Ermənistan parlamentinin sədri Alen Simonyan Bişkekdə Qırğızıstan Baş naziri Adilbek Kasımaliyevlə görüşüb.
Teleqraf xəbər verir ki, Ermənistan və Qırğızıstan arasında əlaqələrin inkişafının hər iki ölkə üçün əhəmiyyətini vurğulayan tərəflər hələ istifadə olunmamış potensialın olduğunu qeyd edərək, bu istiqamətdə konkret addımların atılmasının vacibliyini bildiriblər.
Müzakirələrdə həm siyasi, həm də iqtisadi əməkdaşlıqla bağlı müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb. İki ölkə arasında ticarət dövriyyəsi və turizmlə bağlı məsələlərə xüsusi önəm verilib.