Ölkədə bəzən çox unikal hadisələr baş verir.
Tribunainfo.az xəbər verir ki, bəzi dövlət qurumları bəzən elə addımlar atırlar ki, yüz ağıllı onu təhlil edib, bir yerə çıxara bilmir.
Elə götürək, Mədəniyyət Nazirliyini. Başı bir müddətdir qalmaqallardan ayrılmayan, rəhbərliyi belə həbs olunmuş bu qurumun başbilənləri Şuşada Vaqif Poeziya Günləri keçirməyi qərara alıblar. Yayın ortalarına təsadüf edəcək tədbirdə 300 nəfərin qaltılması nəzərdə tutulub. Onlar üç gün Şuşada qalacaqlar, yeməklə və nəqliyyatla təmin olunacaqlar. Həmçinin iştirakçılara üzərinə “Vaqif Poeziya Günü” sözləri yaılmış idman keçpkaları da hədiyyə olunacaq.
Nazirlik bu işlər üçün tender elan edib, qalibini də müəyyənləşdirib. Bu işlərin araya-ərsəyə gəlməsinə isə 320 min 175 manat xərclənəcək.
Bəli, gəlib çatdık məsələnin kulminasiya nöqtəsinə. Tenderin qalibi elə Mədəniyyət Nazirliyinin tabeliyində olan, əsasən tikinti və təminat işləri ilə məşğul olan Əsaslı Tikinti və Təchizat MMC elan edilib.
Əcəba, təmir və təchizat şirkəti hara, poeziya hara? Mədəniyyət Nazirliyi tikinti ilə poeziya arasında hansı səbəb və əlaqə tapıb, müəmmalıdır. Yəni, ölkədə Vaqif Poeziya Günlərini keçirmək üçün başqa bir ixtisaslı şirkət yox idimi?