"Şərurulu İsfəndiyar" ləqəbi ilə tanınan İsfəndiyar Axundov avtomobillərinin müsadirə olunmasına münasibət bildirib.
Teleqraf-ın məlumatına görə, bu barədə Binəqədi Rayon Məhkəməsində danışan iş adamı deyib ki, bununla bağlı hazırda iş davam edir:
"Bu məsələ bir hakimin qərəzli işindən, məsuliyyətsizliyindən ortaya çıxıb. Buna baxmayaraq biz mübarizə aparırıq".
İş adamı son vaxtlar çoxsaylı məhkəmələrə verilməsinə də toxunub: "Hansı ağacda meyvə çoxdur, hamı ona daş atır. Hamı ondan nəsə qopartmaq istəyir".