Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 30-da Bəhreynə yollanacaq.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Nümayəndə heyəti Bəhreyn Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun təşkil etdiyi 21-ci Regional Təhlükəsizlik Konfransında (Manama Dialoqu-2025) iştirak edəcək.
Bundan başqa, noyabrın 2-3-də A.Qriqoryan Belçikaya gedəcək. O, Brüsseldə regional kommunikasiyalar mövzusuna həsr olunmuş konfransda iştirak edəcək.















