Azərbaycanda iş adamı Emin Ağalarovun Bilgəhdəki “Sea Breeze” layihəsi ilə əlaqəli daha bir şirkət təsis edilib.
Banker.az xəbər verir ki, Dövlət Vergi Xidməti “Sea Breeze Catering” MMC-nin dövlət qeydiyyatına alıb.
Şirkət Bakı şəhəri Sabunçu rayonu, Nardaran ştq, Nardaran-Ləhiş yolu, ev 300 metrliyi, 32X ünvanında qeydiyyatdan keçib.
Nizamnamə kapitalı 100 manatdır. Şirkətin direktoru Ruslan Abdullayevdir.