" "İrşad Telekom"un Əhmədlidə Sarayevo küçəsindəki mağazasından Xiaomi C400 Smet kamera almışam. Kameranı quraşdırdım, problem çıxdı və düzgün işləmir..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Əmrah Qasımov adlı istifadəçi gileylənir.
WhatsApp-da operatorları deyir: “14 gün ərzində dəyişdirib qaytara bilərsiniz. Əgər qablamaqda problem yoxdursa, məhsulda cızıq, zədə yoxdursa.” Hər şeyin qaydasında olduğunu, lakin köməklik göstərmək üçün müdir olmadan kömək edə bilməyəcəklərini dedilər.
Daha sonra mənə Xətai-də servisinə getməli olduğumu və məhsulu ora təhvil verməyimi istədilər. Bu açıq-aşkar müştərini aldatmaqdadır. Satanda deyirlər “14 gün ərzində qaytarıb dəyişdirə bilərsiniz”, amma reallığa gələndə bu belə deyil. İstehlakçı hüquqlarının pozuntusudur. Siz xarab məhsul satıb sonra müştərini ora-bura göndərirsiniz, belə yanaşma ilə müştəri itirirsiniz.
Qeyd edim ki, "Araz market"dən qeyri-qida məhsulu alarkən xarab çıxanda Veysəloğlu şirkətinə gedirik qaytarmağa? Yerindəcə problemi həll edib müştərini razı göndərirlər mağazadan..."











