2026-cı ilin dövlət büdcəsində İctimai Televiziyaya ayrılan vəsaitin azaldılması kanalda ixtisarlara səbəb olacaq.
İTV-dən Gununsesi.info -ya daxil olan məlumata görə, artıq kanal rəhbərliyi bu barədə əməkdaşlara məlumat verib. Məlumatda bildirilir ki, televiziyada bir sıra layihələr dayandırılacaq.
Bundan əlavə, İctimai Televiziyada çalışan əməkdaşlarla xidmət müqaviləsi bağlanacaq və onlara VÖEN açmaq barədə göstəriş verilib.
İlkin məlumata görə, təxminən 100-ə yaxın əməkdaşın ixtisar olunması gözlənilir.















