Mərkəzi Bankın 37, FED-in 6 mərtəbəli binası: Tikintilərinə nə qədər xərc çəkilib? .....                     Tehranın Zəngəzur "oyunu": Səfir kimin “ağzı” ilə danışır? .....                     "Türkiyə və Türk milləti üçün Ərdoğanın varlığı əvəzolunmazdır" .....                     “Keçmiş həyat yoldaşım məni dəfələrlə bıçaqla vurub” .....                     "Bir tərəfi erməni olan şəxs evimi əlimdən alıb" .....                     İlqar İsmayılov həbsdə qaldı .....                     Rusiya SSRİ-nin “erməni layihəsi”ni yenidən dirçəldir: .....                     İcra başçısı özünə yeni müavin təyin etdi .....                     Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi .....                     Rusiyanın Cənubi Qafqaz siyasəti... .....                     “Təhsil sisteminin idarə olunmasında inzibati-amirlik prinsipləri aradan qaldırılmalıdır” .....                     Tramp düyməni basdı .....                     Macarıstan Ermənistana 20 milyonluq hərbi yardımın qarşısını belə alıb .....                     “Sea Breeze”ə yaxın şirkət yaradılıb .....                     Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub .....                     Çingiz Abdullayevin müsahibəsi REZONANS DOĞURDU .....                     "Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı .....                     “Bakcell” süni intellekt təlimi təşkil etdi .....                     Bakı polisi Əfqanıstan vətəndaşını axtarır .....                     "Vasif Məhərrəmli yalan danışır" .....                     "Röya Ayxanın aldığı mükafatın Kann Festivalına dəxli yoxdur" .....                     Ölkədən çıxışına "stop" qoyulan keçmiş nazirin işi ilə bağlı yeni məlumat .....                     TƏBİB sədri ilə jurnalist arasında QALMAQAL .....                     Keçmiş əri tərəfindən döyülən Naibə Allahverdiyeva özünü narahat hiss edir... .....                     Qərbi Azərbaycana qayıdışımız mümkündür .....                     “İrəvan bununla özünü Avropaya bəyəndirmək niyyətindədir” .....                     Təhsil ekspertlərindən Məleykə Abbaszadəyə CAVAB .....                     Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... .....                     Mədəniyyət Nazirliyi poeziya tədbirini tikinti şirkətinə verib .....                     Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR .....                     Bakı İrəvana sülhün ünvanını göstərdi .....                     Bizimkilərin susqunluğu, onların iftiraları davam edir .....                     Xalq artistlərinin övladları niyə fərsiz çıxır? .....                     Nazirlik 14 ədəd “Hyundai” alır .....                     İran-ABŞ danışıqlarının beşinci raundu başlayıb .....                     Xankəndidə dövlət işçiləri 2025, özəl şirkətdə işləyənlər 543 manat maaş alırlar .....                     Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası .....                     İmişlinin İNQİLABÇI AĞSAQQALI icra başçısının da `BAŞINI YEYİR` .....                     İşçilərin ezamiyyə hüquqları... .....                     Xadimə işinə düzəlmək 2 min, kitabxanaçı 1500 .....                 

"Bir tərəfi erməni olan şəxs evimi əlimdən alıb" - İTTİHAM DOLU NARAZILIQ
Tarix: Bu gün, 00:41 | Çap et

Laçın şəhər sakini, hazırda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Q massivi, ev 2, mənzil 16 ünvanında yaşayan Abışova Solmaz Yusifəli qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edir:

"Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Allah sizlərdən razı olsun, hər bir problemimizə, dərdimizə can yandırmısınız...

Bildirim ki, Laçın şəhərində, Bayraq Meydanının yaxınlığında 2 mərtəbəli, pilləkənləri evin içərisindən olan gözəl bir bağ evimiz olub. Məlum səbəblərdən biz də öz doğma yurdumuzdan qaçqın düşmüşdük. Torpaqlarımız alınanda hər bir azərbaycanlı kimi, bizim evdə də bayram oldu. İllər sonra elimizə-obamıza qayıtmağın həyacanı bizlərə qürür hissini yaşatdı.

Bir müddət sonra qohumlarımız bizdən qabaq elimizi-obamızı ziyarətə getdilər. Oradan zəng vurub bildirdilər ki, sizin eviniz sökülüb, eyni materiallarla başqa bir yerdən ev tikilib.

Bizim evimizin ətrafı qaynanamən və digər qohumların evi ilə əhatə olunmuşdu. Biz ordan çıxmamışdan qabaq evi demək olar ki, yeni tikmişdik. Qohum-qonşularla da sıx əlaqəmiz olub.

Ermənilər həmin evi sökərək, biraz qabaqdan, eyni materialla sökdükləri kimi ev tikiblər. Qaynanamın və qonşularımın evləri isə tamamilə dağıdılıb, yerində futbol meydançası inşa edilib.

Təsəvvür edin, evimdə olan əşyalar belə hələ durur.

Nəslimizin 5 şəhidi var. Mən heç vaxt bundan istifadə edib nələrsə etməmişəm, etmərəm də. Amma təəssüflə qeyd edirəm ki, bir tərəfi erməni olan şəxs mənim evimə köçərək evimi əlimdən alıb. Görün, bizə təkrar hadisələri necə yaşadırlar. Ermənilərdən az çəkmiş kimi, bir də öz xalqımın nümayəndəsi onun olmayana sahib çıxır.

2023-cü ilin may ayında AzTV kanalından Laçınlı ailə kimi bizə təklif gəldi ki, sizi Laçına aparırıq, orda çəkiliş olacaq. Yoldaşımın ağrıyan vaxtları idi. Bu, mənim üçün əsl fürsət oldu. Yoldaşımı doğma yurduna aparacaqdım, rəhmətə getməmiş oraları bir daha dünya gözü ilə görəcəkdi.

Getdik, çəkiliş oldu. Evimizi, torpağımızı gördük, göz yaşlarımızı saxlaya bilmədik. Bu, biz laçınlılar üçün qürür idi. Yenidən o müqəddəs torpaqlara ayaq basırdıq. Oradakı şəhid məzarlarını da ziyarət etdik.

Hazırda bizim evi şəhid ailəsi olan Mehdiyev Nicat Yasin oğlu mənimsəyib. Özləri ilə danışıb həll etməyə çalışmışıq, lakin onları müdafiə edən yüksək vəzifəli məmurlar olduğundan, əlimizdən heç nə gəlmədi. Bu günə kimi döymədiyimiz qapı qalmayıb.

Mehdiyev Nicat Yasin oğlunun ulu babasının Laçında kinoteatrın yaxınlığında evi olub. İndi isə öz evlərinə yox, bizim evə köçüblər. Hətta onu da qeyd edim ki, dövlət tərəfindən onlara Qobu qəsəbəsində də ev verilib.

Evi mənimsəmələri bir yana, köç başlayandan sonra evin hasarlarını Çin səddi kimi çəkərək, digər sakinlərin həyətlərinə girişinə mane yaradırlar. Evin arxa tərəfi, yəni bizim köhnə evin yeri və qaynanamgilin həyətinə giriş yolu bağlanmışdır. Bu səd yalnız bizim həyətlərə girişi yox, bizdən başqa 5 qonşunun evinə girişi də məhdudlaşdırmışdır.

Şikayətimlə bağlı Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Əhməd oğlu Məmmədovun qəbulunda oldum. Bildirdim ki, Məsim müəllim, ermənilər evimin yerini dəyişərək, mənim materiallarımla biraz yuxarıda həmin evi inşa ediblər. Hazırda isə sənədləri mənim adıma olan evimdə başqaları yaşayır. Bunu da qoydum bir qırağa, indi də böyük bir səd çəkərək, mənim və 5 qonşumun həyətinə girişimizi məhdudlaşdırıblar.

Məsim müəllim dərhal həmin yerə baxış keçirərək, çəkilmiş səddi sökdürdü. Hətta bildirdi ki, ev də sökülməlidir. 

Mehdiyev Nicatın özü hazırda Yaşıllaşdırma İdarəsində işləyir. Mehdiyev Nicatın ulu babası Laçında yaşayıb, özü və yaxud da atası yox. O, “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Binnət Qasımovun sayəsində "at oynadır", heç bir qanuna baş əymir.

Hasarın sökülməsini eşitdiyimizdə həm, öz adımızdan, həm də qonşular adından təşəkkür edib, Bakıya qayıtdıq. Çünki torpaqda ev yoxdur, bizə aid ev mənimsənildiyindən, yaşamağa yerimiz yoxdur. Bu səbəbdən də dövlət tərəfindən həmin yerdə ev tikilənə kimi Bakıya qayıtdıq. 

Tam əminliklə onu da deyim ki, Mehdiyev Nicatın babasının ermənilərlə qohumluğu olub. Bunu hələ biz orda yaşayan vaxtdan bilirdik. Çünki onlar erməni dilində danışırdılar. Görusdan olan erməni qohumları var idi. Bir tərəfləri erməni olan insanları hazırda Binnət müəllim müdafiə edir. Müdafiə etməsi bir yana, 5 nəfərin evini əlindən alırlar. Həmin ərazidə ev tikilməsinə icazə vermirlər. Çünki Nicat bəy oraları mənimsəyib. Ən gözəl, ən bahalı yerdir.

Bir müddət keçəndən sonra isə yenidən qonşular dedilər ki, "Çin səddi" yenidən tikilir, video çəkildi, göndərildi bizə. Yenidən Mənsim müəllimə müraciət etdik, bildirdi ki, ola bilməz, icazəsiz belə bir addımı atmazlar, orada tək sizin yox, başqa insanların da evləri olacaq.

Getdik və öz gözümüzlə gördük ki, bəli, bu dəfə daha qalın bir hasar çəkilir. Bizə isə başqasının həyətindən yol vermək istəyirlər. Məhlə sahibi də haqlı olaraq narazıdır. Qanunla sökülən hasar sonradan qanunsuz olaraq tikilib və Binnət müəllim də sökülməməsi üçün əllərindən gələni edir. Həmin evin əhatəsinə qala kimi hasarlarla tikiblər. Ora işlədilən daşlarla bir ev tikib başa gətirmək olardı. Bunu video görüntülərdən də görəcəksiniz. Həmin şəxsin özü də dəfələrlə deyir ki, əlinizdən gələni edin, heç nəyə nail ola bilməyəcəksiniz.

"Qaçqınkom"dan da öyrənmişəm, ev erməni tərəfindən tikilən ev kimi təsdiq edilməyib. Erməni tikən evi Binnət müəllimin əli ilə sənədləşdiriblər. Binnət müəllim isə deyir ki, evi sökə bilmərik. Deyirəm bəs necə olur, onun hasarı 5 ailəni evsiz qoyur?! Binnət müəllim isə bu olanlara göz yumur.

Biz son 30 ildə çəkdiyimizi çəkmişik, rəsmi qurumlardan xahiş edirik ki, bundan sonra bizə vətən həsrəti, ev həsrəti çəkdirməsinlər. 















 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mərkəzi Bankın 37, FED-in 6 mərtəbəli binası: Tikintilərinə nə qədər xərc çəkilib? - BU NƏDİ BELƏ?
Bu gün, 01:08
Tehranın Zəngəzur "oyunu": Səfir kimin “ağzı” ilə danışır? - AKTUAL
Bu gün, 00:55
"Türkiyə və Türk milləti üçün Ərdoğanın varlığı əvəzolunmazdır" - Dövlət Baxçalı
Bu gün, 00:52
“Keçmiş həyat yoldaşım məni dəfələrlə bıçaqla vurub”
Bu gün, 00:47
"Bir tərəfi erməni olan şəxs evimi əlimdən alıb" - İTTİHAM DOLU NARAZILIQ
Bu gün, 00:41
İlqar İsmayılov həbsdə qaldı
Dünən, 18:07
Rusiya SSRİ-nin “erməni layihəsi”ni yenidən dirçəldir: - Kremldən İrəvana sensasion “xaos təlimatı” verilib
Dünən, 18:06
İcra başçısı özünə yeni müavin təyin etdi - ƏMR
Dünən, 18:02
Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi - DİQQƏT!
Dünən, 17:57
Rusiyanın Cənubi Qafqaz siyasəti... - bundan sonra NƏ OLACAQ?
Dünən, 17:56
“Təhsil sisteminin idarə olunmasında inzibati-amirlik prinsipləri aradan qaldırılmalıdır” - ÇAĞIRIŞ
Dünən, 17:51
Tramp düyməni basdı – Yeni qərarın hədəfində Azərbaycan da var
Dünən, 17:44
Macarıstan Ermənistana 20 milyonluq hərbi yardımın qarşısını belə alıb - Komitə sədri açıqladı
Dünən, 17:42
“Sea Breeze”ə yaxın şirkət yaradılıb
Dünən, 17:39
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub
Dünən, 17:36
Çingiz Abdullayevin müsahibəsi REZONANS DOĞURDU - “Kimisə saxlatdırması doğru deyil”
Dünən, 17:33
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı - TƏFƏRRÜAT
Dünən, 17:27
“Bakcell” süni intellekt təlimi təşkil etdi
Dünən, 17:20
Bakı polisi Əfqanıstan vətəndaşını axtarır
Dünən, 17:15
"Vasif Məhərrəmli yalan danışır"
Dünən, 17:14
"Röya Ayxanın aldığı mükafatın Kann Festivalına dəxli yoxdur" - Ayaz Salayev
Dünən, 17:07
Ölkədən çıxışına "stop" qoyulan keçmiş nazirin işi ilə bağlı yeni məlumat - Borc daha çoxdu
Dünən, 17:01
TƏBİB sədri ilə jurnalist arasında QALMAQAL – Xaçmazdakı olayın TƏFƏRÜATI
Dünən, 16:52
Keçmiş əri tərəfindən döyülən Naibə Allahverdiyeva özünü narahat hiss edir... - "...halım yoxdur, xəstəyəm"
Dünən, 16:48
Qərbi Azərbaycana qayıdışımız mümkündür - ÇÜNKİ...
Dünən, 16:45
“İrəvan bununla özünü Avropaya bəyəndirmək niyyətindədir” - FAKT BUDUR!
Dünən, 16:43
Təhsil ekspertlərindən Məleykə Abbaszadəyə CAVAB - TƏFƏRRÜAT
Dünən, 16:38
Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
Dünən, 16:31
Mədəniyyət Nazirliyi poeziya tədbirini tikinti şirkətinə verib - AY BƏRƏKALLAH...
Dünən, 16:25
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Dünən, 16:21
Bakı İrəvana sülhün ünvanını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:18
Bizimkilərin susqunluğu, onların iftiraları davam edir - AKTUAL
Dünən, 16:15
Xalq artistlərinin övladları niyə fərsiz çıxır? - “Bu işdə maraqlı olan mafiya var”
Dünən, 16:10
Nazirlik 14 ədəd “Hyundai” alır – 880 min manata
Dünən, 16:06
İran-ABŞ danışıqlarının beşinci raundu başlayıb
Dünən, 16:05
Xankəndidə dövlət işçiləri 2025, özəl şirkətdə işləyənlər 543 manat maaş alırlar – RƏSMİ AÇIQLAMA
Dünən, 15:32
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - NƏ ETMƏLİ?
Dünən, 15:29
İmişlinin İNQİLABÇI AĞSAQQALI icra başçısının da `BAŞINI YEYİR` - MÜTLƏQDİR!
Dünən, 15:24
İşçilərin ezamiyyə hüquqları... - Ekspert danışır...
Dünən, 15:08
Xadimə işinə düzəlmək 2 min, kitabxanaçı 1500 - Sabiq məmurun cinayət işi
Dünən, 15:03
Hövsan stomatoloqlarından Prezidentə müraciət - "TƏBİB bizdən..."
Dünən, 15:00
Aİ-92 və dizelin bahalaşması ilə bağlı MÜHÜM AÇIQLAMA – “Yaxın vaxtlarda...”
Dünən, 14:55
Şahin Əliyev yeni vəzifəyə təyin olundu - ƏMR
Dünən, 14:52
Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 14:51
Qazaxstandan rusların vurduğu təyyarəmizlə bağlı SON AÇIQLAMA - "TƏDQİQ OLUNUR..."
Dünən, 13:04
Bir vəkilin fəaliyyəti dayandırılıb, beşinə töhmət verilib
Dünən, 13:03
Məcnun Məmmədov koronavirusdan sağalıb - Elə dünən...
Dünən, 12:58
“AzRe Təkrarsığorta”nın İdarə Heyətindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 12:49
Bakıda şagird dərs zamanı canlı yayım açdı - Müəllim reaksiya vermədi
Dünən, 12:39
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru