Sabiq prokuror vəfat etdi .....                     İrəvan Bakı əleyhinə müttəfiqləri ilə pıçıldaşır .....                     Bakı "Səmaaltı İmperiya"nın mühüm strateji tərəfdaşı oldu .....                     Nizami rayonunda NƏ NİZAM VAR... NƏ DƏ İNTİZAM... .....                     Ronaldo İrəvana gəldi: Yeniyetmə qız polis səddini aşaraq onun qaldığı otelə girdi və... .....                     Məmur arvadını və ustanı öldürən ömürlük məhkum qərardan narazıdır .....                     Rusiyadakı azərbaycanlıların nəzərinə! .....                     Çin dünyaya meydan oxuyur .....                     “Sərdar Cəlaloğlu bizdən intiqam almaq istəyirdi” .....                     "Belə bir hal qətiyyən ola bilməz" .....                     Rusiyadan Qarabağ ermənilərinə təklif: Bunun müqabilində Ukraynaya qarşı döyüşürlər .....                     12 partiya “boş hesabat”a görə kənarda qalıb .....                     “Lahıc”da vətəndaşa məxsus yaşayış evi söküləcək .....                     “Makronun ordusu” Azərbaycan sərhədində qalır .....                     Bankların keşbek faizləri niyə azalır? .....                     Emin Əmrullayevin nazirliyi artıq məhkəmələri də saymır... .....                     Hippokrat andına və insanlığa tüpürüb 2-ci qrup əlili ÖLÜMƏ TƏRK ETDİLƏR... .....                     `İrşad Telekom`un dələduzluğu İFŞA OLUNDU .....                     SSRİ-nin son nişanəsi olan MDB... .....                     Putin Zelenskini Moskvaya təslim olmaq üçün yox, danışıqlar üçün dəvət edib .....                     Təhlükəsizlik zəmanətləri həm Ukraynaya, həm də Rusiyaya verilməlidir .....                     Rusiyanın növbəti həyasızlıqları .....                     Ədliyyə Nazirliyinin idarə rəisi Suriyaya səfir göndərilir? .....                     Avropa İttifaqı Rusiyaya görə SOCAR-ın Türkiyədəki zavoduna sanksiya tətbiq edib .....                     Xaçmaz gömrüyündə QOÇU PEYDA OLUB .....                     Başçı Binəqədinin başını buraxıb deyəsən... .....                     Cənab nazir, fermerlər DAD DEYİR .....                     TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? .....                     "Jurnalistlər Binası"nda xidmət haqqını ödəməkdən yayınanların adları elan olunacaq .....                     Rusiya -Azərbaycan əlaqələrinin normallaşması gözlənilmir .....                     “Qərbi Azərbaycan”: onlar qayıtmaq, yoxsa qaytarmaq istəyirlər? .....                     Azərbaycan Rusiyanın maraqlarının ifadəçisi rolunda çıxış etmək niyyətində deyil .....                     Zəngəzur dəhlizinin açılması labüddür .....                     Rusiya Federal Vergi Xidməti Hüseyn Həsənovla bağlı qərar verdi .....                     Naxçıvanda istirahət mərkəzində su üzərində olan platforma aşıb, 3 nəfər ölüb .....                     Rusiyanın Azərbaycana ehtiyacı var: Ancaq indi şərtləri Kreml deyil, Bakı diqtə edir .....                     Azərbaycan Rusiyanın şərtini qəbul etməyib .....                     Tülin Ələkbərova restoranda qadını niyə döyüb? .....                     Hövsanda zədələnmiş dövlət bayrağı niyə hələ də ASILI qalır? .....                     Rusiyada Azərbaycanla bağlı reallıqları anlamağa başlayırlar .....                 

SSRİ-nin son nişanəsi olan MDB... - Orda niyə varıq ki?..
Tarix: Bu gün, 08:29 | Çap et

Bəlli olduğu kimi, Hindistan Azərbaycanın ŞƏT-ə üzv olmasına veto qoyub. Beləliklə, Yeni Dehli öz ağlınca Pakistana daima dəstək verən Bakını cəzalandırıb. Hindistanın bu mövqeyi təkcə Azərbaycana düşmən münasibətlə bağlı deyil, bunu təşkilatın genişlənməsini istəyən Çinə qarşı addım da hesab etmək olar.

Prezident İlham Əliyev baş nazir Şahbaz Şəriflə söhbətində də deyib ki, Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır. Bunun ölkəmiz üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan dövlət başçısı qeyd edib ki, Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür.

Politoloq Rasim Musabəyov Minval.az-a açıqlamasında deyib ki, Rusiya “Azərbaycan və Ermənistanın ŞƏT-ə qəbul edilməməsinə çox sevinib”. “Əgər iki-üç il əvvəl Azərbaycan və Ermənistanın ŞƏT-ə daxil olması ilə Kreml təşkilat daxilində mövqelərini möhkəmlənəcəyinə inanırdırsa, indi vəziyyət dəyişib. Moskvadan asılılığının azaltmaq istəyən və Rusiyanın təzyiqlərinə müqavimət göstərən dövlətlərin ŞƏT-də mövqelərinin möhkəmlənməsi Rusiyanın əleyhinə işləyər”. Deputat qeyd edib ki, Rusiyadan Azərbaycan və Ermənistanla bağlı heç bir mənfi bəyanat verilməsə də, o əmindir ki, rəsmi Moskva Hindistanın ölkəmizin ŞƏT-ə üzv olmasına mane olan mənfi rolundan məmnundur: “Ancaq bu, heç bir halda Rusiyanın regionda mövqeyini gücləndirməyəcək. Qorxuram, MDB sammitinin keçirilməsinə dair növbəti cəhd o mənada uğursuz olacaq ki, orada yalnız KTMT və Aİİ üzvü olan dövlətlər olacaq”.

Cebhe.info-nun Rusiya mediasına istinadən yazdığına görə isə rəsmi Bakının MDB-nin işində iştirak etməməsi Azərbaycanın birlikdən çıxacağını göstərir. Hətta Rusiya kütləvi informasiya mənbələri Azərbaycanın MDB-ni tərk edə biləcəyinə dair Rusiya tərəfinə məlumat verildiyini yazır. Məlumatda qeyd edilir ki, Azərbaycan MDB-ni tərk edəcəyi təqdirdə, Rusiya ilə birgə üzv olduğu yeganə təşkilatdan çıxmış olacaq.

Beləliklə, Azərbaycan Gürcüstan və Ukraynadan sonra MDB-də fəaliyyətini dayandıran üçüncü postsovet ölkəsi ola bilər. Qeyd edək ki, Azərbaycan son aylar MDB-nin iclaslarına nümayəndə heyəti göndərmir. MDB-nin baş katibi Sergey Lebedev iyul ayında verdiyi açıqlamada bildirmişdi ki, rəsmi Bakının Moskvaya nümayəndə göndərməməsi müvəqqətidir və bu vəziyyət tezliklə normallaşacaq. O, Azərbaycanın MDB-dən çıxacağına inanmadığını deyib.

Həmçinin Rusiya Prezidenti Vladimir Putinin Pekində Azərbaycanla bağlı yumşaq və barışıq tonlu açıqlaması MDB-də qalıb-qalmamaq qərarımıza təsir edə bilər. Putin bildirib: “Münasibətlərdə hər zaman cari vəziyyətdən doğan suallar və problemlər olur. Amma bu gün prezident Əliyevlə salamlaşdıq, bir neçə kəlmə danışdıq. Əsaslı münasibətlər və qarşılıqlı maraqlar hər şeyi öz yerinə qoyacaq”.

Yeri gəlmişkən, gələn ay Düşənbədə MDB dövlət başçılarının sammiti gözlənilir. Azərbaycanın orada iştirak edəcəyi sual altındadır.

Professor Elxan Mirzəyevə görə, MDB simvolik olaraq var və postsovet məkanı əvvəlki qədər Rusiyanın “arxa bağçası” deyil: “Bu birlik SSRİ-nin süqutundan sonra bir zərurət idi və daha çox Rusiyaya lazım idi. Ukrayna münaqişəsi bir çox standartları sındırıb, tabuları dağıdıb. Onlardan biri də MDB-nin perspektivi olmayan bir təşkilata çevrilməsidir. Çünki üzv ölkələr Türk Dövlətləri Təşkilatında, Şanxay Əməkdaşlıq Təşkilatında və başqa birliklərdə yeni fürsətlər axtarır. MDB iclasları isə hər dəfə Rusiyanın təşəbbüsü ilə baş tutur. Son illərdə MDB-nin istər prezident, istərsə digər rəsmilər səviyyəsində keçirilən yığıncaqlarında hər hansı mühüm qərar qəbul edildiyini xatırlamaq olmur”.

E.Mirzəyev bununla belə, Putinin son çıxışının davamı olaraq münasibətlərdə gərginliyə son qoyulmasını gözləyir və bu da Azərbaycanın MDB-də fəaliyyətini bir müddət də davam etdirməsinə gətirib çıxara bilər: “Əgər münasibətlər yenə düzəlməsə və Rusiya prezidentinin açıqlaması söz olaraq qalsa, Düşənbə sammitində iştirak etməyəcəyik. Hətta Bakı ilə Moskva arasında ona qədər yumşalma olsa belə, Prezidentin o sammitə gedəcəyini gözləmirəm. Rusiya vurulan təyyarəmizlə bağlı gərək real addım atsın ki, Azərbaycan MDB sammitində iştirak haqda fikirləşsin. Ümumilikdə isə siyasi meyitə çevrilmiş, perspektivi görünməyən birlikdir. Moskva gec-tez razılaşmalıdır ki, hərbə-zorba dili ilə siyasət, əməkdaşlıq olmur. Ən azından müttəfiqi Çindən dərs götürsün, heç bir ölkəyə hərbi təhdid yağdırmır. İndi isə görünür ki, Rusiya prezidenti daşın qayaya rast gəldiyini başa düşüb. Əgər Azərbaycanı itirmək istəmirlərsə, dialoq olmalıdır və Bakının təyyarə ilə bağlı tələbləri yerinə yetirilməlidir. Bu, Rusiyaya yalnız başucalığı gətirə bilər. Əks halda, Azərbaycan MDB-ni də tərk edə bilər, Rusiyanın olduğu yerlərdə də görünmək istəməz”.

Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyi 8 dekabr 1991-ci ildə SSRİ-nin dağılmasının labüdlüyünə əmin olan Rusiya, Ukrayna və Belarusun rəhbərləri - B.Yeltsin, L.Kravçuk və S.Şuşkeviç tərəfindən imzalanan “Belovejsk sazişi” əsasında qurulub. Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Alma-Atada Rusiya, Ukrayna və Belarusla birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəlib. Alma-Ata deklarasiyası ilə keçmiş sovet ittifaqı dövlətləri daxili və xarici siyasətin müxtəlif sahələrində əməkdaşlıq etmək və siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək niyyətlərini bəyan ediblər.

MDB üzvü olan ölkələrin hər biri ayrılıqda beynəlxalq hüququn müstəqil və bərabərhüquqlu subyektləridir. MDB bu təşkilata üzv olan Dövlət Başçılarının Şurası tərəfindən qəbul edilən 22 yanvar 1993-cü il tarixli nizamnamə əsasında fəaliyyət göstərir. MDB-nin əsas məqsədləri siyasi, iqtisadi, ekoloji, humanitar, mədəni və digər sahələrdə əməkdaşlıqdan və üzv-dövlətlərin ümumi iqtisadi məkanda, dövlətlərarası kooperasiya və inteqrasiya şəraitində hərtərəfli inkişaf etdirilməsindən ibarətdir.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabiq prokuror vəfat etdi - Foto
Bu gün, 10:13
İrəvan Bakı əleyhinə müttəfiqləri ilə pıçıldaşır - NƏ BAŞ VERİR?
Bu gün, 10:11
Bakı "Səmaaltı İmperiya"nın mühüm strateji tərəfdaşı oldu - İNCƏLƏMƏ
Bu gün, 09:58
Nizami rayonunda NƏ NİZAM VAR... NƏ DƏ İNTİZAM... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:56
Ronaldo İrəvana gəldi: Yeniyetmə qız polis səddini aşaraq onun qaldığı otelə girdi və... - VİDEO
Bu gün, 09:46
Məmur arvadını və ustanı öldürən ömürlük məhkum qərardan narazıdır - TƏFƏRRÜAT
Bu gün, 09:43
Rusiyadakı azərbaycanlıların nəzərinə! - 5 gün qalıb, deportasiya oluna bilərsiniz
Bu gün, 09:40
Çin dünyaya meydan oxuyur - Hərbi ekspert
Bu gün, 09:38
“Sərdar Cəlaloğlu bizdən intiqam almaq istəyirdi” – Mütəllim Rəhimli
Bu gün, 09:33
"Belə bir hal qətiyyən ola bilməz"
Bu gün, 09:27
Rusiyadan Qarabağ ermənilərinə təklif: Bunun müqabilində Ukraynaya qarşı döyüşürlər - “Hraparak”
Bu gün, 09:23
12 partiya “boş hesabat”a görə kənarda qalıb - TƏFƏRRÜAT
Bu gün, 09:18
“Lahıc”da vətəndaşa məxsus yaşayış evi söküləcək
Bu gün, 09:15
“Makronun ordusu” Azərbaycan sərhədində qalır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:07
Bankların keşbek faizləri niyə azalır? - AKTUAL
Bu gün, 09:05
Emin Əmrullayevin nazirliyi artıq məhkəmələri də saymır... - MALƏSƏF...
Bu gün, 09:02
Hippokrat andına və insanlığa tüpürüb 2-ci qrup əlili ÖLÜMƏ TƏRK ETDİLƏR... - AXI NİYƏ?
Bu gün, 08:58
`İrşad Telekom`un dələduzluğu İFŞA OLUNDU - BU DA FAKT!
Bu gün, 08:50
SSRİ-nin son nişanəsi olan MDB... - Orda niyə varıq ki?..
Bu gün, 08:29
Putin Zelenskini Moskvaya təslim olmaq üçün yox, danışıqlar üçün dəvət edib - Kremlin sözçüsü
Bu gün, 08:27
Təhlükəsizlik zəmanətləri həm Ukraynaya, həm də Rusiyaya verilməlidir - Peskov
Bu gün, 07:16
Rusiyanın növbəti həyasızlıqları - İNDİ DƏ...
Bu gün, 07:02
Ədliyyə Nazirliyinin idarə rəisi Suriyaya səfir göndərilir? - İDDİA
Bu gün, 07:00
Avropa İttifaqı Rusiyaya görə SOCAR-ın Türkiyədəki zavoduna sanksiya tətbiq edib - “OC Media”
Bu gün, 06:59
Xaçmaz gömrüyündə QOÇU PEYDA OLUB - BU NƏDİ BELƏ?
Bu gün, 06:55
Başçı Binəqədinin başını buraxıb deyəsən... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:51
Cənab nazir, fermerlər DAD DEYİR - təcili müdaxilə olmazsa...
Bu gün, 06:47
TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - yoxsa elə ŞƏRİKDİR...
Bu gün, 06:42
"Jurnalistlər Binası"nda xidmət haqqını ödəməkdən yayınanların adları elan olunacaq - Deputat və jurnalistlər...
Bu gün, 06:36
Rusiya -Azərbaycan əlaqələrinin normallaşması gözlənilmir - ÇÜNKİ...
Bu gün, 06:34
“Qərbi Azərbaycan”: onlar qayıtmaq, yoxsa qaytarmaq istəyirlər? - AKTUAL
Bu gün, 06:31
Azərbaycan Rusiyanın maraqlarının ifadəçisi rolunda çıxış etmək niyyətində deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:27
Zəngəzur dəhlizinin açılması labüddür -ABŞ prosesə gecikməməlidir
Bu gün, 06:25
Rusiya Federal Vergi Xidməti Hüseyn Həsənovla bağlı qərar verdi
Bu gün, 06:22
Naxçıvanda istirahət mərkəzində su üzərində olan platforma aşıb, 3 nəfər ölüb - FOTO
Bu gün, 06:19
Rusiyanın Azərbaycana ehtiyacı var: Ancaq indi şərtləri Kreml deyil, Bakı diqtə edir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:04
Azərbaycan Rusiyanın şərtini qəbul etməyib - İNCƏLƏMƏ
Dünən, 18:02
Tülin Ələkbərova restoranda qadını niyə döyüb? - TƏFƏRRÜAT
Dünən, 17:54
Hövsanda zədələnmiş dövlət bayrağı niyə hələ də ASILI qalır? – Ərazi nümayəndəsindən QALMAQALLI AÇIQLAMA
Dünən, 17:47
Rusiyada Azərbaycanla bağlı reallıqları anlamağa başlayırlar - ŞƏRH
Dünən, 17:45
"Oleq Bakinski" məhkəmədən bəraət tələb edir
Dünən, 17:28
Zatulini qorxudan Zəngəzur və Turan: - Rus deputat niyə bu qədər qəzəblidir?
Dünən, 17:24
Rusiyadan Azərbaycana yeni təhdidlər GÖZLƏNİLİR? - AKTUAL
Dünən, 17:21
AZAL "Uçuş Təhlükəsizliyi Günü" tədbiri keçirib - FOTO
Dünən, 17:19
Ermənistanın Belarus əngəli: - Lukaşenko Paşinyanın təşəbbüs göstərməsini gözləyir
Dünən, 17:08
Ağdamı idarə edənlərdən biri vəzifədən çıxarıldı - ƏMR
Dünən, 17:04
Putin gözləyir ki, ilk addımı Əliyev atsın... - AMMA...
Dünən, 17:02
Yeni sədrin QANUNSUZ əməlləri: SKANDAL MƏLUMATLAR - NƏ BAŞ VERİR?
Dünən, 16:59
Daşkəsən icra hakimiyyətində TOTAL TƏMİZLƏMƏ - SİYAHI
Dünən, 16:47
Niderlanddan Azərbaycana yarım milyon dollar dəyərində heykəl gətirilib - TƏFƏRRÜAT
Dünən, 16:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru