Bu ilin ilk yarısında Azərbaycana xarici ölkələrdən 22 ədəd heykəl gətirilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricdən gətirilən heykəllərin 2-si Yaponiyadan gətirilib və onların yaşı 100 ildən çoxdur.
Qeyd edək ki, yaşı 100 ildən çox olan və Yaponiyadan gətirilən 2 heykəlin gömrük dəyəri 3,99 min dollar olub.
Yaşı 100 ildən az olan daha 20 heykəl isə 6 ölkədən idxal olunub. Bu ilin ilk yarısında ABŞ-dən 1 (20,52 min dollar), Avstarliyadan 1 (8,71 min dollar), BƏƏ-dən 12-i (bir ədədi 2,26 min dollar), Avstriyadan 4 (317 dollar), Fransadan 1 (1,09 min dollar) və Niderlanddan 1 (515,75 min dollar) heykəl gətirilib.