharibəyə hazırdırmı? .....                     Böyük Britaniya sabah sığınacaq qaydasındakı dəyişikliyi elan edəcək .....                     “İbrahim sazişləri” Azərbaycana nə verəcək? .....                     Almaniya texnologiyalar sürətlə dəyişdiyi üçün dron ehtiyatı yaratmayacaq .....                     LAL DEPUTATIN SƏSİ... görün, haralardan çıxır... .....                     Tofiq Heydərovun Ziba Mustafayevaya məktubunda NƏLƏR YAZILIB... .....                     Məşhur bloger narkotik ittihamı ilə HƏBS EDİLDİ .....                     “Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb .....                     Naftalanın yeni başçısı KİM OLACAQ?.. .....                     8 saatlıq iş rejimində... .....                     2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ... .....                     "Hələ də inana bilmirəm..." .....                 

Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək? - ARAŞDIRMA
Tarix: Bu gün, 12:56 | Çap et

2026-cı ildən etibarən Maliyyə Nazirliyinin siyahısında maliyyələşməyəcək qurumlar arasında “Azərbaycan Nəşriyyatı” MMC-nin də yer aldığı məlum olub.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq ötən həftə keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Bu kontekstdə Azərbaycan Nəşriyyatının hansı formada maliyyələşəcəyi məsələsi isə ciddi sual doğurur.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov qeyd edib ki, Azərbaycan Nəşriyatının maliyyələşməsinin müəyyən bir hissəsi dövlət büdcəsinin, bir hissəsi isə göstərdiyi xidmətlərin hesabına formalaşır.

“Təbii ki, dövlət dəstəyi olmadan Aznəşrin saxlanılması çətin olar. Amma beynəlxalq təcrübədə belə müəsisələr özünü maliyyələşdirir. Ölkəmizdə də bu istiqamətdə müəyyən addımlar atılmalı olduğunu hesab edirəm. Çünki, xidmət sahələri özlərinin xidmətləri hesabına malıyyələşməlidirlər”.

Sədr müavini vurğulayıb ki, Azərnəşr kitab satışından, çap xidmətlərindən, dövlət sifarişlərindən və beynəlxalq layihələrdən də gəlir əldə edir:

“Həm də icarə haqları da bu müəsisənin gəlirlərinə daxil etmək olar. Xarici ölkələrdə belə xidmətlər daha maliyyə tutumludur və müəsisələrin özlərini saxlamasına kifayət edir. Bu baxımdan Azərbaycan Nəşriyyatı da gələcəkdə tam şəkildə özünümaliyyələşməyə keçəcəyini hesab edirəm”,- deyə deputat qeyd edib.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi Hüseyn İbrahimov isə bildirib ki, Azərbaycan Nəşriyyatının fəaliyyəti yalnız orada fəaliyyət göstərən müəyyən dövlət qəzetlərinin maliyyələşdirilməsi ilə məhdudlaşmır.

“Bu, daha geniş və çoxşaxəli bir fəaliyyətdir. Nəşriyyatın maliyyələşməməsi o demək deyil ki, həmin dövlət qəzetləri dövlət büdcəsindən vəsait almayacaqlar. Əgər əvvəllər onlar bu vəsaitləri Azərbaycan Nəşriyyatı vasitəsilə alırdılarsa, indi bu maliyyə yardımları birbaşa qəzetlərin özlərinə ayrılacaq.

Sözügedən dəyişiklik, bir tərəfdən, qəzetlərin fəaliyyətini müstəqil, birbaşa və vasitəçisiz şəkildə həyata keçirməsinə imkan verəcək, onların maliyyə müstəqilliyini və ümumilikdə fəaliyyət azadlığını artıracaq. Digər tərəfdən, bu, Azərbaycan Nəşriyyatının fəaliyyətinin dayandırılması anlamına gəlmir. Nəşriyyat dövlət maliyyələşməsindən kənarda qalsa da, tenderlərdə iştirak etmək, müxtəlif layihələrdə yer almaq, eləcə də özəl və qeyri-özəl sektorlarla əməkdaşlıq imkanlarına malikdir. Bu baxımdan nəşriyyat fəaliyyətini daha sərbəst təsərrüfat subyekti kimi davam etdirə biləcək”.

Müsahibimiz söyləyib ki, ümumiyyətlə, nəşriyyatların maliyyələşməsi məsələsinə baxsaq, görərik ki, Azərbaycan Nəşriyyatı sovet dövründə formalaşmış bir qurumdur və müstəqillik dövründə də fəaliyyətini davam etdirib:

“İndi isə maliyyələşmə mexanizminin dəyişməsi bu fəaliyyətə yeni bir mərhələ qazandırır. Artıq struktur daxilində olan qəzetlər maliyyəni birbaşa alacaqlar.

Dünyada, xüsusilə Almaniya və digər Qərb ölkələrində nəşriyyatların fəaliyyət formaları müxtəlifdir. Onlar öz maliyyələşmələrini təmin etdikcə, prestijlərini, statuslarını, eləcə də beynəlxalq nəşriyyat sistemində mövqelərini daha da gücləndirməyə çalışırlar. Məsələn, bir çox tədqiqatçılar əsərlərini Almaniyanın nüfuzlu nəşriyyatlarında çap etdirməyə üstünlük verirlər. Bu nəşriyyatlar nüfuzlarını dövlət maliyyəsi hesabına deyil, müasir tələblərə uyğun fəaliyyətləri və peşəkar iş prinsipləri sayəsində qazanıblar”.

Həmsöhbətimizin sözlərinə görə, bu gün nəşriyyatların fəaliyyəti yalnız qəzet nəşri ilə məhdudlaşmır:

“Onlar elmi və təhsil institutları ilə sıx əməkdaşlıq etməli, yerli alimlərin tədqiqatlarını çap etməklə elmi potensialın inkişafına töhfə verməlidirlər. Eyni zamanda, nüfuzlu jurnalların və kitabların müxtəlif dillərdə nəşri imkanlarını genişləndirmək, xarici sifarişlər və qrant layihələri cəlb etmək nəşriyyatın beynəlxalq nüfuzunu artırar.

Bu proses nəticəsində nəşriyyatın imkanları genişlənəcək, fəaliyyət dairəsi böyüyəcək. Əgər Azərbaycan Nəşriyyatı bu yeni şəraitdə fəaliyyətini müasir dünyanın tələblərinə uyğun şəkildə qura bilsə, o zaman öz mövqeyini həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə möhkəmləndirə bilər. Hətta gələcəkdə xarici alimlər də burada nəşr olunmaqda maraqlı ola bilərlər”.

H.İbrahimov onu da əlavə edib ki, nəşriyyatın yenidən strukturlaşdırılması, prioritetlərin müəyyənləşdirilməsi və müasir biliklərə malik kadrların prosesə cəlb olunması vacibdir:

“Bu, 1-2 ilə həll ediləcək məsələ deyil, müəyyən vaxt və ardıcıl fəaliyyət tələb edir. Lakin peşəkar kadrların iştirakı ilə bu sahədə yeni, müasir və rəqabətqabiliyyətli bir sistemin formalaşdırılması mümkündür”,- deyə o fikrini tamamlayıb.

Qeyd edək ki, 2024-cü ildə “Azərbaycan Nəşriyyatı” MMC-nin fəaliyyətinin maliyyələşdirilməsinə 2 352 890 manat vəsait icra edilib, 2025-ci ildə isə 2 228 290 manat məbləğində vəsaitin icrası planlaşdırılır. 2026-cı il üçün isə bu məqsədlə hər hansı vəsait nəzərdə tutulmayıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağdərədə mina partlayışı: Xəsarət alan var - Sırxavənd kəndi ərazisində...
Bu gün, 14:30
Ukrayna strateji məğlubiyyətə doğru gedir - Röpke
Bu gün, 14:28
Zelenski Putinə qoyduğu qadağanı ləğv edir?
Bu gün, 13:27
Putin-Tramp görüşü hələlik təxirə salınıb - Uşakov
Bu gün, 13:23
"O, konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə Azərbaycanda sevilir və hörmətlə qarşılanır" - Prezident İlham Əliyev
Bu gün, 13:20
Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək? - ARAŞDIRMA
Bu gün, 12:56
Belçikadan Azərbaycana dəstək bəyanatı - MƏTN
Bu gün, 12:49
"Bu, qorxuya əsaslanan tərifdir" - ONA GÖRƏ DƏ...
Bu gün, 12:28
“Sərbəstliyi tərbiyəsizliklə səhv salır, sən gələcək nəsilə necə örnək ola bilərsən, axı?” - Xalq artisti
Bu gün, 12:22
Daha bir yeniyetmə anasını qətlə yetirdi - TƏFƏRRÜAT
Bu gün, 12:18
Zay məhsulu satırlar... sonra da... - NARAZILIQ VAR...
Bu gün, 11:52
Bu, Azərbaycan üçün ona görə vacibdir ki... - AKTUAL
Bu gün, 11:40
Ülvi iki dəfəyə 5000 manatı ondan alsa da... - TƏFƏRRÜAT
Bu gün, 11:34
Zəngəzur dəhlizi strateji təklif kimi görünür - Japarov
Bu gün, 11:29
Regionda mühüm gedişat: 5 ölkə qərar verdi – Zəngəzur planı işə düşür
Bu gün, 11:25
'Ana Vətən' TƏMİZLƏNİR... - Görünəni odur ki...
Bu gün, 11:21
Arayikin Göyçə gölündəki dəbdəbəli villası üzə çıxdı – görün kimə qismət olub...
Bu gün, 11:18
Azərbaycan tamhüquqlu iştirakçı oldu - AÇIQLANDI
Bu gün, 11:09
Naxçıvanda müəllimə qarşı saxta ittihamlı məhkəmə... - Hələliksə...
Bu gün, 10:57
“Onlara görə subay qalmışam” – Gənc müğənni əsəbiləşdi
Bu gün, 10:49
1362-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:46
Ramiz Mehdiyevin Ucardakı camışçılıq təsərrüfatı NECƏ OLDU... - İLGİNC
Bu gün, 10:40
İşçilərin bunları bilməsi MÜTLƏQDİR... - DİQQƏT
Bu gün, 10:19
"Belə deputatları "buraxmaq" yox, tutmaq lazımdır!.." - Xeyrəddin Qoca
Bu gün, 10:09
Trampın oğlu o xəbəri eşitdi, ermənilərə “yox” dedi: İrəvanda yeni savaş - GƏLİŞMƏ
Bu gün, 10:01
İslam Mahaçev UFC çempionu oldu
Bu gün, 09:59
Gizli məqamlar: Ölkədə pensiya yaşı niyə artırılır? - ARAŞDIRMA
Bu gün, 09:57
Ramiz Mehdiyev işində son gəlişmə – İki nəfər cəzalandırılıb
Bu gün, 09:55
NATO Rusiya ilə açıq müharibəyə hazırdırmı? - ŞƏRH
Bu gün, 09:53
Böyük Britaniya sabah sığınacaq qaydasındakı dəyişikliyi elan edəcək
Bu gün, 09:51
“İbrahim sazişləri” Azərbaycana nə verəcək? - AKTUAL
Bu gün, 04:37
Almaniya texnologiyalar sürətlə dəyişdiyi üçün dron ehtiyatı yaratmayacaq - "Frankfurter Allgemeine Zeitung" qəzeti
Bu gün, 04:24
LAL DEPUTATIN SƏSİ... görün, haralardan çıxır... - BU DA FAKT...
Bu gün, 04:21
Tofiq Heydərovun Ziba Mustafayevaya məktubunda NƏLƏR YAZILIB... - NƏ BAŞ VERİR?
Bu gün, 04:13
Məşhur bloger narkotik ittihamı ilə HƏBS EDİLDİ - NBC
Bu gün, 04:07
“Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb - Vətəndaşları aldadıblar?
Bu gün, 03:55
Naftalanın yeni başçısı KİM OLACAQ?.. - İDDİA
Bu gün, 03:50
8 saatlıq iş rejimində... - Ekspertdən TƏKLİF
Bu gün, 03:41
2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ... - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:38
"Hələ də inana bilmirəm..." - FOTO
Bu gün, 03:31
AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA... - BU DƏFƏ İSƏ...
Bu gün, 03:27
ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər
Dünən, 12:55
Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu - DETALLAR
Dünən, 12:52
Azərbaycanın keçmiş Baş naziri 29 il sonra - FOTO
Dünən, 12:49
Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi - VİDEO
Dünən, 12:46
Durmadan bahalaşır: - Ət bazarında böhran yaradan gözəgörünməz qüvvə kimdir?
Dünən, 12:39
Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək - TƏFƏRRÜAT
Dünən, 12:36
İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər - ARAŞDIRMA
Dünən, 12:30
Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
Dünən, 12:22
Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - DETALLAR
Dünən, 12:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru