"ABŞ nümayəndə heyəti gələn həftə İrəvana səfər edərək Ermənistan rəsmiləri ilə Zəngəzur dəhlizi üzrə qapalı danışıqlar aparacaq.
Bu layihənin Cənubi Qafqazda iqtisadi və geosiyasi dəyişikliklərə səbəb ola biləcəyi, həmçinin İranın regional roluna təsir göstərəcəyi bildirilir.
Məlumata görə, ABŞ-dən gələn nümayəndə heyəti Ermənistanın Sünik (Zəngəzur) bölgəsindən keçərək Azərbaycanı Naxçıvanla birləşdirəcək “Tramp dəhlizi” adlı marşrut layihəsini müzakirə edəcək. Son həftələrdə bu istiqamətdə Amerikanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında saziş imzalanıb".
"Cebheinfo.az" xəbər verir ki, bunu " "Fars News" yazıb.
Bildirilib ki, layihənin reallaşması regional kommunikasiya xəritəsini dəyişə, ABŞ və Ermənistan üçün iqtisadi və siyasi üstünlüklər yarada bilər.
Saytın iddiasına əsasən, danışıqlar bağlı qapılar arxasında keçiriləcək. Gündəliyə texniki və siyasi məsələlərlə yanaşı, sərmayələrin həcmi, icra prioritetləri və tikintiyə başlamaq qrafiki də daxil edilib. Vaşinqton bu layihə vasitəsilə Cənubi Qafqazda təsir imkanlarını artırmağa çalışır:
"Zəngəzur bölgəsi İranla Ermənistan arasında sərhəd rolunu oynayır və Tehran üçün Qafqaz və Avropaya çıxış baxımından həyati əhəmiyyət daşıyır. Bu zonada xarici aktorların iştirakı və status dəyişikliyi İranın şimal və qərb bazarlarına çıxışına ciddi təsir göstərə bilər.
Digər tərəfdən, ötən günlərdə Tehranda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “Şimal–Cənub dəhlizi”nin və Qara dənizə çıxış marşrutunun tamamlanmasının zəruriliyini vurğulayıb. O, İranın şimal qonşuları ilə tərəfdaşlıq siyasətinin Qafqaza yönəldiyini qeyd edib".