Kifayət qədər populyar satış şəbəkəsi olan "İrşad Telekom"un dələduzluğu rəsmən ifşa olunub. "DİA-AZ" bildirir ki, sözügedən şəbəkə tərəfindən növbəti "endirim kampaniyası" elan olunsa da, aydın olur ki, əslində ENDİRİM adı altında növbəti bahalaşma həyata keçirilib. Bu isə rəsmən dələduzluqdur.
Beləliklə, diqqət yetirin...
Qeyd edilən birinci şəkil dünən 4 sentyabr taixində "İrşad Telekom"un mağazalarının birində çəkilib. Eyni model eyni parametr telefon 650 manata təklif olunur.
Bu gün isə eyni telefonu 5-6-7 sentyabr tarixlərində "endirim kampaniyası" adı altında, guya endirimli qiymətə 720 manata "İrşad Telekom"un rəsmi Instagram səhifəsində təqdim edirlər.
"DİA-AZ" bildirir ki, bu faktı ifşa edən Gündüz İkramlı adlı müştəri haqlı olaraq sözügedən satış şəbəkəsinin rəhbərliyinə aşağıdakı sualı ünvanlayaraq soruşur:
"Bu necə kampaniyadır? Və... İnsanları kampaniya adı ilə aldatmayın!"