“Bolmart” marketdə satılan məhsul 5 gün sonra istehsal olunacaq. İşin maraqlı tərəfi dünən alınan məhsulun üzərində istehsal tarixinin altı gün gün sonranın – sentyabrın 10-u yazılması olub.
Daha öncələr də bəzi məhsulun istehsal tarixinin səhv yazılması və yaxud üzərində dəyişiklik aparılaraq son istifadə tarixin saxtalaşdırılması hallarıyla qarşılaşırıq. Belə xoşagəlməz hallar haqlı olaraq isanların narazılığına səbəb olur və onlar məhsul alarkən içlərində şübhə baş qaldırır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu məsələylə bağlı açıqlama verib. Eyyub Hüseynov bildirib ki, hətta məhsulun üzərində istehsal tarixini növbəti ay tarixini yazan istehlsalçılar da var:
Təəssüf ki, belə hadisələr hələ də həllini tapa bilmir. Bu o deməkdir ki, istehlakçı hüquqları sahəsində dövlətin siyasəti zəifdir. Müvafiq dövlət orqanları effektiv fəaliyyət göstərə bilmirlər”.
Patrulaz.az