Ermənistan, Hindistan və İran nəqliyyat əlaqələri üçün üçtərəfli dialoq aparacaq .....                     Son 10 ildə Sumqayıtda şəhər təsərrüfatı sahəsində görülən işlər sosial rifaha xidmət edir .....                     SEPAH-ın Azərbaycana “Pakistan döyüşçüləri” böhtanı .....                     Bakı və İrəvanda görüş etimad mühitini gücləndirə bilər .....                     Özümü qəti təqsirli saymıram .....                     Türkiyənin xüsusi nümayəndəsi görüş üçün Ermənistana gedəcək .....                     Müharibəyə hazırlaşan Qərb .....                     “Paşinyan Allahın Bakı və Ankaraya hədiyyəsidir” .....                     Erməni cəmiyyəti sülhün vacib olduğunu qəbul edir .....                     Çarın qorxusu və: .....                     Türkiyə ilə sərhədləri açmağa hazırıq .....                     Avropada və Azərbaycanda minimum əməkhaqqı nə qədərdir? .....                     Səfərovun məhkəməsi: .....                     Talıbovdan sonra Naxçıvanda kənd təsərrüfatı “çöküb”? .....                     Bu tikiş şirkətinin 1,5 milyon manat vergi borcu üzə çıxdı .....                     Heydər Babayevin sərvəti əlindən alınır? .....                     “Deyirlər guya ölürəm, danışa bilmirəm...” .....                     Narkotik asılılığı olan məşhur jurnalist müalicəyə başladı .....                     Santuş AFFA-dan təzminat tələb edir .....                     Fernandu Santuş Azərbaycana təşəkkür edib .....                     Ermənistanda siyasi partiyalar hansı resursla seçkiyə gedir? .....                     Balaxanıda sənəd dələduzluğu: .....                     Qurban Qurbanov Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi gətiriləcək? .....                     Pezeşkian ABŞ-yə səfər edəcək .....                     Ekologiyanı pulla çirkləndirənlər: ETSN-də rüşvət qalmaqalı .....                     AFFA Santuşa 12 milyon təzminat verəcək? .....                     “İnqilab olmayacaq” .....                     Cənubi Qafqazla bağlı prioritetimiz dəyişməyib .....                     “JOY TOUR” və “JOY TRAVEL” şirkəti 20-dən çox şəxsi aldatmaqda ittiham olunur, təsisçi həbs edilib .....                     Santuşun yerinə Pantuşu gətirəcəklər .....                     Rus generalın qətlində şok isim: .....                     Mülayim şərq küləyi əsəcək .....                     “Azərbaycanda Rusiyanın agentləri və casus şəbəkələri var” .....                     Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr .....                     “Planet Parni iz Baku”nun aktyoru oğluna toy etdi .....                     “OPEK”in yeni qərarı Azərbaycanın neft gəlirlərini azaldacaq? .....                     "Yalnız varlanmaqla məşğul olublar" .....                     Əhəd Abıyev .....                     201 saylı məktəb: SUYU KƏNARDAN BULANDIRAN VAR İMİŞ... .....                     Bu gün işdən çıxarılan direktora yeni vəzifə verildi .....                 

Misir Mərdanovla Mikayıl Cabbarovun müqayisəli təhlili... - Hardan haraya?.. - “İmtahan-imtahan oyunu” oynamaqdan bezmədikmi?
Tarix: 27-11-2014, 08:50 | Çap et
Misir Mərdanovla Mikayıl Cabbarovun müqayisəli təhlili... - Hardan haraya?..
Deyəsən, Təhsil Nazirliyi nəhayət ki, son on beş ildə böyük mübahisə predmetinə çevrilən, Təhsil haqqında Qanunda, əlaqədar “Əsasnamə” və “Nizamnamə”lərdə vaxtaşırı müvafiq dəyişikliklər aparmaq zərurəti yaradan, Nazirliyi yerli İcra Hakimiyyəti orqanları ilə üz-üzə qoyan bir problemin – məktəb direktorunun vəzifəyə təyin olunması mexanizminin “optimal” həlli yolunu tapıb.
Yəqin, bundan sonra səlahiyyətlərin bölüşdürülməsinə dair nomenklatur dəyişiklikləri barədə saysız-hesabsız qaydalar, təlimatlar təsdiq etməyə, birinin mürəkkəbi qurumamış, digər əmrlər imzalamağa ehtiyac qalmayacaq. Çox güman ki, nəticə etıbarı ilə təhsildə nüfuz uğrunda iki dövlət qurumu arasında illərdən bəri davam edən, bəzən gizli, bəzən də açıq xarakter alan “soyuq savaş”a da son qoyulacaq.
Ən başlıcası isə, bundan sonra bir daha təhsil şöbələrinin ləğv edilib,əvəzində Regional təhsil idarələrinin yaradılması kimi digər sərəncamların da, qeyri-müəyyən müddətə təxirə salınmasına yol verilməyəcək. Məsələ ilə bağlı, bir çox şübhəli suallar ortalığa çıxmayacaq. Təhsil şöbələrinin yerli icra hakimiyyəti orqanlarının nəzarətindən çıxmasından onların narahat olması və hərəkətə keçməsi, son olaraq sərəncamı ertələməsi kimi, müxtəlif şaiyələr yaranmayacaq.
Məktəb direktorunun konkret olaraq, vəzifəyə kim tərəfindən təyin olunub, kim tərəfindən azad olunmasına da aydınlıq gələcək. Bu suala cavab verməkdə, bir daha heç bir yüksək vəzifəli təhsil məmuru sabiq nazir Misir Mərdanov kimi çıxılmaz vəziyyətdə qalıb, mətbuata eyhamlı cavab verməyəcək: “Əlbətdə ki, mənim Təhsil Naziri kimi ölkənin istənilən məktəb direktorunu işdən çıxarmaq haqqım var. Heç kim mənə qadağa qoya bilməz. Sadəcə, mən öz səlahiyyətlərimin müəyyən hissəsini yerlərə vermişdim ki,bunu mən eləməyim, yerli təhsil şöbələri eləsin. İndi isə, o qərarımın bəzi hallarda mənfi nəticəsini görərək, nazirlikdə həmkarlarımla birlikdə başqa qərar qəbul etmişik ki, ümumiyyətlə ölkənin istənilən məktəbinə direktor təyin ediləndə, təklif olunan namizədlə şəxsən mən görüşməliyəm.”
Millət də bu “şifrəli” cavabı yozmaqda çətinlik çəkməyəcək, “haqq” və “hüquq” anlayışlarını çaş-baş salmamaq üçün prosessual məcəllələrə baş vurmayacaq. Abasqulu bəyin Kərbəlayi İsmayılın boynundakı haqqının nə ilə nəticələndiyini dəqiqləşdirmək üçün, “Axırıncı aşırım” filminə təkrar baxmağa ehtiyac duymayacaq.
Bundan sonra, sadəcə Teylorun latınca “sövqetmə” mənasını verən, əsasını fərdə yönəldilmiş həvəsləndirmə amili təşkil edən nəzəriyyəsini, bir az da Fred Lyutensin və bir sira digər əcnəbi müəlliflərin dilimizdə olmayan müxtəlif aspektli və çox istiqamətli, bir çox hallarda isə, ziddiyyətli fikirlərini öyrənməklə, yüksək motivasiyalılıq vərdişləri qazanmaq, ən başlıcası isə, “liderlik”, “səmərəli qərar qəbul etmə” bacarıqlarına yiyələnmək və “nəticəyönümlülüyün” nə oldugunu bilməklə, məktəb direktoru olmaq xülyasına düşmək olacaq.
Amma,bu hələ hamısı deyil.Bu vəzifəyə iddiaçı olmaq üçün, namizədlik mərhələsini keçməlisən.
İKT- dən istifadə edə bilmək bacarığından savayı, namizədlərdən gözlənilən digər keyfiyyətlər də nəzərə alınacaq. “Müasir idarəetmə bilik və bacarığına yiyələnmiş”, “ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək” məktəb direktoru kimi yetişmək üçün, 3 mərhələli seçim əsasında müəyyən ediləcək.müsabiqəyə qatılmalı, növbəti mərhələdə Azərbaycan dilində rəsmi yazı və məntiqi düşüncə bacarıqları nümayiş etdirməli, yalnız bu mərhələni uğurla başa vurduqdan sonra növbəti mərhələyə – müsahibəyə dəvət almalısan. Hər üç mərhələnin qalibi olduqdan sonra, 50 “xoşbəxt” sırasına düşüb təlimlərə “putyovka” almaq şərəfinə nail ola bilərsən.Başqa sözlə desək, namizədliyə “namizəd” statusunu qazanıb, təlimlərdə iştirak etmiş şəxs kimi, Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirməsində iştirak etmək şərəfinə layiq görüləcəksən. İmtahanlarda qənaətbəxş nəticə göstərsən, sənə “Uğur sertifikatı” təqdim olunacaq və gələcəkdə direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqsan. Sonrası isə, daha sonra bilinəcək.
Deyilənlərə və yazılanlara görə, Təhsil Nazirliyinin tətbiq etdiyi mexanizm direktor olmaq arzusunda olanları elə “motivasiyalaşdırıb” ki,hətta bu yenilik muğam müsabiqələri səviyyəsində “populyarlıq” qazanıb.likin “effektiv” nəticələr belə əldə olunub. Ilin əvvəlindən başlayan və üç ay davam edən 3 mərhələli müsabiqədə iştirak etmək üçün müraciət edən 547 nəfər pedaqoji işçidən 50 nəfər seçilib və təlimlərə cəlb olunub. Təlimlərdə uğur qazanmış “kursant”lardan, artlıq 14 nəfəri Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant direktor vəzifəsinə təyinat alıb.
UNİSEF və Xəzər Universiteti də Təhsil Nazirliyinin məktəblərin idarə edilməsi üzrə islahatını dəstəkləmək məqsədi ilə “Potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə təlim” üçün namizədlərin seçilməsinə dair müsabiqə elan edib. 7 modul, 138 saatlıq təlim kurslarını uğurla başa vuranlara da, sonda Xəzər Universitetinin sertifikatı veriləcək və onlar da ümumi təhsil müəssisələrinin direktorları vəzifəsinə gələcəkdə yaranan vakansiyalar üzrə keçiriləcək imtahanlarda iştirak edə biləcəklər.
Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universiteti də Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan direktor müavinlərinin təlimlərdə iştirakı üçün müsabiqə elan edib.
Əhatə dairəsi getdikcə genişlənməkdə olan müsabigə yarışına Bakı Şəhəri üzrə Təhsil İdarəsi də biganə qalmayıb.Özünün “yenilikçi” imicini qoruyub saxlamağa “can atan” bu idarə hadisələri qabaqlayaraq, bir az da irəli gedib. Ümumtəhsil məktəblərində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə təşkilatçı və laborant vəzifələrinə işə qəbul olunmaq üçün müsabiqə elan edib.Bu müsabiqə də 3 mərhələli olacaq. İmtahandan keçənlər komissiya tərəfindən təşkil olunacaq müsahibədə iştirak edəcək. Bu prosedurdan da çıxanların sənədləri idarənin kadrlar bazasında toplanacaq. Sonrası da ki...Allah kərimdi.
Bu və digər təlimlərin yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə etdiyindən yəqin ki,regionlarda işləyən və direktor olmaq istəyi ilə yaşayanların arzusu ürəyində qalacaq. Nə olar, onlar da 3ay müddətində, həftənin beş günü, gündə 3 saat olmaqla, dəyərli vaxtlarına qənaət edib, daha səmərəli işlərlə məşğul olar, “imtahan-imtahan oyunu” ilə bağlı qayğılardan azad olarlar.
Nə isə. Bu vaxta qədər görmüşdük ki, əvvəlcə nəyisə öyrədərdilər, sonra öyrətdiklərinin cavabını tələb edərdilər.İndi imtahanlarımız öyrətdklərimizi qat-qat üstələyib.İş o yerə çatıb ki, kiməsə nə isə öyrətmək üçün belə, onu imtahana çəkirik.
Yazımın əvvəlində Misir Mərdanovun adını təsadüfi çəkmədim. Çünki,uzun illərdən bəri səssiz-küysüz ötüşən məktəb direrektorluğu məsələsini “yeni aspektdə” dəbə mindirərək, gündəmə gətirən, məhz sabiq təhsil naziri olub.Təhsillə bu və ya digər bağlılığı olanlar xatırlamamış olmazlar ki, 2000-ci ilədək təhsil sistemindəki rəhbər və pedaqoji kadrların vəzifəyə təyinolunma və azadedilmə prosedurlarını Bakıda, şəhərin Baş Təhsil İdarəsi, regionlarda isə, yerli İcra Hakimiyyəti orqanı kimi şəhər təhsil idarələri və rayon təhsil şöbələri həyata keçirirdi.
Lakin, elə həmin ilin aprel ayında, “Təhsil Nazirliyi sisteminə daxil olan təlim-tərbiyə müəssisələrində, idarə və təşkilatlarında, rəhbər kadrların seçilib yerləşdirilməsi işini təkmilləşdirmək,onlarla əmək münasibətlərinin yaradılması və prosesi tənzimləmək məqsədi” əsas götürülərək, Mərdanovun “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturası barədə” 279 в„–-li əmri ilə, Nazirliyin 18 mart, 1994-cü il tarixli Kollegiya qərarı güvvədən düşmüş hesab edildi və orta ümumtəhsil məktəbinin direktoru vəzifəsi Nazirin əmri ilə təyin edilən nomenklatur vəzifələr sırasına daxil edildi.
Nomenklaturada edilən dəyişiklik Nazirlik üçün məqbul sayılsa da, bu qabaqcadan düşünülməmiş atılan addım, 15 iyun 1999-cu il tarixli, 168 в„–-li Prezident Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasınin Təhsil sahəsində İslahat Proqramı”nın “təhsil sahəsinin hüquqi tənzimlənməsi”, “idarəetmənin demokratikləşməsi”,”təhsil sisteminin idarə olunmasında səlahiyyətlərin bölüşdürülməsi”, “funksiyaların yuxarıdan aşağıya paylanması”, “təhsil sisteminin idarə olunmasının inhisarsızlaşdırılması” və digər bu kimi prinsiplərlə daban-dabana ziddiyət təşkil edirdi.
Digər tərəfdən, bir müddət əvvəl, tutduqları vəzifədən azad olunmuş 209 məktəb direktorunun təkrar vəzifəsinə qaytarılması faktı ilə əlaqədar qalmaqal, ölkə mətbuatında gündəmi zəbt etmişdi.”Reabilitasiya” olunanların böyük əksəriyyəti, Nazirə yaxinlığı ilə seçilən məktəb direktorları idi. Nazir isə iradlara cavab olaraq ,“direktorları mən yox,təhsil idarələri təyin edir.Ola bilsin ki, bir adam 2-3 il əvvəl kiminsə təkidi ilə məktəbdən çıxarılıb və bunun səhv olduğu başa düşüləndən sonra,həmin adam vəzifəsinə qaytarılıb”məntiqi ilə məsuliyyəti öz üzərindən atmışdı.
Əlbətdə, səbəb kimi göstərilən “arqument” nə qədər məntiqdən kənar olsa da, məsələnin ciddiliyi “problemə” yenidən baxılmasını zəruriləşdirdi .Təhsil Nazirliyinin 03 sentyabr, 2002-ci il tarixli, 857 в„–-li əmri ilə orta ümumtəhsil məktəbinin direktoru vəzifəsi, yenidən yerli təhsil şöbələrinin nomenklaturasina verildi.
Bir müddət keçdikdən, başqa sözlə ara sakitləşdikdən sonra Təhsil Nazirliyinin17 oktyabr, 2006-cı il tarixli,752 в„–-li əmri ilə nomenklaturada “qismən” dəyişiklik aparılması nəticəsində, orta ümumtəhsil məktəbinin direktoru vəzifəsi Nazirliyin uçot nomenklaturasına daxil edildi.
Nomenklaturada edilən yeni dəyişıkliyə görə, yerlərdən verilən təqdimata əsasən, Təhsil nazirliyinin müvafiq razılıq məktubu alındıqdan sonra, orta ümumtəhsil məktəbi direktorunun vəzifəyə təyin və vəzifədən azad olunmasının yerlərdə rəsmiləşdirilməsi nəzərdə tutulurdu. Göründüyü kimi, bu halda belə, Nazirlik işə götürən deyil, razılıq verəndir.
Bundan sonra, artıq sadalamağa ehtiyac duyulmayan daha neçə-neçə məlum və naməlum əmrlər, təlimatlar,göstərişlər verilib.Bununla belə, Nazirlik bütün bu bəhs edilən dövr ərzində təyinolma və azad edilmə prosedurlarına yersiz müdaxilələr edib, lazım gələndə özünü işə götürən kimi təqdim edib, sərf etməyəndə isə məsuliyyəti yerli icra hakimiyyəti orqanlarının üzərinə atıb.
Məktəb direktorunun vəzifəyə təyin olunması ilə əlaqədar bütün bu ardıcıllığı xatırlarmaqda məqsədim heç də bu funksiyanı kim və ya hansı orqan tərəfindən icra olunub, olunmamasına müdaxilə etmək deyil.
Proseslərin belə “köndələn” istiqamət almasında heç şübhəsiz ki,Təhsil Qanunvericiliyimizdə olan boşluqlar da az əhəmiyyətli rol oynamır.Təhsil müəssisəsinin idarə olunmasını tənzimləyən “Təhsil haqqında” Qanunun 30.2 maddəsinə əsasən “dövlət təhsil müəssisəsinə rəhbərliyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş dövlət təhsil müəssisəsinin rəhbəri həyata keçirir.”
“Azərbaycan Respublıkasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də isə göstərilir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi “... təhsil prosesinə ümumi metodiki rəhbərliyi həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.”
“Qanun”un tələbindən göründüyü kimi, təyinat məsələsi “mərkəzi icra hakimiyyəti orqanı” tərəfindən deyil, “müvafiq icra hakimiyyəti orqanı” tərəfindən həyata keçirilir.Elə isə, şəhər və rayon icra hakimiyyətlərinin tabeliyində olan yerli təhsil idarələri və şöbələri də müvafiq icra hakimiyyətləri orqanlarıdir.Təəsüf ki, bir çox halda icra hakimiyyəti dedikdə böyük əksəriyyət tərəfindən, məhz İcra Hakimiyyətinin başçısı nəzərdə tutulur.Yəni “Qanun”da sadəcə “müvafiq icra hakimiyyəti orqanı” ifadəsini, “mərkəzi icra hakimiyyəti orqanı” ifadəsi ilə əvəzləməklə, bütün bu mübahisə və münaqişələrə son qoymaq olardı.
Bir də ki, məsələ təkcə məktəb direktorunun kim və ya hansı orqan tərəfindən təyin olunmasında deyil.Sadəcə, söhbət prosedurlara həddən artıq “rəng qatılmasından”,reklamçılığa qapılıb, adi bir məsələni əndazədən çıxararaq, onun ətrafında ajiotaj yaratmaqdan gedir.
Kim təminat verə bilər ki ölçüyə gələ bilməyən meyarlar əsasında keçirilən müsabiqə və imtahanların nəticəsinə əsasən təyinat alanların içərisində, “sosial” anlayışını “sosializm”lə qarışdıran direktorlar olmayacaq.Dünya təhsilinə inteqrasiya adı ilə ən qəliz təcrübələrə istinad etməyin adı nədir?
Görünür, bu işdə də mentalitet amili öz həlledici rolunu oynayıb.

PS: Deyəsən, nahaq yerə özümü əziyyətə salıb, başımı ağrıtdım.Bir halda ki, qısa müddətdə özünə geniş auditoriya qazanan “Alfa Mental Aritmetik”kimi kursalara cəlb olunan 4-5 yaşlı “südəmər” uşaqlar bir neçə saniyə ərzində kağız, qələm istifadə etmədən, böyük zəka və zehniyyət nümayiş etdirərək “xariqələr” yaradırsa, “böyük yaş qrupuna” aid müəllimlərdən 168 saatlıq təlimlər vasitəsilə potensial direktorlar “düzəldə” bilməkdə nə problem ola bilər ki?!

Nadir İsrafilov









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan, Hindistan və İran nəqliyyat əlaqələri üçün üçtərəfli dialoq aparacaq
Bu gün, 17:50
Son 10 ildə Sumqayıtda şəhər təsərrüfatı sahəsində görülən işlər sosial rifaha xidmət edir - FOTO
Bu gün, 16:33
SEPAH-ın Azərbaycana “Pakistan döyüşçüləri” böhtanı – Tehrandan ağlasığmaz iddialar
Bu gün, 16:29
Bakı və İrəvanda görüş etimad mühitini gücləndirə bilər - ONA GÖRƏ DƏ...
Bu gün, 16:27
Özümü qəti təqsirli saymıram – İlqar Mustafayev
Bu gün, 16:24
Türkiyənin xüsusi nümayəndəsi görüş üçün Ermənistana gedəcək
Bu gün, 16:21
Müharibəyə hazırlaşan Qərb - Rusiyanın elan olunmayan bloku
Bu gün, 16:19
“Paşinyan Allahın Bakı və Ankaraya hədiyyəsidir”
Bu gün, 16:01
Erməni cəmiyyəti sülhün vacib olduğunu qəbul edir -ŞƏRH
Bu gün, 16:00
Çarın qorxusu və: - 150 il yaşamaq istəyi
Bu gün, 15:55
Türkiyə ilə sərhədləri açmağa hazırıq - Rubinyan
Bu gün, 15:53
Avropada və Azərbaycanda minimum əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 15:50
Səfərovun məhkəməsi: - vəkilin vəsatəti təmin edildi
Bu gün, 15:48
Talıbovdan sonra Naxçıvanda kənd təsərrüfatı “çöküb”? - BU DA FAKT!
Bu gün, 15:41
Bu tikiş şirkətinin 1,5 milyon manat vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 15:35
Heydər Babayevin sərvəti əlindən alınır? – Gerçəklər üzə çıxdı…
Bu gün, 15:30
“Deyirlər guya ölürəm, danışa bilmirəm...” – Lalə Şövkət
Bu gün, 15:26
Narkotik asılılığı olan məşhur jurnalist müalicəyə başladı - VİDEO
Bu gün, 15:16
Santuş AFFA-dan təzminat tələb edir – ŞOK MƏBLƏĞ
Bu gün, 15:14
Fernandu Santuş Azərbaycana təşəkkür edib
Bu gün, 15:12
Ermənistanda siyasi partiyalar hansı resursla seçkiyə gedir? - AKTUAL
Bu gün, 15:04
Balaxanıda sənəd dələduzluğu: - Qonşu qonşunun 4000 manatını necə ələ keçirib?
Bu gün, 14:55
Qurban Qurbanov Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi gətiriləcək? - AÇIQLAMA
Bu gün, 13:53
Pezeşkian ABŞ-yə səfər edəcək
Bu gün, 13:09
Ekologiyanı pulla çirkləndirənlər: ETSN-də rüşvət qalmaqalı - BU NƏDİ BELƏ?..
Bu gün, 13:07
AFFA Santuşa 12 milyon təzminat verəcək? - Portuqaliyalı "Beşiktaş"dan da təzminat almışdı
Bu gün, 13:02
“İnqilab olmayacaq” - Kaxa Kaladze
Bu gün, 12:58
Cənubi Qafqazla bağlı prioritetimiz dəyişməyib - Rusiya xarici işlər naziri
Bu gün, 12:54
“JOY TOUR” və “JOY TRAVEL” şirkəti 20-dən çox şəxsi aldatmaqda ittiham olunur, təsisçi həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:52
Santuşun yerinə Pantuşu gətirəcəklər - Aqil Abbas
Bu gün, 12:47
Rus generalın qətlində şok isim: - Bakı ermənisi...
Bu gün, 12:45
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:39
“Azərbaycanda Rusiyanın agentləri və casus şəbəkələri var” - deputat
Bu gün, 12:35
Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr – Azərbaycan 7-cidir
Bu gün, 12:29
“Planet Parni iz Baku”nun aktyoru oğluna toy etdi
Bu gün, 12:16
“OPEK”in yeni qərarı Azərbaycanın neft gəlirlərini azaldacaq? - AÇIQLAMA
Bu gün, 12:12
"Yalnız varlanmaqla məşğul olublar" - Keçmiş deputatdan İTTİHAM
Bu gün, 12:08
Əhəd Abıyev HARALARDADI...
Bu gün, 12:05
201 saylı məktəb: SUYU KƏNARDAN BULANDIRAN VAR İMİŞ... - ŞOK SƏS YAZISI YAYILDI...
Bu gün, 12:00
Bu gün işdən çıxarılan direktora yeni vəzifə verildi - BU DƏFƏ...
Bu gün, 11:54
Bakıda geniş quruculuq-abadlıq işlərinə start verilib - FOTO
Bu gün, 11:42
"Belə absurd qərar olar?" - ETİRAZ
Bu gün, 11:40
Zaxarovanın Bakıdan istədiyi rusları Moskvada həbs gözləyir - FOTO
Bu gün, 11:27
ABŞ səfirliyinin müşaviri AZAL təyyarəsinin qəzaya uğradığı yeri ziyarət edib - FOTO
Bu gün, 11:18
Paşinyan Azərbaycandan ABŞ-a şikayət edəcək?
Bu gün, 11:15
Ukraynanı üç hissəyə bölürlər - KİV
Bu gün, 11:13
Xalq artisti Sərdar Fərəcov reanimasiyaya yerləşdirilib, vəziyyəti ağırdır - AÇIQLAMA
Bu gün, 11:08
Rusiya FTX guya terror aktları planlaşdıran Azərbaycan vətəndaşının saxlanıldığını açıqlayıb - KREML BAŞINI TAM İTİRİB...
Bu gün, 11:06
“Putin istədiyini aldı” - Zelenski
Bu gün, 11:01
ABŞ-ın "aslan qırığı" taktikası - NƏ BAŞ VERİR?
Bu gün, 10:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru