Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 35 baş qatır mövcud olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son bir il ərzində qatırların sayı 3, son 4 il ərizdə isə 20 baş azalıb.
Açıqlanan son məlumata görə, Azərbaycanda cəmi 8 rayonda qatır var. 4 il əvvəl – 2021-ci ildə isə 10 rayonda qatır olub.
Ən kəskin azalma Ordubad rayonunda qeydə alınıb. 2021-ci ildə bu rayonda 18 qatır olduğu halda, ötən ilin sonunda Ordubadda qatır olmayıb.
Ən çox artım isə Neftçala rayonunda qeydə alınıb. Neftçalda qatırların sayı son 4 ildə 6 başdan 10 başa yüksəlib.
Bu ilin əvvəlinə olan məlumata görə, ən çox qatırın olduğu rayon Oğuz rayonu olub – 12 baş.
Ən az qatırın olduğu rayonlar isə Yardımlı, Astara və Füzuli rayonları olub – hər birində 1 baş.
Azərbaycanın şəhər və rayonlarında qatırların sayı aşağıdakı kimi olub:
Oğuz rayonu – 12 baş;
Neftçala rayonu – 10 baş;
Şəki rayonu – 5 baş;
İsmayıllı rayonu – 3 baş;
Laçın rayonu – 2 baş;
Füzuli rayonu – 1 baş;
Astara rayonu – 1 baş;
Yardımlı rayonu – 1 baş.
Məlumat üçün qeyd edək ki, əsasən yükdaşımada istifadə olunan qatırlar at və eşşəklərin cütləşməsindən əldə olunur.