Xocavənd rayonunun Güneyxırman kəndində ümumi sahəsi 33155,1 kv.m olan 197 ədəd fərdi yaşayış evinin təmirinə 11 571 129 AZN sərf ediləcək.
Pravda.az-ın xəbərinə görə, təmir işlərini “GM Construction” MMC həyata keçirəcək.
“Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi və şirkət arasında müqavilə bağlanıb.