Bakıda qətl törətməkdə təqsirləndirilən Asəf Məmmədovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmədə araşdırılacaq.
İttihama görə, hadisə 19 fevral 2023-cü il tarixdə gecə saat 03:45 radələrində Tərtər rayonunda qeydə alınıb.
Belə ki, Asəf Məmmədov həyat yoldaşı, 1981-ci il təvəllüdlü Gülnar Məmmədova və həyətdə usta işləyən 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevi güllələyərək qətlə yetirib.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.7-ci (Xuliqanlıq niyyətilə, xüsusi amansızlıqla 2 və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
İstintaq vaxtı Asəf Məmmədov hadisəni qısqanclıq zəminində törətdiyini, evdə səsyazan qurğu quraşdırdığını və əldə etdiyi məlumatlara əsasən, bu cinayəti törətdiyini iddia edib. Lakin ekspertiza və digər araşdırmalar zamanı Gülnar Məmmədovanın ailəsinə xəyanət etməsini sübut edən hər hansı fakt aşkar edilməyib.
Qeyd: Qətlə yetirilən 42 yaşlı Gülnarə Məmmədova Tərtər Rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi vəzifəsində çalışırdı.
Namiq Allahverdiyev cütlüyün evinin qonşuluğunda – Gülnar Məmmədovanın qardaşının həyətində atası ilə birgə usta işləyirmiş.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs ömürlük məhkum edilib. Gəncə Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.