Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi .....                     Rusiyanın Cənubi Qafqaz siyasəti... .....                     “Təhsil sisteminin idarə olunmasında inzibati-amirlik prinsipləri aradan qaldırılmalıdır” .....                     Tramp düyməni basdı .....                     Macarıstan Ermənistana 20 milyonluq hərbi yardımın qarşısını belə alıb .....                     “Sea Breeze”ə yaxın şirkət yaradılıb .....                     Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub .....                     Çingiz Abdullayevin müsahibəsi REZONANS DOĞURDU .....                     "Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı .....                     “Bakcell” süni intellekt təlimi təşkil etdi .....                     Bakı polisi Əfqanıstan vətəndaşını axtarır .....                     "Vasif Məhərrəmli yalan danışır" .....                     "Röya Ayxanın aldığı mükafatın Kann Festivalına dəxli yoxdur" .....                     Ölkədən çıxışına "stop" qoyulan keçmiş nazirin işi ilə bağlı yeni məlumat .....                     TƏBİB sədri ilə jurnalist arasında QALMAQAL .....                     Keçmiş əri tərəfindən döyülən Naibə Allahverdiyeva özünü narahat hiss edir... .....                     Qərbi Azərbaycana qayıdışımız mümkündür .....                     “İrəvan bununla özünü Avropaya bəyəndirmək niyyətindədir” .....                     Təhsil ekspertlərindən Məleykə Abbaszadəyə CAVAB .....                     Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... .....                     Mədəniyyət Nazirliyi poeziya tədbirini tikinti şirkətinə verib .....                     Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR .....                     Bakı İrəvana sülhün ünvanını göstərdi .....                     Bizimkilərin susqunluğu, onların iftiraları davam edir .....                     Xalq artistlərinin övladları niyə fərsiz çıxır? .....                     Nazirlik 14 ədəd “Hyundai” alır .....                     İran-ABŞ danışıqlarının beşinci raundu başlayıb .....                     Xankəndidə dövlət işçiləri 2025, özəl şirkətdə işləyənlər 543 manat maaş alırlar .....                     Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası .....                     İmişlinin İNQİLABÇI AĞSAQQALI icra başçısının da `BAŞINI YEYİR` .....                     İşçilərin ezamiyyə hüquqları... .....                     Xadimə işinə düzəlmək 2 min, kitabxanaçı 1500 .....                     Hövsan stomatoloqlarından Prezidentə müraciət .....                     Aİ-92 və dizelin bahalaşması ilə bağlı MÜHÜM AÇIQLAMA .....                     Şahin Əliyev yeni vəzifəyə təyin olundu .....                     Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı saxlanıldı .....                     Qazaxstandan rusların vurduğu təyyarəmizlə bağlı SON AÇIQLAMA .....                     Bir vəkilin fəaliyyəti dayandırılıb, beşinə töhmət verilib .....                     Məcnun Məmmədov koronavirusdan sağalıb .....                     “AzRe Təkrarsığorta”nın İdarə Heyətindən ayrıldı .....                 

Kremlin Ermənistanla bağlı planlarının anonsu nə vəd edir? - AKTUAL
Tarix: Bu gün, 10:00 | Çap et

“Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına fəal dəstək verməkdə davam edir”. “Yeni Müsavat” bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla geniş tərkibdə görüşü zamanı deyib.

S.Lavrov vurğulayıb ki, Moskva sülhün bərqərar olmasında və ikitərəfli münasibətlərin tam normallaşdırılmasında səmimi maraqlıdır. Onun sözlərinə görə, bu prosesin möhkəm təməli 2020 və 2022-ci illərdə Rusiya və Azərbaycan prezidentləri ilə Ermənistanın baş naziri arasında imzalanmış üçtərəfli sazişlərdir. “Biz Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni üzrə razılaşmanı alqışlayırıq və sənədin yekun imzalanması üçün qalan məsələlərin həllini dəstəkləməyə hazırıq”, - Rusiya XİN başçısı qeyd edib. O vurğulayıb ki, İrəvan həm nəqliyyat və iqtisadi marşrutların açılmasında, həm də sərhəd və humanitar məsələlərin həllində Moskvanın dəstəyinə tam arxalana bilər. “Biz təhlükəsizlik sahəsini alyansımızın ən mühüm ölçülərindən biri hesab etməyə davam edirik. Ermənistanın müdafiəsi, suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əlimizdən gələni etməyə hazırıq”, - rusiyalı nazir bildirib.

Lavrov brifinqdə erməni jurnalistin Ermənistanda “Ukrayna ssenarisi”nin təkrarlanmasının mümkünlüyü ilə bağlı sualını cavablandırarkən deyib ki, Ermənistanın “ukraynalaşması” üçün heç bir səbəb görmür. Rusiya xarici işlər nazirinin sözlərinə görə, Ermənistan Rusiyanın dostu və müttəfiqi olaraq qalır. Rusiya XİN rəhbəri Qafan (Qərbi Zəngəzur) şəhərində Rusiya konsulluğunun açılması üçün hazırlıq işləri aparıldığını deyib.

Maraqlıdır ki, mayın 21-də İrəvanda Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında Avropa Partiyasının təşəbbüsü ilə etiraz aksiyası keçirilib. Etirazçılar Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səfərinə və qəbuluna etiraz edirlər. Etirazçılar əllərində Ermənistan və Avropa İttifaqının bayraqları, habelə Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun təsvirləri olan, üzərində “Qatillər” sözləri yazılmış plakatlar tutublar. Ermənistan Avropa Partiyası 2018-ci il noyabrın 6-da İrəvanda təsis qurultayı keçirib. Tiqran Xzmalyan partiyanın sədri seçilib. Partiya hazırda parlamentdə təmsil olunmur. Tiqran Xzmalyan təsdiq edib ki, partiya bundan sonra da müxalifət kimi fəaliyyət göstərəcək və hökuməti Avropa İttifaqına üzv olmağa cəlb etmək üçün fəaliyyətini davam etdirəcək. Partiya Ermənistanın Avropaya inteqrasiyasını dəstəkləyir. Partiya Ermənistanın Avrasiya İttifaqına hazırkı üzvlüyünə qarşıdır və Ermənistanın Aİ ilə dərin ticarət zonasına daxil olmasını dəstəkləyir.

“İrəvanda Rusiya Prezidenti Vladimir Putini təhqir edən plakatın görünməsi ilə bağlı təxribatın arxasında "Qərb izi" var". Bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O, Ermənistandakı ABŞ səfirliyi əməkdaşlarının bu işdə əllərinin olmasını da istisna etməyib.

Ermənistanın baş naziri Nikol Paşinyan Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumata görə, Paşinyan Ermənistanla Rusiya Federasiyası arasında münasibətlərin hazırkı vəziyyətini şərh edib. Lavrov qəbula görə minnətdarlığını bildirib və Rusiyanın Ermənistanla münasibətləri inkişaf etdirməyə hazır olduğunu vurğulayıb. Həmsöhbətlər Ermənistan-Rusiya ikitərəfli gündəliyi, Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Heç şübhəsiz ki, qapalı müzakirələr Ermənistan üçün asan keçməyib. Hər halda, Lavrovun 7 rayonun işğal olunmasında Rusiya silahlarından istifadəni Ermənistanın başına qaxması sıradan məsələ deyildi və ermənilərin Lavrova qarşı şantajına cavab məqsədi daşıyır. Eyni zamanda Lavrov Kremlin xəbərdarlığını Paşinyan hakimiyyətinə gətirib. Ermənilərin rəsmi və qeyri-rəsmi səviyyədə qandaşları olan Lavrovu “qamçı və kojik”lə qarşılaması da maraqlı situasiya yaradır.

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında S.Lavrovun İrəvan səfəri ilə bağlı maraqlı məqamlara toxundu. Millət vəkili bildirdi ki, Ermənistanda seçkilərin vaxtı yaxınlaşdıqca Rusiya regional və Ermənistanla bağlı siyasi maraqlarını daha qabarıq şəkildə ortaya qoyur: “Hətta Rusiya Prezident Administrasiyasının rəhbərinin müavini Sergey Kiriyenko səviyyəsində kurator da ayrılıb. Elə buna görə də Lavrovun səfəri və orada verdiyi açıqlamalar əslində bir neçə mühüm geosiyasi və diplomatik mesajı özündə birləşdirir. Təzyiq və təşviq vasitələri artıq işə salınıb. Məqsəd Ermənistanı nüfuz dairəsində saxlamaqdır. Lavrovun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına verdiyi mesaj Moskvanın proseslərə nəzarəti itirməmək istədiyini göstərir, çünki ABŞ və Avropa bu proseslərdə daha aktiv olduqları üçün onları qabaqlamaq lazımdır, buna görə də canfəşanlıq ən yüksək səviyyədə aparılır. Müxtəlif vaxtlarda verilən bəyanatlara istinad etmək də elə bununla bağlıdır. Ermənistana ciddi bir təsir göstərməklə Qərbin sülh layihəsini pozmağa çalışırlar”.

A.Nağıyev digər məqamlara da diqqət çəkdi: “KTMT ilə bağlı da Lavrovun əsas məqsədi Ermənistanın son vaxtlar Qərblə hərbi əməkdaşlığının artmasına cavab olaraq Moskvanın xəbərdarlığıdır. Təbii ki, burada Ermənistan ərazisində dislokasiya olunan 102 saylı hərbi bazanın, eyni zamanda hələ də Ermənistan sərhədlərini qoruyan rus sərhədçilərin fəaliyyətindən söhbət gedir. Bir incə məqam kimi Lavrov xəbərdarlıq edir ki, hərbi kontingent bu ərazidə ciddi nəzarətə malikdir. Lavrovun digər bir çatdırması da təbii ki, Zəngəzur dəhlizinin açılması və onun əhəmiyyəti ilə bağlıdır, bu məqsədlə Qafan şəhərində konsulluğun açılmasına çalışılır”. Komitə sədri qeyd etdi ki, bu, həm də Azərbaycana bir mesajdır: “Lavrovun səfəri zamanı baş verən etiraz aksiyaları birmənalı şəkildə hakimiyyətin razılığı olmadan baş verə bilməzdi və bu da Rusiyaya qarşı cəmiyyətin bir hissəsində narazılıqların olduğunu göstərmək üçündür. Elə Mariya Zaxarovanın "təxribatın arxasında Qərb izi var" deməsi də bununla bağlıdır. Səfərin nəticələri belə düşünməyə əzmin yaradır ki, Rusiya Ermənistandan gedən deyil və hər addımda da başa salmağa çalışır ki, sərhədlər, daxili və xarici təhlükəsizliyinizin təmin edilməsi, Qərbə meylliyin sonunun Ukrayna ssenarisi ilə nəticələnə biləcəyi Rusiyadan asılıdır və Paşinyan bundan ciddi nəticə çıxarmalıdır. Məlumdur ki, Rusiyanın da vəziyyəti ürəkaçan deyil və hətta kritikdir. Belə bir məqamda Ermənistanı itirmək ölümə bərabər bir məsələdir, Türkiyə-Ermənistan sərhədi NATO-Rusiya sərhədidir. Ona görə də Moskva siyasi, diplomatik və təhlükəsizlik vasitələri ilə seçkilər də daxil olmaqla “yumşaq güc”, silah vasitəsilə təhdid metodlarından istifadə edir. Əsas problem də ondan ibarətdir ki, Ermənistanın heç bir vaxt müstəqil daxili və xarici siyasəti olmayıb..."

Ermənistan XİN rəhbəri, baş naziri və prezidenti ilə görüşdən sonra Lavrov Moskvaya hansı cavabları apardı, əsas məsələ budur. Ararat Mirzoyanın “Ermənistan Avropa İttifaqına üzv olmağa hazırlaşmır” deməsi də maraqlı məqamdır. Amma ermənilər çox hallarda dediklərinin əksini edirlər. Gözləyək...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi - DİQQƏT!
Bu gün, 17:57
Rusiyanın Cənubi Qafqaz siyasəti... - bundan sonra NƏ OLACAQ?
Bu gün, 17:56
“Təhsil sisteminin idarə olunmasında inzibati-amirlik prinsipləri aradan qaldırılmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 17:51
Tramp düyməni basdı – Yeni qərarın hədəfində Azərbaycan da var
Bu gün, 17:44
Macarıstan Ermənistana 20 milyonluq hərbi yardımın qarşısını belə alıb - Komitə sədri açıqladı
Bu gün, 17:42
“Sea Breeze”ə yaxın şirkət yaradılıb
Bu gün, 17:39
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub
Bu gün, 17:36
Çingiz Abdullayevin müsahibəsi REZONANS DOĞURDU - “Kimisə saxlatdırması doğru deyil”
Bu gün, 17:33
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı - TƏFƏRRÜAT
Bu gün, 17:27
“Bakcell” süni intellekt təlimi təşkil etdi
Bu gün, 17:20
Bakı polisi Əfqanıstan vətəndaşını axtarır
Bu gün, 17:15
"Vasif Məhərrəmli yalan danışır"
Bu gün, 17:14
"Röya Ayxanın aldığı mükafatın Kann Festivalına dəxli yoxdur" - Ayaz Salayev
Bu gün, 17:07
Ölkədən çıxışına "stop" qoyulan keçmiş nazirin işi ilə bağlı yeni məlumat - Borc daha çoxdu
Bu gün, 17:01
TƏBİB sədri ilə jurnalist arasında QALMAQAL – Xaçmazdakı olayın TƏFƏRÜATI
Bu gün, 16:52
Keçmiş əri tərəfindən döyülən Naibə Allahverdiyeva özünü narahat hiss edir... - "...halım yoxdur, xəstəyəm"
Bu gün, 16:48
Qərbi Azərbaycana qayıdışımız mümkündür - ÇÜNKİ...
Bu gün, 16:45
“İrəvan bununla özünü Avropaya bəyəndirmək niyyətindədir” - FAKT BUDUR!
Bu gün, 16:43
Təhsil ekspertlərindən Məleykə Abbaszadəyə CAVAB - TƏFƏRRÜAT
Bu gün, 16:38
Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
Bu gün, 16:31
Mədəniyyət Nazirliyi poeziya tədbirini tikinti şirkətinə verib - AY BƏRƏKALLAH...
Bu gün, 16:25
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Bu gün, 16:21
Bakı İrəvana sülhün ünvanını göstərdi - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:18
Bizimkilərin susqunluğu, onların iftiraları davam edir - AKTUAL
Bu gün, 16:15
Xalq artistlərinin övladları niyə fərsiz çıxır? - “Bu işdə maraqlı olan mafiya var”
Bu gün, 16:10
Nazirlik 14 ədəd “Hyundai” alır – 880 min manata
Bu gün, 16:06
İran-ABŞ danışıqlarının beşinci raundu başlayıb
Bu gün, 16:05
Xankəndidə dövlət işçiləri 2025, özəl şirkətdə işləyənlər 543 manat maaş alırlar – RƏSMİ AÇIQLAMA
Bu gün, 15:32
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - NƏ ETMƏLİ?
Bu gün, 15:29
İmişlinin İNQİLABÇI AĞSAQQALI icra başçısının da `BAŞINI YEYİR` - MÜTLƏQDİR!
Bu gün, 15:24
İşçilərin ezamiyyə hüquqları... - Ekspert danışır...
Bu gün, 15:08
Xadimə işinə düzəlmək 2 min, kitabxanaçı 1500 - Sabiq məmurun cinayət işi
Bu gün, 15:03
Hövsan stomatoloqlarından Prezidentə müraciət - "TƏBİB bizdən..."
Bu gün, 15:00
Aİ-92 və dizelin bahalaşması ilə bağlı MÜHÜM AÇIQLAMA – “Yaxın vaxtlarda...”
Bu gün, 14:55
Şahin Əliyev yeni vəzifəyə təyin olundu - ƏMR
Bu gün, 14:52
Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 14:51
Qazaxstandan rusların vurduğu təyyarəmizlə bağlı SON AÇIQLAMA - "TƏDQİQ OLUNUR..."
Bu gün, 13:04
Bir vəkilin fəaliyyəti dayandırılıb, beşinə töhmət verilib
Bu gün, 13:03
Məcnun Məmmədov koronavirusdan sağalıb - Elə dünən...
Bu gün, 12:58
“AzRe Təkrarsığorta”nın İdarə Heyətindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 12:49
Bakıda şagird dərs zamanı canlı yayım açdı - Müəllim reaksiya vermədi
Bu gün, 12:39
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:33
Erməni məkri: İrəvan yenidən KTMT-də aktiv fəaliyyətə qayıdacaq? - ŞƏRH
Bu gün, 12:31
“Hava limanında başımıza oyun açdılar, qavalımı aldılar...” -Alim Qasımov
Bu gün, 11:28
“Qadınların avtobus sürücüsü kimi çalışmalarını alqışlayıram” - Tahir Kərimli
Bu gün, 11:24
Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə karyera festivalı keçirilib - FOTO
Bu gün, 11:09
“Türkmənistanın təşkilata üzv olmaması anlaşılmazdır” - ŞƏRH
Bu gün, 11:02
Birliyə xidmət edən Zirvə: - Budapeştdə bir çox suallara aydınlıq gətirildi
Bu gün, 11:00
FHN şefinə aid şirkət KİÇİLƏ-KİÇİLƏ GEDİR – Barəsində cinayət işi də var...
Bu gün, 10:56
"Tibb Universitetinin məzunları əvvəlcə müəllimlərini müalicə etsinlər" - ETİRAZ
Bu gün, 10:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru