Bakıda çinli masajçını kimlər və niyə şil-küt etdilər? - Həkimlər “Şanxay” MMC-nin masajistinin döyüldüyünü təqsdiq edirlər
Tarix: 19-11-2014, 14:22 | Çap et
 Dahi Şliman 1865-ci ildə Yaponiyaya səfəri zamanı bu ölkənin gömrük işçilərinin vicdanlı olmasına məəttəl qalmışdı ( yapon dövlət qulluqçuları nəinki rüşvətdən, hətta xırda hədiyyədən imtina edirdilər ). Gördüklərindən dəhşətə gələn alim bildirmişdi ki, Yaponiyanın böyük gələcəyi var. Bizdə isə…Biz artıq bəzi yüksəkçinli azərbaycanlı məmurların rüşvətxorluğuna adi hal kimi yanaşırıq…belə məmurlar nəinki rüşvətdən imtina edir, hətta onlara sadəcə müracət edəndlərdən pul tələb edirlər. Və rüşvətxorun milliyəti olmur… Bu günlərdə Qafqaz Xəbər Agentliyinə Çin Xalq Respublikasının vətəndaşı, “Şanxay” MMC-nin sahibi Yanq Sonqyanq müraciət edib: “ Bu ilin avqust ayının 20-də öz şirkətimi yaratdım. Mənim şirkətim çin masajı xidmətini nəzərdə tutur. Azərbaycanda fəaliyyət göstərdiyim müddətdə qanunlara riayət eləməyə və rüşvətdən uzaq olmağa çalışdım. Mən şəhərin mərkəzində xidmət salonu açdım və Çindən 4 masajist dəvət elədim. İşçilərimin hər birinin Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olması üçün Dövləq Miqrasiya Xidmətinin rəsmi razılığı var”. Yanqa Sonyanqın qafqaznews.org-a dediklərinə görə : “ Mənim salonuma tanınmış biznesmenlər və mədəniyyət xadimləri müraciət edirdilər. Mən işin çoxluğunu nəzərə alaraq 5-ci masajist işə götürməyi qərar aldım. Və mənim şirkətim Çindən mütəxəssis dəvət elədi. Və bunun üçün lazım olan bütün qanuni sənədləri Dövlət Miqrasiya Xidmətinə təqdim elədik. Əmin idik ki, tezliklə zəruri icazəni alacağıq. Ancaq tam əksi oldu. 13 noyabr 2014-cü il tarxidə saat 15:10-da Dövlət Miqrasiya Xidmətinin əməkdaşları gözlənilmədən və heç bir sənəd təqdim etmədən ofisimizə soxuldular.
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları mənim işçimi döyüblər Onlar sadəcə adlarını bildirdilər: Elman və Fariz. Mənim işçilərim qanuni yoxlamalar üçün zəruri olan “Ədliyyə nazirliyinin reestrindən çıxarış” tələb etsələr də Xidmətin əməkdaşları çıxarış təqdim eləməkdən imtina ediblər”. Yanq Sonyanq sonra qeyd edir ki, Xidmətin əməkdaşları ofisimizə soxulanda işə götürməyə hazırlaşdığım masajist xanım da orda olub: “ Xidmətin əməkdaşları həmin xanımı qanunsuz sorğu-suala cəlb ediblər. Ondan sonra saat 19:45-də Xidmətin əməkdaşları yenidən ofisimizə gəliblər. Bu dəfə onlar masajist Taya Senklokdan sənədlərini tələb ediblər. Belə olanda bizim işçimiz onlardan Miqrasiya Xidmətinin işçiləri olduğunu təsdiq edən sənəd tələb edib. Bu sualdan sonra Miqrasiya Xidmətinin əməkdaşları bizim işçini döyərək salonu tərk ediblər”. Yanq Sonyanq bildirir ki, şirkətimizin işçiləri ağır zədə almış Taya Senkloku Kliniki Tibbi Mərkəzə aparıblar: “ Orada bizim işçi UZİ müayinəsindən keçib və onun döyüldüyü təsdiqlənib. Sonra biz salona qayıtdıq”. Çinli sahibkarın sözlərinə görə, o, Daxili İşlər Nazirliyinin “Qaynar xətt”inıə müraciət edib və təcili 22-ci polis bölməsinin 2 əməkdaşı salona gəlib: “ Bölmənin təhqiqatçısı Qoşqar Kazımov Taya Senkloka baxışdan sonra ona tibbi ekspertizadan keçmək üçün göndəriş verdi”. Bizim tələbimizdən sonra sahibkar Kliniki Tibbi Mərkəz tərəfindən verilən arayışı bizə təqdim elədi. Həmin arayışda Taya Senklolun döyülmə nəticəsində zədə aldığı, böyrəyində, qara ciyərində zədələnmələr olduğu qeyd olunub. Biz təhqiqatçı Qoşqar Kazımovla əlaqə saxladıq. O, bildirdi ki: “ Salonun işçiləri mənə bildirdi ki, Taya Senklok Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən döyülüb. Mən onun bədənində aydın döyülmə əlamətləri olmadığı üçün onu tibbi ekspertizaya göndərdim. İndi ekspertin cavabını gözləyirəm”. Obyektivliyi qorumaq üçün “ Şanxay”da olan Miqrasiya Xidmətinin əməkdaşları ilə də əlaqə saxladıq. Onlardan biri Elman ( familyasını deməkdən imtina elədi) bildirdi ki: “ Deyilənlər həqiqətə uyğun deyil, əksinə salonun işçiləri tərəfindən bizə təzyiq oldu”. Qafqaznews.org- un müxbirinin “Siz şirkətə Ədliyyə nazirliyinin reestrindən çıxarış təqdim eləmisinizmi” sualına Elman cavab verməyərək dəstəyi asdı. Sözardı: 15 noyabrda saat 13:45-də Yanq Sonyanq bizə zəng edərək bildirdi ki, hazırda Miqrasiya Xidmətinin əməkdaşları ofisimizə soxulmağa çalışırlar, ancaq biz qapıları bağlasaq da onlar qapını sındırmaq istəyirlər. Biz hadisə yerinə getsək də orada Xidmətin əməkdaşlarını görmədik. Çinli sahibkar bizə bildirdi ki: “ Biz onlara dedik ki, Qafqaz Xəbər Agentliyinə xəbər vermişik. Bunu eşidən kimi onlar tələsik getdilər”. Biz yenidən Xidmətin Elman adlı əməkdaşı ilə əlaqə saxlayıb sahibkarın dediklərinə münasibət bildirməsini xahiş etsək də, o heç bir münasibət bildirmədi.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Mədəniyyət Nazirliyi 248 min manatlıq gül alır - SİYAHI
Bu gün, 15:16 |
|
|
|
| • "Bakı Ticarət Mərkəzi" nizamnamə kapitalını 2,5 milyon manat azaldır
Bu gün, 15:11 |
|
|
|
| • Prezidentin “mərkəzdə oturan bəzi məmurlar” ifadəsi kimə aiddir? - “Dərin dövlət qurmuşdu”
Bu gün, 15:09 |
|
|
|
| • Diplomları saxta çıxan həkimin nazir olmaq arzusu - REPLİKA
Bu gün, 15:05 |
|
|
|
| • Azərbaycanın icmal büdcəsinin 10 aylıq profisiti 8 milyard manatı ötüb
Bu gün, 14:57 |
|
|
|
| • Zaqatala sakini "Nar"dan avtomobil qazanıb - FOTO
Bu gün, 14:51 |
|
|
|
| • Təqaüdə göndərilən general yenidən xidmətə qayıtdı - BUNDAN SONRA...
Bu gün, 14:48 |
|
|
|
| • “Azercell” bu paketləri səssizcə bağlayır – Abunəçilər xəbərsizdir
Bu gün, 14:45 |
|
|
|
| • `Siyəzənneft`in RƏHBƏR üçlüyü ilə bağlı Prezidentə MÜRACİƏT - "Ata-babalarımızın çəkdiyi zəhmət boşa gedəcək..."
Bu gün, 14:40 |
|
|
|
| • Ölkədə həyata keçirilən islahatların və yeniləşmə prosesinin əsasında vətəndaşlara xidmət dayanır - MƏQALƏ
Bu gün, 14:32 |
|
|
|
| • Hər bir rəhbər şəxs üçün əsas meyarlar xalqa xidmət etmək, xalqla bir yerdə olmaqdır - İsrafil Kərimovun yazısı
Bu gün, 14:31 |
|
|
|
| • Azərbaycanda kino sektorundakı adamların əksəriyyəti kasıbdır - "Ata ocağı" serialının rejissoru
Bu gün, 13:29 |
|
|
|
| • Azərbaycandan Rusiyaya ekstradisiya olunan azərbaycanlı Ukraynada həlak olub - SON 10 İLDİR Kİ, BURADA YAŞAYIRDI
Bu gün, 13:10 |
|
|
|
| • "Premium Bank"ın sədri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 13:05 |
|
|
|
| • Fuad Nəcəflinin işdən çıxarılmasının səbəbi məlum oldu - belə deyirlər...
Bu gün, 13:04 |
|
|
|
| • Saxlanılan nazir, icra başçıları milyonlarla vəsaiti haradan oğurlayırlar? – Tahir Rzayev
Bu gün, 13:02 |
|
|
|
| • Bankların HƏDİYYƏ ŞOUSU: "YeloBank" və "UniBank" şəhid ailələrini aciz qoyur" - İTTİHAM VAR...
Bu gün, 13:00 |
|
|
|
| • Küçədə yararsız vəziyyətdə qalan “AA” seriyalı avtomobil kimindir? - FOTOLAR
Bu gün, 12:50 |
|
|
|
| • İcra başçısından yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:44 |
|
|
|
| • Komitə gömrük postlarını ildırımdan qorumaq üçün 17,5 min xərcləyəcək
Bu gün, 12:42 |
|
|
|
| • Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq
Bu gün, 12:37 |
|
|
|
| • Generalın direktor qudası məhkəməyə verildi - Peşə Təhsil Mərkəzində tələbəni təhqir edib
Bu gün, 12:35 |
|
|
|
| • Tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov həlak olub - TƏFƏRRÜAT
Bu gün, 12:31 |
|
|
|
| • Bəşir Hacıyevin “ARCRİSE” MMC-nə xüsusi qayğısı nədəndir?! - İcazə verin şübhələnək...
Bu gün, 12:28 |
|
|
|
| • Qəzetlər HƏFTƏLİK OLUR? - AÇIQLAMA
Bu gün, 12:23 |
|
|
|
| • Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhidlərimizin əziz xatirəsi anılıb - FOTO
Bu gün, 12:12 |
|
|
|
| • Ali Məhkəmə Əziz Orucovla bağlı qərar verib - TƏFƏRRÜAT
Bu gün, 11:59 |
|
|
|
| • “Mədəniyyət Nazirliyindəki qoçular ...” – Rejissoru boşanmağa nə vadar edib?
Bu gün, 11:57 |
|
|
|
| • Fazil Mustafaya qarşı sui-qəsd cəhdinə görə ömürlük həbs cəzası alan Səricanovun oğluna hökm oxundu
Bu gün, 11:56 |
|
|
|
| • Ermənistan bu kəndləri də qaytarır? - gözlənti
Bu gün, 11:54 |
|
|
|
| • Bayır şəhərdə tarixi binaların əksəriyyəti qəzalı olduğundan bərpası kifayət qədər çətindir - Dövlət Xidmətinin rəisi
Bu gün, 11:52 |
|
|
|
| • `Şərurlu İsfəndiyar`dan JEST: Maddi çətinlik içində olan tələbəyə DƏSTƏK OLDU - Özü isə bu barədə susur...
Bu gün, 11:48 |
|
|
|
| • Dəyişiklik sırası bir gün Binəqədiyə də çatar: YOXSA GEC OLAR... - Başçının satmadığı yer qalmayıb...
Bu gün, 11:20 |
|
|
|
| • Paşinyan qəzəbləndi, zalı tərk etdi - Bu gün Ermənistan parlamentində nə baş verib?
Bu gün, 11:03 |
|
|
|
| • Dələduzluqda təqsirləndirilən maşın alverçiləri həbs edildi
Bu gün, 11:00 |
|
|
|
| • Paşinyan "sabiqlər"ə qarşı: İrəvanın çıxış yolu realizmdir - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
| • Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti... - Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı?
Bu gün, 10:52 |
|
|
|
| • Nikah ər və ya arvadın xəbəri olmadan pozula bilərmi? - AÇIQLAMA
Bu gün, 10:43 |
|
|
|
| • Nazirlik işçisini küçədə ölümcül döyən ata və oğulları ilə bağlı QƏRAR
Bu gün, 10:41 |
|
|
|
| • Uğursuz əməliyyatlara səbəb olan Nigar Məhəmmədova iş başındadır... - Ölüm saçan “MedAura” klinikası
Bu gün, 10:39 |
|
|
|
| • Rusiyanın Ermənistanda yeni siyasi qüvvə tapmaq imkanları məhduddur - ÇÜNKİ...
Bu gün, 10:34 |
|
|
|
| • Ev sahibini döyüb qızını qaçırdan "elektrik şəbəkəsi"nin işçilərindən birinin cəzası azaldıldı
Bu gün, 10:32 |
|
|
|
| • Kəmalə Quliyevanın rəhbəri olduğu 260 saylı məktəb niyə nəzarətsiz qalıb? - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 10:23 |
|
|
|
| • "Paşinyan Bakıdakı hərbi parada dəvət olunmadığı üçün əsəbi ola bilər" - Mikoyan
Bu gün, 10:11 |
|
|
|
| • DSMF bir ildə 1.5 milyona 30 ədəd xidməti avtomobil alıb - ARAŞDIRMA
Bu gün, 10:10 |
|
|
|
| • Göygölün yeni icra başçısı bu yüksək vəzifəli məmurun oğludur - DOSYE
Bu gün, 10:07 |
|
|
|
| • Rəşid Behbudovun kürəkəni Polad Bülbüloğlunu İTTİHAM ETDİ
Bu gün, 10:05 |
|
|
|
| • Ermənistanda Sarkisyanın müsahibə verdiyi podkastın müəllifləri saxlanılıb - “Sputnik Armenia”
Bu gün, 10:01 |
|
|
|
| • Paşinyan komanda yoldaşlarına boşanmağı qadağan etdi
Bu gün, 09:49 |
|
|
|
| • “Bunu mənə Allah dedirtdi, 3 gün sonra öz övladım şəhid oldu” - FOTO
Bu gün, 09:47 |
|
|
|
|