Samir Şərifovun Qaradağdakı adamından prezidentə şok şikayət - Nazirin müdaxiləsi zəruridir...
Tarix: 19-03-2015, 14:58 | Çap et
Bakı şəh., Nizami r-nu, Məhsəti küç., ev 22, mən. 28-də yaşayan Xəlilov Xudaverdi İsmayıl oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycanın Birinci xanımı, Heydər Əliyev fondunun prezidenti, Millət vəkili Mehriban xanım Əliyevaya, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri cənab M. Nəbiyevə açıq məktub ünvanlayıb.
GUNDEMİNFO.AZ olaraq həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq.
Hörmətli cənab Prezidenti İlham Əliyev, hörmətli Azərbaycanın Birinci xanımı Mehriban xanım!
Bildirirəm ki, kasıb təbəqənin canı və qanı bahasına müstəqilliyini əldə etmiş, dünyəvi, demokratik hüquqi müstəqil respublikanın, hüquq mühafizə orqanlarında, bəzi məmurlar tərəfindən vətəndaşa qarşı zülm haqsızlıq və özbaşınalıq edilir, bu baxımdan onların hüquqları pozulur, haqları yeyilir, azadlığı əlindən alınır, vətəndaşın əmlakını dələduzluqla ələ keçirən məmura bu orqanlarda himayədarlıq edilir, cinayət əməli törətmiş hər hansı məmurdan verilən şikayət, digər məmur tərəfindən müdafiə olunur və nəticədə qanunlar bu orqanlarda maddi marağa, vəzifə, masa, paqon dostluğuna qurban verilir.
Ona görə də bu gün cəmiyyət ölkədə iki təbəqəyə, varlılar və kasıblar təbəqəsinə bölünüb.
Birinci təbəqənin adamları gündəlik həyatında milyonları qəpik-quruş sayan, bəzi məmurların ailə uşaqlarına onların qohum-qardaşı və dost-tanışlarıdır. Bu təbəqənin adamları üçün, cinayət deyilən məvhum yoxdur. Çünki, bu adamlara görə ölkədə törətdikləri hər hansı cinayətə görə onlar üçün nə qanun var nədə cəza.
İkinci təbəqənin sakinləri isə sadə zümrənin kasıb adamlarıdır.
O, adamlar ki, onlar bu gün müstəqil respublikanın dövlət idarələrində, bəzi məmurlar tərəfindən adam yerinə qoyulmur, hər addımda hüquqları pozulur, haqlarında edilən məmur haqsızlığı, məmur özbaşınalığı üzündən, onların dövlət idarələri qarşısında ərşə qalxan nə ah vaylarını eşidən tapılır nə də şikayətlərinə qulaq asan. Bildirirəm ki, “Tac Holdinq” şirkətinə məxsus pivə bişirmə zavodunda ağır şəkər xəstəsi olan oğlum N.Xəlilovun ailəsinə məxsus 50% 700000 manat dəyərində əmlak payı, həmin zavodda 06.08.2007-ci ildən bu günə kimi gizli biznes fəaliyyəti ilə məşğul olan, ailəvi dostumuz, Qaradağ rayon Maliyyə şöbəsinin rəisi Mirzə Mirzəyevin iştirakı, məsləhəti və təşkilatçılığı ilə, dostu Cəlal Qocayevin adı altında 30.12.2012-ci il tarixli alqı-satqı müqaviləsindən sonra, müxtəlif fırıldaq işlədilməklə Mirzə Mirzəyevin əlinə keçmişdir. Ancaq nədənsə alqı-satqı zamanı Azadlıq prospektində yerləşən 51 saylı notariat kontorunun rəisi, məmur Mirzə Mirzəyevin dostu, notarius Üzeyir Kərimov tərəfindən bu məbləğ alqı-satqı müqaviləsində 325.000 manat göstərişmişdir.Onuda nəzərinizə çatdırıram ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən, 51 saylı notariat kontorunun müdiri, Üzeyir Kərimov alqı-satqı müqaviləsini təsdiq edərkən, vəzifəsindən son dərəcə istifadə etmiş, bu işdə Qaradağ rayon Maliyyə şöbəsinin rəisi, dostu Mirzə Mirzəyevin məkirli niyyətinin həyata keçirilməsi mövqeyində dayanmış, müqavilədə göstərilən 325.000 manat pulu bankda oturtmamış, alqı-satqı zamanı, alıcı-satıcını, satıcı-alıcını, Mirzə Mirzəyevin məsləhəti ilə görmədən, tərəflər heç bir narazılıq etmədən pullarını aldılar deyə Üzeyir Kərimov tərəfindən alqı-satqı müqaviləsi təsdiq edilmişdir.
Alqı-satqı müqaviləsindən sonra oğlum N. Xəlilov ailəsinə məxsus pulu almaq üçün, etibar edib inandığı, uşaqlıq və ailəvi dostu Mirzə Mirzəyevə bir neçə dəfə müraciət etmişdir. Mirzə Mirzəyev isə ona bu gün gəl, sabah gəl deyərək nə az nə çox 01.01.2013-cü ildən 03.05.2014-cü il tarixə kimi, yəni 1 il 3 ay süründürmüş və verdiyi vəd üzrə ödəyəcəyi satış pulunu sonda o, yox, onun dostu Cəlal Qocayev tərəfindən ödəniləcəyini bildirmişdir. Nəhayət ki, oğlum N. Xəlilov sonda ailəvi dostu məmur Mirzə Mirzəyev tərəfindən aldadıldığını başa düşmüş, o, ailəvi dostluğuna xələl gətirməmək üçün, bu barədə hüquq-mühafizə orqanlarına şikayət verməmiş, ancaq o, bu 1 il 3 ay ərzində həm Mirzə Mirzəyevə və həmdə Cəlal Qocayevə 300-dən artıq SMS (mesaj) göndərərək onlardan ailəsinə çatası küllü miqdarda satış pulunu tələb etmişdir. Sonda pulunu Mirzə Mirzəyev və onun dostu Cəlal Qocayevdən ala bilməyən oğlum N. Xəlilov, məcburiyyət qarşısında qalaraq məmur Mirzə Mirzəyevin hərəkətindən ölkə Prezidentinə, Baş Prokurora və Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət etmişdir. Bundan sonra Mirzə Mirzəyev haqqında verilən şikayətdən təşfişə düşmüş və oğlum N. Xəlilovun gələcəkdə davam etdirəcək şikayətlərin qarşısını almaq üçün, o, oğluma qarşı həbs etdirdiyi keçmiş dostu İsmət Məmmədov və İsmət Məmmədovun keçmiş türmə dostu Əjdər Talıbov kartından istifadə edərək, oğlum N. Xəlilovu dostu Teyyub Müseyibovun vasitəsi ilə MCQMİ-nə gətirtmiş, burada ağır şəkər xəstəsi olan oğlum N. Xəlilova qarşı 1937-ci ilin şantajla üzə qoyma metodlarından və faşizmin iyrənc Gestapo üsullarından istifadə etməklə, hüquqi dövlətin MCQMİ-də Mirzə Mirzəyevin dostu Teyyub Müseyibov tərəfindən fiziki zor tətbiq edilməklə vurularaq dişi sındırılmışdır. Bununla bağlı həm mən, həmdə oğlum N. Xəlilov, Mirzə Mirzəyevdən və eləcədə onun dostu Teyyub Müseyibovdan verdiyimiz çox saylı şikayətlərimiz, 4 aydan artıq Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində hərəkətsiz saxlanılmış, heç bir qərar qəbul edilməmiş hansısa qüvvənin marağı üzündən analoqu olmayan qanun pozuntusu ilə araşdırılacaq adı altında Prokurorluq verdiyimiz N-sayda şikayətlərimizi oğlum N. Xəlilovun vuraraq dişini sındıran, Mirzə Mirzəyevin dostu Teyyub Müseyibovun işlədiyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəhbərliyinə göndərilmişdir. Həmçinin Teyyub Müseyibovdan verdiyimiz çox saylı şikayətlər Baş Prokurorluqda DİO-da təhqiqat istintaq əməliyyat və axtarış fəaliyyətinin üzərində nəzarətin düzgün yerinə yetirilməsi idarəsinin böyük prokuroru Tahir İsmayılovun icraatında hansı maraq baxımındansa 6 aydan artıq hərəkətsiz saxlanıldığından sonra, o da öz növbəsində diş sındıranı haqlı, dişi sınanı isə haqsız sayaraq Teyyub Müseyibovun əleyhinə cinayət işinin başlanmasını rəsmi qərarla rədd etmişdir.Göründüyü kimi bu gün ölkədə qanunlar, bəzi məmurların məkirli maraqları üzündən sadə zümrənin kasıb adamlarına deyil, bəzi məmurların ailə uşaqlarına, onların qohum-qardaşlarına və imkanlı adamlara xidmət edir. Bu isə öz növbəsində vətəndaşı dövlətdən, dövlətçilikdən eləcədə onun sevərək seçdiyi öz prezidentindən narazı salır. Artıq bu gün, ailəsinə çatası küllü miqdarda əmlak pulunu məmur Mirzə Mirzəyevdən tələb etdiyinə və ondan verdiyi şikayətdən 3 ay sonra Mirzə Mirzəyevin sifarişi ilə həbs olunan oğlum N. Xəlilovun haqqında təşkil edilmiş qondarma cinayət işinin istintaqı bitirilmiş və baxılması üçün, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Ağır şəkər xəstəsi olan oğlum N. Xəlilovun deməsinə görə o, həm ittiham aktı ilə həmdə haqqında təşkil edilmiş qondarma cinayət işin saxta materialları ilə tanış olmuşdur. Oğlum N. Xəlilovun deməsinə görə o, İsmət Məmmədovun Mirzə Mirzəyevə ünvanladığı və cinayət işinə əlavə edilmiş, hər iki eyni məzmun kəsb edən, biri anonim, digəri isə imzalı “O dünyadan məktub”lada tanış olmuşdur. Deməsinə görə həmin məktublarda İsmət Məmmədov M. Mirzəyevə yazır.
Sitat – Mirzə Rəşid oğlu Mirzəyev və Namiq Zöhrab oğlu Bağırov sizin barənizdə olan məhkəmə qərarından göründüyü kimi siz, özgənin bədbəxtliyi üzərində öz xoşbəxtliyinizi quran insanlarsınız. Beynəlxalq bankdan kredit hesabına aldığınız 300000 ABŞ dollarını mənimsəyib, yüksək mənsəb sahibinə çevrildikdən sonra, siz Əzizbəyov rayon Maliyyə şöbəsinə rəis, yeznəniz Namiq Bağırov isə Maliyyə Nazirliyinin baş təftiş idarəsinə revizor təyin olundu. Nəfsiniz bununla kifayətlənməyərək rəhbərliyiniz altında olan sizə məxsus
Ananızın adını daşıyan “Emabank”-ı Ələskərli Xuramana satmaq adı ilə onu və övladlarını bankda işləyən personal niyyətinizə xidmət edərək hamını təhlükəyə atdınız.
Mirzə Mirzəyev o, zaman siz Ələskərli Xuramanın savadsızlığından və ehtiyacından istifadə edərək, ona cuzi pul verməklə, onun adına Milli bankdan milyard manat məbləğində X. Ələskərli adına rəsmiləşdirilmiş “Emabank”-a kredit aldığınız və həmin krediti də cibinizə qoyaraq guya Xuraman Ələskərliyə satılmış bankın haqqı olaraq əlindən aldınız. Bu pula Bakı şəhərində əmlaklar aldınız və misilsiz varlandınız. Bakı şəhərində aldığınız əmlaklar, Xuraman Ələskərlinin puluna alınmış əmlaklarıdır. Belə ki, Tarqovidə 5 mərtəbəli arxitekturalı binada 2-ci mərtəbədə 2 mənzil, hər biri 300 kv.m., qiyməti 1 milyon beş yüz min manat, Şaqan qəsəbəsində 150 sot sahədə tikilmiş bağ evi, qiyməti minimum 1 milyon manat, hal-hazırda Bakı şəhərində rayonların birində adı məlum icra başçılarından biri ilə şərik işlətdiyiniz, Qala pivə zavodu, qiyməti 3 milyon manat, H. Əliyev sarayının yanında 450 kv.m-lik ev qiyməti minimum 1 milyon beş yüz min manat, N. Nərimanov prospektində 3 ədəd tam təmirli ev, qiyməti 1 milyon beş yüz min manat və Mərdəkanda yol kənarında 3 ədəd ticarət mərkəzi, qiyməti iki milyon manat.
İsmət Məmmədov sözünə davam edərək yazır.
Siz, Qaradağ rayon Maliyyə şöbəsinin rəisi, bacınızın əri Namiq Bağırov isə Saatlı rayon Maliyyə idarəsinin rəisidir. Bu saxtakarlığınızın nəticəsi olaraq Xuraman Ələsgərli 10 il həbs cəzası aldı. Övladlarımın həyatı pozuldu. Bankın işçiləri isə müxtəlif cəzalar alaraq, ömürlük bank sistemindən uzaqlaşdırıldılar. Ələsgərli Xuraman zindanda ümüd edirdi ki, siz onu xilas edəcəksiniz, övladlarına əl uzadacaqsınız. Lakin bu belə olmadı. Ələsgərli Xuraman sizin sayənizdə zindanda müəmmalı şəkildə vəfat etdi.
Onuda deyim ki, İsmət Məmmədov vaxtı ilə 10 il, Əjdər Talıbov isə 6 il məhbus həyatı keçirmiş şəxslərdir, ali təhsilə malikdir. Bu baxımdan onların hər ikisi hüquq qaydalarını bu günkü çox hüquqşünaslardan yaxşı bilirlər. Oğlum N. Xəlilovun deməsinə görə İsmət Məmmədov 23.01.2014-cü il tarixdə həbs edilmiş və həmin gündə o, vəkilin iştirakı ilə müstəntiq C. Daanov tərəfindən dindirilmişdir. Dindirilmə zamanı İsmət Məmmədov, vəkilinin iştirakı ilə ifadə verərkən, M. Mirzəyevə ünvanladığı məktubda yazdıqlarını bir daha təsdiq etmiş və əlavə olaraq həm həbs olunduğu ilk gün, yəni 23.01.2014-cü il tarixdə və həmdə növbəti gün, yəni 24.01.2014-cü il tarixdə verdiyi hər iki ifadələrində, “O dünyadan məktub”-un ideyası və yazısının ona məxsus olmasını, məktubu çap etdirdikdən sonra, mətni çap edən qıza, kompüterdən sildirməsini və əl yazmasını cırıb atdığını, rəhbəri olduğu “Konsul” firması ilə Mirzə Mirzəyevin təsis etdiyi və bank şurasının sədri olduğu “Emabank” Kommersiya bankı ilə firması arasında yüz milyonlarla manat saxta maliyyə əməliyyatlarının reallaşdırdığını, bununla bağlı bu saxtakarlıqda həm M. Mirzəyev və həmdə bankın sədri olan onun yeznəsi Namiq Bağırovdan aslı olduğu üçün, həbs olunacağından qorxaraq məhkəmələrdə Mirzə Mirzəyevin xeyrinə, yalan ifadə verməklə, Xuaraman Ələskərlinin üzünə durub bu minvalla Mirzə Mirzəyevə yüz milyonlarla xeyir verməsini, Mirzəyə görə 10 il həbsə alındığını, ancaq bunu ona bildirmədiyini, həbsdən çıxandan sonra M. Mirzəyevdən çoxlu pul alıb, ondan hayıfını alacağını, bu cinayətdə oğlum N. Xəlilovun hər hansı formada nə iştirakı, nədə bilgisi olmadığını, M. Mirzəyevə qarşı sənədləri İsmət Məmmədovun özü topladığını, oğlum N. Xəlilovdan nə özü, nədə Əjdər Talıbov, heç bir göstəriş və tapşırıq almadıqlarını, Mirzə Mirzəyevdən pul almaq üçün, M. Mirzəyevə zəng etməsi barədə Əjdər Talıbova göstəriş və tapşırığı onun tərəfindən verilməsini və buna görə də cavab verməyə hazır olduğunu bildirmişdir.
Aldığı sifarişdən məmun qalan və M. Mirzəyev tərəfindən həbsdən azad ediləcəyini güman edən İsmət Məmmədov, həbs edildiyi gün yəni 23.01.2014-cü il tarixdə və eləcədə vəkilinin iştirakı ilə 24.01.2014-cü il tarixlərdə verdiyi ifadələrində, bu işdə N. Xəlilovun heç bir marağı olmayıb, nə mən, nədə Əjdər ondan heç bir tapşırıq və göstəriş almamışıq, bütün bunları mən M. Mirzəyevdən hayıf çıxmaq üçün etmişəm və Əjdərə də bu barədə göstərişi mən vermişəm deyən İsmət Məmmədov, qohumları ilə MCQMİ-də görüşündən 5 gün sonra yəni 28.01.2014-cü il tarixdə görüşdən sonra bu işdə N. Xəlilovda bizim ilə iştirak edib, deyərək vəkilinin iştirakı ilə 23-24.01.2014-cü il tarixlərdə verdiyi ifadəsini dəyişmişdir. Belə ki, Əjdər Talıbov törətdiyi cinayət əməlinə görə 22.01.2014-cü ildə həbsə alınıb və həmin gündə vəkilinin iştirakı ilə heç bir təsir göstəriləmədən, özü öz əli ilə müstəntiqin adından sərbəst izahat yazıb. Əjdər Talıbov həmin izahatında pula ehtiyacı olduğuna görə bu işə keçmiş türmə dostu İsmət Məmmədovun tapşırığına və məsləhətinə görə qol qoyduğunu, məktubu poçta İsmət saldığını tapşırıq və göstərişi İsmət Məmmədovdan aldığını, törətdikləri bu cinayətdə oğlum N. Xəlilovun məlumatı olmadığını, ondan heç bir tapşırıq və göstəriş almadığını bildirmişdir.
Hörmətli cənab Prezident! Hörmətli Mehriban xanım!
Bu işdə təəcüb doğuran hallardan biridə ondan ibarətdir ki, məmur Mirzə Mirzəyevin müdafiəsi üçün, oğlum N. Xəlilova qarşı təşkil edilmiş bu qondarma cinayət işində, bütün haqsızlıqlar, bütün özbaşınalıq və saxtakarlıqlar, oğlum N. Xəlilovun 10.02.2014-cü ildə ölkə Prezidentinə, Respublikanın Baş Prokuroruna və Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, M. Mirzəyevdən verdiyi şikayətdən 3 ay sonra təşkil edilmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi Əjdər Talıbov 22, 23, 24 və 29.01.2014-cü il tarixdə oğlum N. Xəlilovla üzləşmə zamanı, vəkilinin iştirakı ilə yazdığı izahatında, verdiyi ifadələrində və üzləşmələrində müstəntiqin suallarına cavab verərək bu cinayətin törədilməsində N. Xəlilovun heç bir bilgisi olmadığını ondan heç bir tapşırıq və göstəriş almadığını, bütün tapşırıq və göstərişləri dostu İsmət Məmmədovdan aldığını bildirmişdir. Qəribədir ki, nədənsə oğlum N. Xəlilov M. Mirzəyevdən ölkənin ali hakimiyyət orqanlarına 10.02.2014-cü il tarixdə verdiyi şikayətdən 1 ay 16 gün sonra yəni 06.04.2014-cü il tarixdə, Əjdər Talıbovda 22, 23, 24 və 29.01.2014-cü il tarixlərdə N. Xəlilov bu cinayətdə bizimlə olmayıb verdiyi ifadəsini dəyişərək, guya oğlum N. Xəlilovun da bu cinayətdə onlarla iştirak etməsini bildirmişdir.
Hörmətli cənab Prezident! Hörmətli Mehriban xanım!
Əvvəllər saxtakarlıq, bu gün isə ailəmizə qarşı dələduzluq etmiş, keçmiş ailəvi dostumuz, Mirzə Mirzəyevi varına dövlətinə və bəzi dairələrdə vəzifə tutan dost-tanışlarına görə bu dərəcədə polis prokurorluq orqanlarında müdafiə edib, qanunları bu dərəcədə bu adama təslim etmək, cibində pulu, vəzifədə qohum-qardaşı və dost-tanışı olmayan sıravi kasıb vətəndaşları isə öz qurduqları dövlətdə məmurlar tərəfindən adam yerinə qoyulmaması nə deməkdir. Dünyanın heç bir yerində görünməyib ki, ələ keçirilmiş əmlakını dövlət məmuru Mirzə Mirzəyevdən tələb edəsən və ala bilmədiyin üçün ondan şikayət verəsən və verdiyin şikayətdən 3 ay sonra isə hüquq mühafizə orqanları, törətdiyi dələduzluq cinayətində, M. Mirzəyevi məsuliyyətdən kənarda qoyub, əvəzində onun yerində səni quldur adı ilə həbs edib, ağır cinayətlər məhkəməsinə verələr.
Hörmətli cənab Prezident İ. Əliyev və Azərbaycanın Birinci xanımı hörmətli Mehriban xanım!
Bu gün ağır zəhmətiniz sayəsində müstəqilliyini əldə etmiş, dünyəvi, demokratik hüquqi Azərbaycan dövləti, dünya arenasında öz gücünü və qüdrətini artırır, böyük dövlətlər qarşısında öz sözünü sərbəst deyə bilir, ölkədə insanların maddi rifah halı yaxşılaşır, kəndlərimiz, qəsəbə və şəhərlərimiz günü-gündən gözəlləşir, Bakı və onun ətrafında aparılan yenidən qurma, mədəni məişət, abadlıq işləri Bakını dahada gözəlləşdirir və tanınmaz edir. Cənab Prezident! Verdiyiniz sərəncam və göstərişlər əsasında respublikada məmur haqsızlığına, məmur özbaşınalığına, rüşvətxorluğa, korrupsiyaya, eləcə də gizli biznes fəaliyyəti ilə məşğul olan məmurlara qarşı ciddi, barışmaz mübarizə aparılır. Ancaq görəsən belə bir vaxtda nə üçün aidiyyəti qurumlarda Qaradağ rayon Maliyyə şöbəsinin rəisi Mirzə Mirzəyevdən soruşulmur ki, cənab Mirzə Mirzəyev, bu MKM şirkəti, şərəfinə adlandırılan şəxs, Mirzəbəyli Kənan Mirzə oğlu kimdir, bu şirkətin təsisçisi kim olub və ya MKM şirkəti nəzdində fəaliyyət göstərən İsmət Məmmədovun da sizə ünvanladığı “O dünyadan məktub”-da göstərildiyi kimi Qala pivə zavodu, Lombard mağaza və mətbəə kimə məxsusdur və bu Qala pivə zavodu, bu gün dövlətdə yüksək vəzifə tutan hansı məmurla şərik işlədilir.
Ulu Öndər, Azərbaycan xalqının Ümummilli Lideri H. Əliyev deyirdi, xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır.
Hörmətli cənab Prezident və Azərbaycanın Birinci xanımı hörmətli Mehriban xanım!
Mən, Sizin ədalətinizə, dövlətə və dövlətin qanunlarına inanır və Sizə müraciət edərək, etibarından aldatma yolu ilə sui-istifadə edilən ailəsinə məxsus ələ keçirilmiş əmlakını keçmiş ailəvi dostu, Qaradağ rayon Maliyyə şöbəsinin rəisi Mirzə Mirzəyevdən 1 ildən artıq müddətə tələb etdiyinə, lakin ala bilmədiyi üçün, ondan ölkə Prezidentinə, Baş Prokurora və Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə verdiyi şikayətdən 3 ay sonra sifarişlə həbs olunan ağır şəkər xəstəsi olan oğlum N. Xəlilov haqqında təşkil edilmiş bu qondarma cinayətdə onun günahsız olduğunu nəzərə alıb haqqında məhkəmədə obyektiv qərar qəbul edilməsinə, vəzifəsinə, puluna, vardatına arxalanaraq, hüquq mühafizə orqanlarında, bəzi məmurların vasitəsi ilə qanunların qapılarını dövlət idarələrində üzümüzə qapadan, yüksək elitalarda generallar səviyyəsində müdafiə olunaraq törətdiyi saxtakarlıq və dələduzluq cinayətlərində, hüquq mühafizə orqanlarının qanadı altında hər vaxt məsuliyyətdən kənarda qalan, Qaradağ rayon Maliyyə şöbəsinin rəisi Mirzəyev Mirzə Rəşid oğlu və bu cinayət əməlində onu cinayət məsuliyyətindən kənarda qoyan havadarları haqqında tədbir görülməsinə müdaxilə etməyinizi xahiş edirəm.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 'Kargolux' müştərilərə problem yaradır - VƏTƏNDAŞ BU ŞİRKƏTDƏN ŞİKAYƏTÇİDİR...
Bu gün, 01:39 |
|
|
|
• “Sülhlə bağlı eyforiyaya qapılmaq təhlükəlidir...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:34 |
|
|
|
• Kremlin duel təklifində iki məqsəd - Avropa reaksiya verəcək, ABŞ isə...
Bu gün, 01:31 |
|
|
|
• Keçmiş prezidentlərdən Paşinyanın debat çağırışına CAVAB
Bu gün, 01:26 |
|
|
|
• Paşinyan əl çəkmir - Köçəryan və Sərkisyana yeni müraciət
Bu gün, 01:23 |
|
|
|
• O tərbiyəsizliyə sponsorluq edən kimlərdir? - FOTO
Bu gün, 01:19 |
|
|
|
• "İstilikenerjitikintiquraşdırma" yenidən təşkil olunur - TƏRKİBİNDƏN 2 ŞİRKƏT AYRILIR
Bu gün, 00:05 |
|
|
|
• Qalib KOMANDAN... - Bu gün onun doğum günüdür...
Bu gün, 00:04 |
|
|
|
• Azərbaycanda ilk dəfə: - ŞİRKƏTİN BORCU SATIŞA ÇIXARILDI
Bu gün, 00:02 |
|
|
|
• Bu bayramın İrəvanda qeyd olunması... - Sübhani
Dünən, 23:36 |
|
|
|
• Azərbaycanda Aİ-92 markalı benzin və dizel yanacağı qıtlığı var? - NƏ BAŞ VERİR?
Dünən, 23:11 |
|
|
|
• Nazirlikdəki əməliyyat zamanı bu həkimlər saxlanılıb - ADLARI
Dünən, 23:01 |
|
|
|
• Makron Fransanın yeni hökumətinin tərkibini təsdiqləyib
Dünən, 22:58 |
|
|
|
• Gözəlləşmək üçün həyatını riskə atanlar - Bəziləri 10-15 dəfə əməliyyat etdirir…
Dünən, 22:55 |
|
|
|
• Tiktokerlər saxlanıldı: Aralarında Azər Zahid də var - TƏFƏRRÜAT
Dünən, 22:49 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu “V-FEST 2024” adlı 30 illik yubiley və Yeni il tədbirini keçirdi - FOTO
Dünən, 22:18 |
|
|
|
• Sənubər İsgəndərli də dələduzların hədəfi olub - FOTO
Dünən, 22:05 |
|
|
|
• Paşinyan Sərkisyan və Köçəryanı debata çağırdı - KİV
Dünən, 22:01 |
|
|
|
• Səhiyyə Nazirliyində əməliyyat nəticəsində 6 nəfər saxlanılıb - onlardan biri...
Dünən, 22:00 |
|
|
|
• İcra Hakimiyyəti 23 min manata yolka alır
Dünən, 20:29 |
|
|
|
• Ermənistan tezliklə bu əraziləri itirəcək – Gevondyan
Dünən, 20:25 |
|
|
|
• Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib
Dünən, 20:21 |
|
|
|
• “Onun missiyası Gürcüstanda xaos yaratmaqdır” - ŞƏRH
Dünən, 19:31 |
|
|
|
• Bu nazirlikdə əməliyyat keçirilir: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 19:25 |
|
|
|
• "Paşinyanın vaxt uzatmaq və ya vaxt "qazanmaq"la təxribata hazırlıq cəhdi Ermənistana təhlükə yaradır"
Dünən, 19:02 |
|
|
|
• Sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• “Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır” - deputat
Dünən, 18:58 |
|
|
|
• Polad Həşimovun anası Mübariz Mənsimovun qonağı olub - FOTO
Dünən, 18:24 |
|
|
|
• ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir - FAKT BUDUR!
Dünən, 18:21 |
|
|
|
• Respublika Fənn Olimpiadalarında suallarla bağlı problemlər yaşanıb - Uşaqların, müəllimlərin əsəbini pozurlar...
Dünən, 18:16 |
|
|
|
• Doğuşdan 15 gün sonra xərçəng xəstəsi olduğu bilindi: Müalicəsinə 60 min lazımdır - VİDEO
Dünən, 18:14 |
|
|
|
• Əfv və ya amnistiya olacaq? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Almaniyanın fobiyası REALLIĞA ÇEVRİLİR – Rusiyanın növbəti hədəfi KİM OLACAQ?
Dünən, 18:10 |
|
|
|
• Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir - SƏRƏNCAM
Dünən, 17:55 |
|
|
|
• Baydendən növbəti əfv qərarı
Dünən, 17:51 |
|
|
|
• 4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında - DETALLAR
Dünən, 17:47 |
|
|
|
• “Xəstəliyində yanında olmadığım üçün peşmanam”
Dünən, 17:45 |
|
|
|
• “Pul qazanan qadınlar haqqında başqa sözlər deyirlər" - Nadir Qafarzadə
Dünən, 17:38 |
|
|
|
• Vəzifəli şəxs hamamda yıxılıb öldü - TƏFƏRRÜAT
Dünən, 17:35 |
|
|
|
• Cavid Qurbanov hələ də HÖKM KEÇİRİR? - İLGİNC İDDİALAR
Dünən, 17:26 |
|
|
|
• Saleh Məmmədovun bu dəbdəbəli villasının qiyməti nə qədərdir? - VİDEO
Dünən, 17:19 |
|
|
|
• Jurnalistə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Dünən, 17:14 |
|
|
|
• Novxanıda bələdiyyə sədri Gəray Əsədov küçəsində yolu satıb - sakinlər dad edir...
Dünən, 17:11 |
|
|
|
• Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? – Səbəblər, problemlər, hüquqsuz müəllimlər…
Dünən, 17:04 |
|
|
|
• Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq - SƏRƏNCAM
Dünən, 16:59 |
|
|
|
• Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq
Dünən, 16:58 |
|
|
|
• Minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib - SƏRƏNCAM
Dünən, 16:57 |
|
|
|
• Müharibə və qırğınlar dayanmayacaq… – 2025-ci illə bağlı bədbin proqnoz
Dünən, 16:52 |
|
|
|
• Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: - “Manipulyativ xarakterlidir”
Dünən, 16:47 |
|
|
|
• “Benzində su olmur axı...” - İddialara cavab
Dünən, 16:39 |
|
|
|
|