“Rusiyada miqrantlara tətbiq edilən məhdudiyyətlər siyasi xarakter daşıyır” .....                     Şimşək çaxacağı ehtimalı var .....                     “Space”ə keçən APARICI: .....                     Avtoritet “Artyom Xoxol”un YENİ ƏMƏLLƏRİ .....                     Putin müharibəni bitirmir: .....                     Moskva körpüləri yandırmaq istəmir: .....                     “İş artıq bağlanıb, hara istəyirsən get şikayət elə!” .....                     Mahnıya görə işdən çıxarılan direktorun yerinə təyinat .....                     14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi .....                     "Şərurlu İsfəndiyar"ın cinayət işi üzrə ekspertiza yekunlaşıb .....                     Paşinyanın Zəngəzur etirazı, əslində, siyasi oyundur .....                     Xanoba kəndində 26 evin təmirinə 1,5 milyon manat ayrıldı .....                     Rusiya ilə Azərbaycanın iqtisadi əlaqələri çox yaxşı inkişaf edir .....                     Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi .....                     Netanyahu Makronu İsrailə buraxmayıb .....                     "Biz mübarizə aparırıq" .....                     Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfə azalacaq .....                     Pekində görüş niyə alınmadı? .....                     Bu çayda qəza vəziyyəti yarandı, təmir işlərinə 3 milyon ayrıldı .....                     TALIBOVUN DÖVRÜNDƏ BU DURUMDA DEYİLDİK .....                     Qalmaqallı məktəb direktorunun yerinə yeni təyinat .....                     ŞƏT-də daxili didişmələr: Azərbaycan hansı tərəfdədir? .....                     Tehran yola gəldi: .....                     Azərbaycan əleyhinə təbliğat iflasa uğrayır .....                     Ermənistanın ABŞ-dakı yeni səfirinin qardaşı narkotik və silahla tutulub .....                     Kəlbəcərin icra başçısını söyən Qarabağ qazisi 100 manat cərimə olundu .....                     Mərkəzi Bank “PulPal”ın vəzifəli şəxsini cərimələyib .....                     Moskva-Bakı gərginliyi yardımları dayandırmayacaq .....                     "Şikayət edəni də işdən çıxarmaqla hədələyirlər" .....                     Saleh Məmmədov təqaüdə göndərilir .....                     Dondurulmuş münaqişələr dövrünün sonu: Cənubi Qafqazda yeni reallıq .....                     Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri .....                     "Rusiya nümayəndə heyəti MDB Oyunları ilə əlaqədar Azərbaycana səfər edəcək" .....                     Paşinyan Yaponiya Baş naziri ilə görüşdü .....                     Hindistandan Azərbaycana “pas”: Bakı üçün fürsət? .....                     “Birbank”: narazılıqlara davam... .....                     Yarım milyon mənimsəyən bacısını xilas etmək istədi .....                     Razi Nurullayev yenə də məhkəməni uduzdu .....                     Şirkətin 117 min pulunu mənimsəyən vəzifəli şəxs məhkəmə zalından .....                     Amerika "Tramp dəhlizi" layihəsinin icrasına başlayır?.. .....                 

Bağçalarda yer çatışmazlığının həll yolunu necə tapaq? - AKTUAL
Tarix: Bu gün, 08:38 | Çap et

Demək olar ki, hər il bu aylarda uşaq bağçalarında yerlərin az olması, uşaqların bağçalarda yer ala bilməməsi valideynlərin narazılığına səbəb olur.

Bağçalarda yer çatışmazlığının səbəb nədir? Qarşısının alınması istiqamərində hansı işlər görülməlidir?

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkəmizdə bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 38% təşkil edir.

"Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Hazırda ölkə ərazisində 1669 dövlət, 177 – özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Dövlət bağçalarının tutumu təxminən 119 min nəfərlikdir.

Məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verildiyi tarixdən indiyədək 18 yeni bağça istifadəyə verilib. Mövcud müəssisələrin 334-ü Bakıda fəaliyyət göstərir, digərləri regionların payına düşür. Paytaxtda əhalinin məskunlaşma səviyyəsi yüksək olduğundan bağçalara qəbul zamanı müəyyən sıxlıq müşahidə olunur. Bunu aradan qaldırmaq üçün alternativ təhsil modellərindən uğurla istifadə olunur (icma əsaslı məktəbəqədər təhsil qrupları, özəl-dövlət tərəfdaşlığı ilə bağlı qrant layihəsi, ailə tipli təlim qrupları).

Alternativ modellərlə yanaşı, bağça infrastrukturunun genişləndirilməsi də diqqət mərkəzində saxlanılır. Növbəlilik və prioritetlik prinsipi əsasında məktəbəqədər təhsil müəssisələri inşa edilir", - məlumatda deyilir.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Trend-ə bildirib ki, bağçalarda yer çatışmazlığı probleminin kökündə bir neçə mühüm amil dayanır.

“İlk olaraq qeyd etmək lazımdır ki, demoqrafik artım, xüsusilə də paytaxt və iri şəhərlərdə əhalinin sıxlaşması mövcud infrastrukturun tələbatı qarşılaya bilməməsinə səbəb olur. Digər tərəfdən, bir çox hallarda yeni yaşayış massivləri sürətlə tikilsə də, paralel olaraq məktəbəqədər təhsil müəssisələrinin inşası həmin sürəti tutmur. Nəticədə yeni yaranmış məhəllələrdə ailələr bağça problemi ilə üz-üzə qalır. Mövcud bağçalarda isə qrup sayı və pedaqoji heyətin çatışmazlığı yerlərin məhdud olmasına gətirib çıxarır.

Bu məsələnin qarşısını almaq üçün bir neçə istiqamətdə addımlar atılmalıdır. İlk növbədə, dövlət investisiyalarının yönəldildiyi layihələrdə hər yeni yaşayış kompleksinə paralel bağça və ibtidai məktəb tikintisinin məcburi şərt kimi tətbiq olunması vacibdir. Bununla yanaşı, özəl sektorun prosesə daha çox cəlb olunması zəruridir. Xarici təcrübədə gördüyümüz kimi, bağçaların bir hissəsi özəl müəssisələrin, bələdiyyələrin və hətta işəgötürənlərin üzərinə götürülür. Bu, dövlət yükünü azaldır və valideynlərin seçim imkanlarını genişləndirir”, - deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, daha bir vacib istiqamət isə modul tipli bağça modellərinin tətbiqidir:

“Dünyada uğurla işləyən bu sistemdə mobil, sürətlə quraşdırılan və az xərcli bağçalar xüsusi ilə əhali sıx olan ərazilərdə müvəqqəti çıxış yolu kimi istifadə edilir. Eyni zamanda, ev əsaslı məktəbəqədər təhsil proqramlarının inkişaf etdirilməsi də mühüm addım ola bilər. Məsələn, Skandinaviya ölkələrində və Kanadada müəllimlərin nəzarətində kiçik qruplar ev şəraitində tədris alır, bu da həm uşaqların sosial adaptasiyasına, həm də valideynlərin rahatlığına xidmət edir”.

“Statistikaya gəlincə, hər il minlərlə uşaq bağçaya qəbul ola bilmir və bu, təbii olaraq valideynlərdə narazılıq yaradır. Rəsmi rəqəmlərə görə, məktəbəqədər yaşlı uşaqların yalnız bir hissəsi dövlət bağçaları ilə əhatə olunur. Nəticədə, bir tərəfdən uşaqlar erkən sosiallaşma və təhsil imkanlarından məhrum qalır, digər tərəfdən valideynlər, xüsusilə işləyən analar üçün ciddi sosial çətinliklər yaranır.

Xarici praktikadan öyrənə biləcəyimiz əsas məqam ondan ibarətdir ki, bu problem yalnız dövlətin üzərinə qoyulmamalı, həm özəl sektor, həm də yerli icra strukturları məsuliyyət daşımalıdır. Azərbaycanda da belə bir model tətbiq olunarsa, həm valideyn narazılığı azalacaq, həm də məktəbəqədər təhsilin keyfiyyəti yüksələcək”,- deyə Ə.Həsənli vurğulayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov isə Trend-ə bildirib ki, Azərbaycanda məktəbəqədər təhsil sahəsində ən ciddi problemlərdən biri bağçalarda yer çatışmazlığıdır:

“Bu məsələ valideynlərin hər il kütləvi şəkildə narazılığına səbəb olur, uşaqların sosiallaşma imkanlarını məhdudlaşdırır və nəticədə cəmiyyətin gələcək inkişafına mənfi təsir göstərir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkədə məktəbəqədər yaşda olan uşaqların sayı 600 minə yaxındır, amma onların yalnız 150–160 mini bağçaya cəlb olunur. Bu, o deməkdir ki, hər il 400 minə yaxın uşaq bağça xidmətindən kənarda qalır. Bu qədər böyük boşluğun yaranması isə həm infrastruktur, həm idarəetmə, həm də sosial siyasətin zəifliyi ilə bağlıdır. Mövcud qanunvericilik də problemin həllinə real zəmin yaratmır.

“Təhsil haqqında” Qanunun 23-cü maddəsində məktəbəqədər təhsilin uşaqların fiziki və psixoloji inkişafında mühüm rol oynadığı qeyd olunsa da, burada dövlətin hər bir uşağa bağça yeri təmin etmək öhdəliyi açıq şəkildə ifadə olunmur. Halbuki Finlandiya, Almaniya, Cənubi Koreya kimi ölkələrin qanunlarında məktəbəqədər təhsilin universallığı konstitusion hüquq kimi təsbit olunub.

Məsələn, Almaniyada “Kindergarten” sistemi dövlət və bələdiyyələrin birbaşa məsuliyyəti altında fəaliyyət göstərir, valideynlərin ödəniş yükü isə dövlət tərəfindən kompensasiya edilir. Bizdə isə bağçaların böyük qismi hələ də sovet dövründən qalan binalarda fəaliyyət göstərir, özəl bağçalar isə çox az sayda ailənin ödəmə imkanına uyğundur”.

K.Əsədov vurğulayıb ki, problemin müsbət tərəfi kimi son illərdə yeni bağçaların tikilməsini göstərmək olar.

“Amma bu, çox kiçik miqyasda həyata keçirilir və tələbatın artım sürətinə cavab vermir. Məsələn, son beş ildə Bakıda 50-yə yaxın yeni bağça istifadəyə verilsə də, təkcə paytaxtda hər il orta hesabla 15–20 min uşaq bağça sırasına qəbul ola bilmir. Regionlarda vəziyyət daha da acınacaqlıdır. Kənd yerlərində yüzlərlə kənd məktəbi olsa da, bir çoxunda məktəbəqədər qruplar təşkil olunmur, halbuki “Məktəbəqədər təhsil haqqında əsasnamə”nin 4.3 bəndində icma bağçalarının yaradılması nəzərdə tutulub. Təəssüf ki, bu norma kağız üzərində qalır. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə fəaliyyəti çox zəifdir.

Nazirlik yalnız tikinti proqramları barədə hesabatlar verir, amma strateji yanaşma, uzunmüddətli proqnozlar və alternativ həll yolları yoxdur. Hər il valideynlər uşaqlarını bağçaya qəbul etdirmək üçün uzun növbələrdə qalır, sosial şəbəkələrdə narazılıqlar artır, amma Nazirlik yalnız formal izahatlarla kifayətlənir. Marifləndirmə işi aparılmır, valideynlərə alternativ məktəbəqədər təhsil formaları barədə məlumat verilmir, özəl sektorla əməkdaşlıq zəifdir. Nəticədə, minlərlə ailə övladını ya evdə saxlamağa, ya da fərdi baxıcıya həvalə etməyə məcbur olur. Bu isə həm sosial bərabərsizliyi artırır, həm də uşaqların inkişaf imkanlarını məhdudlaşdırır”, - deyə o əlavə edib.

K.Əsədovun sözlərinə görə, dünya təcrübəsi göstərir ki, bu problemin həlli yalnız dövlətin məsuliyyəti ilə mümkün deyil:

“Türkiyə son on ildə “100 bin yeni anaokulu” proqramı ilə sürətli tikinti siyasəti həyata keçirərək bağça yerlərinin sayını iki dəfə artırıb. Estoniyada isə bağçaların böyük hissəsi özəl sektor tərəfindən idarə olunur, amma dövlət subsidiyaları hesabına ödənişlər minimuma endirilib.

Cənubi Koreyada hər uşağa məktəbəqədər təhsil haqqı dövlət tərəfindən ödənilir və beləliklə, heç bir valideyn bağça üçün əlavə xərc çəkmir. Azərbaycan isə hələ də hansı modelin tətbiq olunacağına qərar verə bilməyib. Bəzən dövlət özəlləşməyə üstünlük verir, bəzən isə yalnız tikinti yolu ilə problemi həll etməyə çalışır. Bu isə təhsil siyasətində pərakəndəliyin və proqnozsuzluğun bariz nümunəsidir”.

“Əgər ölkəmizdə real islahatlar aparılmasa, hər il on minlərlə uşaq məktəbəqədər təhsil imkanından məhrum olacaq. Bu isə bir tərəfdən valideynlərin işgüzar fəaliyyətini məhdudlaşdıracaq, digər tərəfdən məktəblərdə hazırlıq səviyyəsinin zəifliyinə gətirib çıxaracaq. Nə dəyişməlidir? İlk növbədə, dövlət “hər bir uşağın bağça hüququ var” prinsipini qanunvericilikdə təsbit etməli, bələdiyyələrin məsuliyyəti artırılmalı, özəl sektor üçün vergi və subsidiyalar tətbiq olunmalı, alternativ təhsil formaları (yarımştat qruplar, icma bağçaları, ailə bağçaları) genişləndirilməlidir.

Əks halda, Elm və Təhsil Nazirliyi yalnız tikinti planları ilə kifayətləndiyi üçün bu problem heç vaxt həll olunmayacaq”, - deyə K.Əsədov fikirlərini tamamlayıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rusiyada miqrantlara tətbiq edilən məhdudiyyətlər siyasi xarakter daşıyır” - FAKT BUDUR!
Bu gün, 12:53
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:50
“Space”ə keçən APARICI: - “Heç kimi bezdirməyəcəyəm”
Bu gün, 12:47
Avtoritet “Artyom Xoxol”un YENİ ƏMƏLLƏRİ – Pul üçün nələr etdilər?
Bu gün, 12:39
Putin müharibəni bitirmir: - Əsgərlər isə evə qayıtmağı gözləyir
Bu gün, 12:34
Moskva körpüləri yandırmaq istəmir: - Putin o sözlərlə nəyi demək istədi?
Bu gün, 12:31
“İş artıq bağlanıb, hara istəyirsən get şikayət elə!” – Qazax sakini baş prokurora müraciət etdi
Bu gün, 12:27
Mahnıya görə işdən çıxarılan direktorun yerinə təyinat - BUNDAN SONRA...
Bu gün, 12:22
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi - FOTO
Bu gün, 12:20
"Şərurlu İsfəndiyar"ın cinayət işi üzrə ekspertiza yekunlaşıb
Bu gün, 12:16
Paşinyanın Zəngəzur etirazı, əslində, siyasi oyundur - ŞƏRH
Bu gün, 12:14
Xanoba kəndində 26 evin təmirinə 1,5 milyon manat ayrıldı - DETALLAR
Bu gün, 12:10
Rusiya ilə Azərbaycanın iqtisadi əlaqələri çox yaxşı inkişaf edir - Aleksey Overçuk
Bu gün, 12:08
Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 11:58
Netanyahu Makronu İsrailə buraxmayıb - “Channel 13” telekanalı
Bu gün, 11:55
"Biz mübarizə aparırıq" - "Şərurulu İsfəndiyar"
Bu gün, 11:48
Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfə azalacaq
Bu gün, 11:43
Pekində görüş niyə alınmadı? - Əliyevin Putinlə görüş şərti...
Bu gün, 11:40
Bu çayda qəza vəziyyəti yarandı, təmir işlərinə 3 milyon ayrıldı
Bu gün, 11:36
TALIBOVUN DÖVRÜNDƏ BU DURUMDA DEYİLDİK - Naxçıvanda ictimai nəqliyyat problemi
Bu gün, 11:31
Qalmaqallı məktəb direktorunun yerinə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:23
ŞƏT-də daxili didişmələr: Azərbaycan hansı tərəfdədir? - “Eurasia.net”
Bu gün, 11:21
Tehran yola gəldi: - ”Sülh bəyanatının mətnində…”
Bu gün, 11:17
Azərbaycan əleyhinə təbliğat iflasa uğrayır - deputat
Bu gün, 11:16
Ermənistanın ABŞ-dakı yeni səfirinin qardaşı narkotik və silahla tutulub - “Armlur”
Bu gün, 11:13
Kəlbəcərin icra başçısını söyən Qarabağ qazisi 100 manat cərimə olundu - TƏFƏRRÜAT
Bu gün, 11:11
Mərkəzi Bank “PulPal”ın vəzifəli şəxsini cərimələyib
Bu gün, 10:58
Moskva-Bakı gərginliyi yardımları dayandırmayacaq - ÇÜNKİ...
Bu gün, 10:45
"Şikayət edəni də işdən çıxarmaqla hədələyirlər" - Ordubad müəllimlərinin MAAŞ PROBLEMİ
Bu gün, 10:39
Saleh Məmmədov təqaüdə göndərilir - yerinə ŞOK namizəd
Bu gün, 10:33
Dondurulmuş münaqişələr dövrünün sonu: Cənubi Qafqazda yeni reallıq - İNCƏLƏMƏ
Bu gün, 10:29
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri - TƏFƏRRÜAT
Bu gün, 10:25
"Rusiya nümayəndə heyəti MDB Oyunları ilə əlaqədar Azərbaycana səfər edəcək" - AÇIQLANDI
Bu gün, 10:19
Paşinyan Yaponiya Baş naziri ilə görüşdü - KİV
Bu gün, 10:08
Hindistandan Azərbaycana “pas”: Bakı üçün fürsət? - Görünəni odur ki...
Bu gün, 10:01
“Birbank”: narazılıqlara davam... - "Sorğu açıblar, amma hələ də icra etmirlər..."
Bu gün, 09:54
Yarım milyon mənimsəyən bacısını xilas etmək istədi - Öz 80 minindən oldu
Bu gün, 09:46
Razi Nurullayev yenə də məhkəməni uduzdu - QƏRAR
Bu gün, 09:40
Şirkətin 117 min pulunu mənimsəyən vəzifəli şəxs məhkəmə zalından HƏBS EDİLDİ
Bu gün, 09:19
Amerika "Tramp dəhlizi" layihəsinin icrasına başlayır?.. - İrəvana xüsusi nümayəndələr gəlir...
Bu gün, 09:17
Akif Çovdarovun yaxın adamının oğluna 204 min “atan” şəxsə cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 09:14
Bəzi nazirlik və qurumların ləğvinə çağırış: qənaət, yoxsa... - NƏ BAŞ VERİR?
Bu gün, 09:05
“Flaminqo” raketi Krım körpüsünü məhv edə bilərmi? - KİV
Bu gün, 08:59
Azərbaycanla Ermənistan arasında “saat əqrəbləri” bu dəfə Çində tutuşduruldu və... - Rusiyaya “sarı kart” göstərildi
Bu gün, 08:49
700 manata tozsoran aldı... O DA BELƏ... - NARAZILIQ VAR...
Bu gün, 08:43
Bağçalarda yer çatışmazlığının həll yolunu necə tapaq? - AKTUAL
Bu gün, 08:38
Modinin anlamsız Qafqaz siyasəti - Bu, əslində cığallıqdır...
Bu gün, 07:40
Bahalaşma xəbərinə AYNA hələ də SUSUR - AXI NİYƏ?..
Bu gün, 07:37
Elçin Məmmədov mühüm təhsil ocağını bazara çevirib - Bakıda “kitayski” lisey
Bu gün, 07:33
Töhmət almış patrondan daha bir TENDER - TƏFƏRRÜAT
Bu gün, 07:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru