ABŞ-nin Nyu-York şəhərində UFC-322 turniri baş tutub.
Teleqraf xəbər verir ki, gecənin əsas döyüşündə yarım orta çəki dərəcəsində kəmər sahibi Cek Della Maddalena ilə yüngül çəki dərəcəsinin çempionu İslam Mahaçev qarşılaşıb.
Dağıstanlı idmançı V raunddan ibarət döyüşün sonunda hakimlərin yekdil qərarı ilə yarım orta çəki dərəcəsinin kəmərini əldə edib.
Cek Della Maddalena karyerasının 21-ci döyüşündə 3-cü məğlubiyyətini, İslam Mahaçev isə 29-cu qarşılaşmasında 28-ci qələbəsini qazanıb.











