Əsas Səhifə > Güney Press > Xocavənddə 197 ədəd fərdi yaşayış evinin təmirinə 11.5 milyon xərclənəcək
Xocavənddə 197 ədəd fərdi yaşayış evinin təmirinə 11.5 milyon xərclənəcəkBu gün, 15:33 |
Xocavənd rayonunun Güneyxırman kəndində ümumi sahəsi 33155,1 kv.m olan 197 ədəd fərdi yaşayış evinin təmirinə 11 571 129 AZN sərf ediləcək. Pravda.az-ın xəbərinə görə, təmir işlərini “GM Construction” MMC həyata keçirəcək. “Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi və şirkət arasında müqavilə bağlanıb. Geri qayıt |